Şirvan sakinini ilan sancıb...
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində dağlıq ərazidə baş verib. Şirvan sakini, 1963-cü il təvəllüdlü Heydərova Afət Nemət qızını gürzə ilanı sançıb. 57 yaşlı qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Qadının vəziyyətinin orta ağır olduğu bildirilir.
pia.az