Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal istiləşmə və çəyirtkə istilası: Yüksələn sənaye iqlimi necə məhv edir?..

Koronavirus bütün dünyaya təsir göstərərkən digər narahat edən nəticələrə də göz yumulur...

İsmail Kılınç

“Sendika63.org” nəşri, Türkiyə

Qlobal istiləşmə gündən-günə insan həyatına və ətraf mühitə mənfi təsirlər göstərməyə davam edir. Bu təsirlər hər keçən gün daha da şiddətlənir və nəticəsi maddi-mənəvi cəhətdən ciddi itkilərə səbəb olur. Koronavirus bütün dünyaya təsir göstərərkən digər narahat edən nəticələrə də göz yumulur.

Bunlardan biri illərdir görünməyən çəyirtkə istilasıdır. Son 25 ildə görünməyən və 2007-ci ildə nisbətən azalan çəyirtkə istilası Afrika, Yaxın Şərq və Asiya ölkələrini təhdid edir. O stola nın 2007-ci ildəki ölçüləri kiçik idi. Buna baxmayaraq, Keniyada itirilən əkin sahəsinin 70.000 hektar olduğu müəyyən edilib. Sonuncu dəfə 1987-1989-cu illərdə görülən çəyirtkə istilaları bu gün daha çox bölgəyə yayılıb və tez-tez baş verir.

Ergin Yıldızoğlunun da dediyi kimi, son illərdə lap tez-tez rast gəlinən çəyirtkə sürülərinin sayında, sanki, partlayış var Son olaraq 360 milyard çəyirtkədən söhbət gedir. Bəs bu qəfil artımın səbəbi nədir?

Mütəxəssislərə görə, bu artım qlobal istiləşmə və ya iqlim böhranı ilə sıx əlaqəlidir İkinci səbəb isə çəyirtkələrin yayıldığı bir mühitdə baş verən siyasi qeyri-sabitlik və müharibələrdir. Buna görə də mübarizə təsirli şəkildə həyata keçirilmir.

İstilanın səbəbləri və xüsusiyyətləri

Buna iqlim dəyişikliyinin səbəb olduğunu söylədik. Bəs bu, çəyirtkələrə necə təsir göstərir? Millətlər Birliyi Elmi və Sənaye Araşdırma mərkəzində (Commonwealth Scientific and Industrail Research) iqlim alimi kimi çalışan Vencu Kayın dediyinə görə, istixana effektli qaz tullantıları əsrin sonuna qədər Hind okeanındakı iki qütbü 3 dəfə artıracaq. Hind okeanında Qərb qütbünün səthi ilə şərq qütbünün səthi arasındakı temperatur fərqi son illərdə artan qasırğalar yaradır. Mekunu qasırğası Ərəbistan yarımadasına, Lubanu qasırğası isə Yəmən və Omana, daha sonra da Afrika qitəsinə təsir göstərir. Pakistan, İran, Ərəbistan yarımadası bir tərəfdən, Keniya, Uqanda, Sudan, Efiopiya, Somali, Eritreya, Tanzaniya, Mavritaniya isə digər tərəfdən təsirlənir. Bu bölgələr onsuz da 12 milyon insanın qidalandığı yerlərdir. İstilaya görə qida böhranı da get-gedə artır.

Qasırğaların vurduğu yerlər daha çox quraq ərazilərdir. Yağışlar qeyri-adi nəmli ərazilərdə artar ki, bu da çəyirtkələrin yumurtlaması və çoxalması üçün ən uyğun mühitdir. Onlar yumurtalarını nəm yerlərə qoyurlar. Hər kvadrat metrə 1000 yumurta qoya bilirlər. Çəyirtkənin ömrü 3 aydır və 2 fərqli davranışı var:

1. Əhali az olduqda, yəni rütubətli sahə az olanda tək və sakit qalır;

2. Əhali artdıqda fizioloji davranışı dəyişir və sürü məntiqini qəbul edir.

Göyü qaraldırlar, günəşə mane olurlar...

Çəyirtkə sürüsü 2400 kvadrat kilometr ərazini əhatə edir ki, bu da 200-300 milyard çəyirtkə deməkdir. Yəni Moskva şəhəri və ya Lüksemburq qədər böyük bir əraziyə yayılırlar. 40-80 milyonluq qruplar halında köç edirlər. Gündə 150 ​​kilometr yol qət edirlər. Hər 24 saatda çəkisindən iki dəfə artıq (2 qram) qidanı istehlak edir. Çəyirtkənin uzunluğu 2 ilə 10 santimetr arasında dəyişir. Böyükləri çöl çəyirtkəsi adlanır və istilanı yaradan da məhz bunlar olur. Onların ömrü 1 aydan 6 aya qədərdir. Onların sayı hər nəsildə 20 dəfə artır.

Bir gündə Keniya əhalisi qədər, yəni təxminən 50 milyon insanın qidasını yeyirlər. Bəzi hesablamalara görə, bu, 400 min ton qida deməkdir. İnsanların qidasına təsir etdikləri üçün heyvan yemlərinə də ziyan vururlar. İstila bahardan əvvəl baş verdikdə əkinçilik də təhlükə altına düşür. Ümumi daxili məhsulun kənd təsərrüfatından asılı olduğu ölkələrdə (25-35%) qıtlıq baş verir, aclıq başlayır. Bu da kənd miqrasiyasına səbəb olur.

Çəyirtkələrə qarşı mübarizə daha çox dərmanla aparılır. Dərmanlama prosesi ölkənin imkanlarından asılı olaraq səhər saatlarında təyyarə ilə və qurudan çəyirtkələr yuxuda olarkən həyata keçirilir. Təyyarə ilə mübarizə çox bahalı olduğu üçün kasıb ölkələrin buna büdcələri çatmır. Bununla birlikdə, çəyirtkələrə qarşı istifadə olunan dərmanlar kənd təsərrüfatına və fermerlərə də təsir edir. Bu səbəblə, bəzi yoxsul bölgələrdə çəyirtkələri qovmağa çalışırlar. Bu da çəyirtkəni uzaqlaşdırır və başqa bir bölgəyə köçməsinə kömək edir.

Bəzən mübarizəyə ordu da qoşulur

Digər bir təklif edilən həll yolu da Çindən gəlmişdi. Pakistandakı istilaya qarşı Çin çəyirtkələri yem kimi yeyən 100.000 Pekin ördəyi göndərəcəyini bildirib. Bu da təbii, lakin məhdud həll yoludur. 2000-ci ildə Çinin Sincan bölgəsində 700 min ördək bioloji silah kimi istifadə edilib. Ördəklərin gündə 200 çəyirtkə yediyi deyilir. 100 min ördək gündə 500 kvadrat metr çəyirtkə yeyir. Lakin ördək su tələb edən bir heyvandır və gedəcəyi yerlər qasırğanın təsiri altına düşsə də, ümumiyyətlə, susuz yerlərdir. Bu da məhdud effektli bir həlldir.

Bəzi ölkələrdə isə həll yolu olaraq ölən çəyirtkənin kilosuna pul ödəməklə mübarizə aparılır.

Kapitalist sistem iqlim böhranını get-gedə artırdığı üçün bu cür çəyirtkə və virus istilalarından qurtulmaq çətin olacaq. Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) böcəklərə qarşı mübarizə və əkinçilərə yardım üçün istədiyi 76 milyard dollar dəvədə qulaq kimidir və kimin, necə yardım edəcəyi də hələ bilinmir. İstiladan xilas olmaq üçün dünyanı işğal edən bu sistemdən qurtulmalı olduğumuzu nə vaxt başa düşəcəyik?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar