Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın “azad dünyasında” irqçilik - Bu problemin həlli varmı?..

Özünü hələ də “azad dünyanın lideri” adlandırmağı sevən bir ölkədən çıxan dəhşətli səhnələr, görünür, hələ uzun müddət dünya televiziyalarında öz əksini tapacaq...

James Moore

“The Independent” qəzeti

Qarşımızda hiyləgər, təhlükəli və hər yerə əli çatan bir canavar var. Sosial mediada və xəbərlərdə ayrı-ayrı hadisələrə diqqət çəkildiyini görürük, amma məsələnin kökündəki səbəb çox da müzakirə olunmur.

Nyu-Yorkun Mərkəzi Parkında afro-amerikalı bir quş nəzarətçisi it saxlayan bir şəxsdən “itləri xalta ilə gəzdirmək” qaydasına riayət etməsini nəzakətlə xahiş etdiyi üçün həmin şəxs onu polis çağırmaqla hədələyib və onun bu hərəkətləri Amerikada baş verən son hadisələrin kölgəsində qalıb. Təəssüf ki, bu hadisədən və xüsusilə də verilən reaksiyalardan çıxarmalı olduğumuz dərslər var.

Quş nəzarətçisi və afro-amerikalı olan Krisçen Kuperin polis müdaxiləsi qarşısında hiss edə biləcəyi böyük qorxusundan istifadə etməyə çalışan Emi Kuper bu çirkin davranışının əvəzini aldı.

Maliyyə xidmət qrupu “Franklin Templeton”da sığorta investisiya mütəxəssisi kimi işləyən Emi Kuper etdiyi hərəkətdən sonra qəfildən Böyük Böhrandan bəri ABŞ-ın ən bərbad biznes bazarlarından birinin içinə düşüb. Şirkət verdiyi açıqlamada deyib:

“Dünən Mərkəzi Parkdakı hadisə ilə bağlı apardığımız daxili araşdırmadan sonra həmin şəxsi işdən çıxarmağa qərar verdik. “Franklin Templeton”da irqçiliyə heç bir şəkildə dözümlülük göstərə bilmərik”.

Bu müddətdə o, məsələnin məsuliyyətini də öz üzərindən atıb. “Çürük almalar"dan qurtulduq, indi isə davam edək? Yəni növbəti rübün mənfəət və zərər hesabı gələnə qədər burada baxa biləcəyimiz heç bir şey yoxdur?

Yəni bu, həqiqətən məqbuldurmu? Xeyr, bu, qəbul edilə bilməz.

“Franklin Templeton” nümunəsinə baxsaq, Amerika xəyalının dərisinin rənginə görə kənarlaşdırılan insanlar üçün niyə kabusa çevrildiyini qismən görə bilərik.

Şirkətin veb saytındakı siyahıda adı olan 17 direktor və vəzifəli şəxsdən 15-i ağdərilidir və aralarında bir dənə də olsun afro-amerikalı yoxdur.

Mantranın da dediyi kimi, çox işləsəniz, iş həyatınızda yüksələ bilərsiniz.

Veb saytından göründüyü kimi, Nyu-York Mobil Qiymətlər Birjasında (NYSE) yer alan və açıq bir şirkət olan “Franklin Templeton”da yüksəlməyin ən yaxşı yolu, görünür, təsisçi Conson ailəsinin üzvü olmaqdan keçir. Ancaq ailə əlaqələri sayəsində asanlıqla yüksələ bilməyəcəyiniz şirkətlərdə də problemlər baş verir.

Bahalı bir universiteti bitirin, “Wall Street”də və ya böyük və peşəkar xidmət şirkətlərindən birində 1-2 dəfə gəzib-dolanın və lazımi insanları ətrafınıza toplayın. Korporativ Amerikada yüksəlmək istəyirsinizsə, ən yaxşı seçiminiz bu ola bilər.

Bu çox insanı, xüsusən də azlıqları kənara atan bir yoldur.

Bəzən filmlərdə belə çəkilən istisnalarla bağlı üzə çıxan bu böyük təlaş bu insanların nə qədər fövqəladə olduğunu vurğulamaqdan başqa bir işə yaramır.

Bəs yaxşı minneapolisli polis məmurunun silahsız və əli qandallanmış Corc Floydun boğazını dizi ilə sıxaraq öldürməsi nəticəsində ABŞ-da böyük şəhərlərin etiraza qalxması ilə bu vəziyyət arasında nə əlaqə var? Çünki onları bəsləyən də korporativ irqçilikdir.

İrqçi davranışlarla bağlı ayrı-ayrı hadisələrin lentə alındığını, sosial mediada gündəmə gətirildiyini və xəbərlərin yayıldığını görsək də, məsələnin əsas səbəbi lap az müzakirə edilir.

Eyni şey ABŞ-ın iri şirkətləri və siyasi qurumlarına, habelə hüquq mühafizə orqanlarına da aiddir. Bu proses qeyd etdiyim halların birincisində işləyə bilər. Azlıqları öldürmək əvəzinə onları işə götürür və ya görməzliyə vururlar. Ancaq hər şey zəhərli bir xaosda birləşir.

Ən gözə çarpan nümunəni isə ABŞ Milli Futbol Liqasında (NFL) görmək olar: ölkənin əsas idman liqasındakı oyunçuların 70%-i afro-amerikalılar olsa da, baş məşqçilərin cəmi 4-ü baş məşqçidir və bu liqa çox yaxşı bir oyun qurucusunu polisin vəhşiliyinə etiraz etdiyi üçün rədd edib. O adamın adını eşitmiş olarsınız, Kolin Kapernik.

Hər yerə yayılmış bu korporativ irqçilik hiyləgər və təhlükəlidir.

Bunu filmlərdə görə bilməzsiniz. Əgər sizin başınıza gəlmirsə, bunu ancaq statistikada və ya illik hesabatlarda irqçiliyə dözə bilmədiyini deyən nəhəng şirkətlərin kiçik tərcümeyi-hallarının üstündəki ağ-qara şəkillərdə görə bilərsiniz. İnstitusional irqçilik ifadəsini işlətsəniz, yəqin ki, sizə “nə cürətlə belə danışırsan?” deyəcəklər. Yəni deyəcəkləri söz həmişə eynidir: “Biz irqçilikdən iyrənirik”.

Korporativ irqçiliklə mübarizə çətin işdir və siyasətçilərin yenidən namizəd olan kimi verdikləri vədlərə uyğun nəticə verməsi də mümkün deyil. Bu vəziyyət çox vaxt problemin bir parçası olan havadarların diqqətini cəlb edə bilmir. Buna görə də, özünü hələ də “azad dünyanın lideri” adlandırmağı sevən bir ölkədən çıxan dəhşətli səhnələr, görünür, hələ uzun müddət daha dünya televiziyalarında öz əksini tapacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar