Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elmar Məmmədyarov başqa nazirlər kimi şou göstərmir" - Siyavuş Novruzov

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov XİN rəhbəri Elmar Məmmədyarovun DTX-ya müraciətini şərh edərkən maraqlı fikirlər səsləndirib...

YAP funksioneri “Yeni Müsavat”a açıqlamasında xüsusilə 3 nazirliyin qorunmasına ehtiyac olduğunu deyib: “Biz bu gün ilk növbədə Xarici İşlər, Müdafiə, Daxili İşlər nazirlərini qorumalıyıq. Ermənilərin əlinə hər hansı bir əsas verməməliyik ki, bizim Xarici İşlər nazirinə qarşı onların hər hansı iddiası olsun”.

S.Novruzov Elmar Məmmədyarov barədə mətbuatda yayılan məlumatların inandırıcı olmadığını bildirərək, XİN başçısının öz işinin öhdəsindən bacarıqla gəldiyini vurğulayıb və onun digər bəzi nazirlərdən fərqli olaraq, “şou göstərmədiyini” söyləyib: “Sadəcə, Elmar Məmmədyarov mətbuat üçün çalışmır, öz işini görür. Bəzən görürsünüz bəziləri şou göstərirlər. Elə bizim bəzi nazirlərdə də belə adət var. Prezident ölkəyə rəhbərlik edir, ölkədə iqtisadi-siyasi inkişaf gedir, nazirlərin hər biri az qalır ki, bu işləri öz adına yazsınlar. Bunlar ümumi, qlobal siyasəti həyata keçirən komandanın nümayəndələridir.

Məmmədyarovda isə belə adət yoxdur ki, özünü göstərsin. Gəlib iki dəfə çıxış edər, özünü göstərər, ondan sonra hamımız “bəh-bəh”lə deyərik ki, Məmmədyarovun əvəzi yoxdur. Amma o, öz işini görür və çox düzgün də edir. O cümlədən digər bir sıra strukturlarda da. Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, hamısı öz işlərini görür. Görürsünüz, mətbuatda yoxdurlar, gəlib mətbuatda başqaları kimi şou göstərmirlər".

Sonra bir daha E.Məmmədyarovun DTX-ya müraciətinə normal yanaşdığını vurğulayan S.Novruzov kifayət qədər maraqlı fikir söyləyib. Belə ki, o, “oğru-quldur, bandit” olanları yox, məhz yuxarıda sadalanan nazirlərə işarə edərək, onların qorunmalı olduğunu bildirib: “Digərləri də hörmətli Əli müəllim Nağıyevə müraciətlər etməlidir. Adın keçir, müraciət elə!... Bir daha bildirirəm ki, biz öz nazirlərimizi - müəyyən nazirlərimizi, mən oğru-quldur, banditi demirəm - qorumalıyıq!”

Görəsən, Siyavuş NovruzovPrezidentin işlərini öz adına yazan”, “şou göstərən”, hətta “oğru-quldur, bandit” deyərkən kimləri nəzərdə tutur və niyə konkret ad çəkmir? Bu ifadələrin ünvanı müəmma olaraq qalır. Nəzərə alsaq ki, YAP sözçüsü öz açıqlamasında Xarici İşlər, Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərini müdafiə və təqdir edir, deməli belə çıxır ki, sadaladığı digər “keyfiyyətlərə” malik şəxsləri yerdə qalan nazirlik və komitələrin başında olanlar arasında axtarmaq lazımdır... 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar