Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənistan lobbi səviyyəsində bizə qarşı müharibəni davam etdirir..." - Politoloq

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə yazır...

Ermənistana qarşı təkcə hərbi təzyiqlərlə deyil, ilk növbədə bu ölkəyə qarşı assimetrik müharibə aparmalıyıq. Ermənistan bu illər bizə qarşı bu istiqamətdə ciddi şəkildə müharibə aparıb və nəticədə Qarabağ müharibəsində Qərbin dəstəyini almışdır. Məhz ABŞ -ın ölkəmizə qarşı "907"- ci düzəliş Ermənistanın ölkəmizə qarşı assimetrik müharibəsinin nəticəsidir ki, Vaşinqton bu qərarı ləğv etmir.

Bu gün Ermənistan lobbi səviyyəsində bizə qarşı müharibəni davam etdirir. Azərbaycan XİN səviyyəsində Ermənistanla aparılan danışıqların heç bir siyasi mənası qalmayıb. Bütövlükdə diplomatik danışıqlar mənasız bir meyar alıb. Azərbaycan XİN rəhbəri Elmar Məmmədayrov Ermənistanla diplomatik müharibədə ən zəif bəndir. Onun başçılıq etdiyi diplomatik korpuslar xaricdə Ermənistanla diplomatik müharibədə demək olar ki, heç bir uğura imza ata bilmir.

Ermənistanla müharibədə Müdafiə Nazirliyi kimi XİN özünü ön cəbhədə tutmalıdır. Hər bir səfirlik əməkdaşı və diplomatlar xaricdə Ermənistana qarşı diplomatik müharibıədə bir əsgər olmalıdır. Amma, onların missiyası təssüf ki, bu məsələdən 360 dərəcə aralıdır. Ona görə də AŞPA kimi qurumlar Qarabağdakı seçkilərə susqunluq etdi. ABŞ-ın bəzi ştataları və digər bəzi ölkələr Qarabağın nümayəndəliyini açıblar.

Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə yeni islahat siyasəti lazımdır. Hətta Qarabağ danışıqlarını prezidentin Qarabağ məsələsi ilə bağlı köməkçisinin aparılmasına ehtiyac var.

Biz artıq Ermənistanla bütün cəbhələrdə assimetrik müharibəyə başlamalıyıq. Ermənistan çox ciddi işlər görür. Bunun qarşısını almalıyıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar