Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus hansı şərtlərdə sürətlə yayılır?

Yoluxucu xəstəliyə səbəb olan SARS-CoV-2 virusu tropik iqlimi olmayan bölgələrdə deyil, sərin, quru iqlimi olan regionlarda daha sürətlə yayılır...

UPI agentliyi bu xəbəri beynəlxalq alimlər qrupunun rəyinə istinadla verib.

Alimlər dünyanın 50 şəhərində virusun yayılması ilə əlaqədar vəziyyəti - həm virusun geniş yayıldığı, həm də cəmi bir neçə yoluxma halının müşahidə olunduğu yerləri araşdırıblar. Sonra çox sayda yoluxma hadisəsi olan şəhərlərin - Uhan (Çin), Tokio (Yaponiya), Tequ (Cənubi Koreya), Qum (İran), Milan (İtaliya), Paris (Fransa), Sietl (USA) və Madridin (İspaniya) nəticələrini 42 başqa şəhərin məlumatları ilə müqayisə ediblər.

Məlum olub ki, çox sayda koronavirus xəstəsi olan şəhərlər 30-50 dərəcə şimal enində yerləşir. Virusun ən çox yayıldığı dövrdə bu regiondakı temperatur +5...+10 dərəcə, rütubət isə 44-84% olub.

Tədqiqatçılar SARS-CoV-2-nin daha yüksək temperatur və rütubət şəraitində az yayılması qənaətinə gəliblər.

Qeyd edilir ki, iqlim dəyişikliyinin tədqiqi epidemiyanın baş verə biləcək yerlərinin proqnozlaşdırılmasında istifadə oluna bilər. Gələcək epidemioloji modelləri hazırlayarkən, bu amil nəzərə alınmalıdır. İrəli sürülən fərziyyəni sınamaq üçün iqlim dəyişikliyini simulyasiya etməyin mümkün olduğu laboratoriyalarda araşdırmaların zəruriliyi vurğulanıb.(oxu.az)

pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar