Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik bu obyektlərdə monitorinq keçirdi - Fotolar

İqtisadiyyat Nazirliyinin xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar edilib...

Qurumdan verilən məlumata görə, iyunun 10-da keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda “Ayaqqabı satışı MY BREND”, “Ayaqqabı mağazası”, “R & R mağazası”, “Madmazel mağazası”, “Uşaq aləmi” pərakəndə ticarət obyektlərində, "Bərəkət dönər evi"ndə, “Sac dönər evi”ndə, “Aptek Neyron”da, Yasamal rayonunda “Nizami Mall”da “Qadın geyimləri”, “Eley az hədiyyə”, Abasqulu Abasquliyevə məxsus “Parfumeriya” və “MHS” MMC-yə məxsus “Parfumeriya” mağazalarında, Xətai rayonunda “AMAY” Ticarət Mərkəzində Fərid Məmmədova məxsus “Kişi geyimləri”, Sevinc Şərifovanın “Kişi geyimləri” mağazalarında, Təranə Mehdiyevaya məxsus “Geyim dükanı”nda, Xədicə Qasımovanın “Ayaqqabı mağazası”nda, Ceyran Bayramovanın “Geyim dükanı”nda, Səbail rayonunda “Sahil” Ticarət Mərkəzində Şəlalə Qafarovanın “Ayaqqabı mağazası”nda, Rəşad Allahverdiyevin “Geyim mağazası”nda, Qaradağ rayonunda “Binə” Ticarət Mərkəzində Şamil Mirzəyevə, İlham Ağayevə, Anar Abdurəhmanova, Ceyhun Fərzəliyevə məxsus mağazalarda, Sabunçu rayonunda “Az Granata” mağazasında, “Vita Aptek”də, Suraxanı rayonunda “Oba market”də, “Arena Store Market”də, Ağstafa rayonunda “Ağstafa Telekom” mağazasında, “Baba Dönər”də, Qazax rayonunda “Mega Mall” ticarət obyektində, Elxan Əsgərova məxsus “Halal Dönər”də, Lerik rayonunda Fizuli Şərifovun “Ərzaq malları mağazası”nda, “Konica foto”da, “Zirvə Aptek”də, Zaqatala rayonunda “Sizin mobile” mağzasında, “Fəryad kafesi”ndə, “Köz dönər kafesi”ndə, “Dəniz tədris kursları” xidmət obyektində, Füzuli rayonunda Qəhrəman Quliyevə, Rizvan Rəhimova, Şərafət Fərəcovaya məxsus pərakəndə satış mağazalarında, Xaçmaz rayonunda "Vahid çörək” çörək istehsalı və satışı müəssisəsində, "Canalp suvarma sistemləri" mağazasında, "Asiman market”də, Şamaxı rayonunda Seymur Sədrayevin “Tikinti materialları” mağazasında, Şaiq Səfərovun “Market”ində, Ağsu rayonunda “Samir” mağazasında, “Aptek Zeytun 10”da, ümumilikdə, monitorinqin keçirildiyi 343 obyektin 117-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 11-dək 4997 sahibkarlıq subyektində monitorinq keçirilib və 2250 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.(Yenisabah.az)

pia.az

 

Fotolar




Etiket: monitorinq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar