Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəmiyyət ədalət istəyir: “Top” hökumətin qapısında

Deputat: “Ümid edirəm ki, obyektiv bir araşdırma olacaq”...

Hüquq müdafiəçisi: “Bu, hökumət üçün bir fürsət ola bilər”

İyunun 6-7-də Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda karantin rejiminin sərtləşdirilməsi qərarı müxtəlif olaylara yol açdı. Əsas narahatlıq doğuran hadisə isə paytaxtın Yeni Yasamal ərazisində yaşandı. İyunun 7-də həmin ərazidəki sakinlərdən biri qadağaya əməl etməyərək həyətə çıxdığına görə polislər tərəfindən zorla maşına mindirilib aparılarkən binaların sakinləri buna etiraz etdilər. Bəzi eyvanlardan aşağıya zibil atıldı.

Buna cavab olaraq, iyunun 8-də səhər saat 07 radələrində həmin məhəlləyə Çevik Polis Alayı yeridildi. Polislər zorla mənzillərə daxil olaraq, bir gün öncə eyvanlardan zibil atdığı iddia olunan şəxsləri yataqdan qaldırıb, bəzilərini, hətta yarıçılpaq şəkildə tutub apardılar. Sosial mediada yayılan videolardan polisin istər sakinlərlə, istərsə də saxlanılan şəxslərlə sərt davranışı müşahidə olunur.

Bu hadisə sosial mediada qızğın müzakirələrə yol açıb. Polisin davranışını qınayanlar da var, bir gün əvvəlki zibilatma hərəkətinə cavab hesab edib, haqq qazandıranlar da.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev AYNA-ya açıqlamasında məsələnin ciddi araşdırılacağına inandığını deyib: “Bu barədə Daxili İşlər Nazirliyi tərəfindən açıqlama verildi, faktlar araşdırılır, həm polisə münasibətdə (göydən polislərə atılan müxtəlif əşyalara görə) qanun pozuntusuna yol vermiş şəxslər, həm də polis işçilərinin fəaliyyəti araşdırılır və qanuna uyğun olaraq qərarlar qəbul olunacaq”.

“Mən də mətbuatdan oxudum ki, qadınla kobud davranışına görə bir nəfər polis işçisi polis orqanlarından xaric olunub. Ümid edirəm ki, araşdırmalar obyektiv olacaq və qanunu pozmuş, zorakılığa yol vermiş şəxslər layiqli cəzalarını alacaqlar. İstər polis olsun, istərsə də siravi vətəndaş - qanunu pozmuş hər bir şəxs cəzasını alacaq”, - deputat bildirib.

Həsənquliyev əlavə edib ki, cəmiyyət bu məsələyə çox həssas yanaşır: “Daxili İşlər naziri Vilayət Eyvazov da bu məsələyə ciddi yanaşdığına görə - hansı ki, polisin cəzalandırılması ilə öz mövqeyini ortaya qoydu - çox ümid edirəm ki, obyektiv bir araşdırma olacaq, kimliyindən asılı olmayaraq qanunu pozan hər kəs qanun qarşısında cavab verəcək”.

Hüquq müdafiəçisi Xalid Ağəliyev isə  şərhində hadisəni iki müxtəlif hissəyə ayırmaqla dəyərləndirib: “Birinci mərhələ polisin sərt karantin qaydalarının təmin edilməsi yönündə fəaliyyəti ilə əlaqəlidir. Polisin qaydaları pozan vətəndaşa müdaxilə etməsinin məzmunu tam aydın deyil. Belə durumlarda polis vətəndaşa qayda pozuntusu ilə bağlı xəbərdarlıq etməli, onu cərimələməli və mənzilinə keçməsini tələb etməlidir. Reallıqda isə nə baş verdiyi aydın görünmür. Aydın olan yalnız budur ki, vətəndaş polislərdən qaçmağa cəhd edir və polisin, fikrimcə, bir qədər aşırı güc tətbiqi ilə üzləşir”.

“Belə durumlarda polisin göstərişinə tabe olmaq lazımdır. Həm də mütləq nəzərə alınmalıdır ki, hadisələr sərt polis müdaxiləsinə məruz qalan vətəndaşı, yəqin ki, yaxından tanıyan onlarla, bəlkə daha çox sakinin gözləri önündə baş verir. Həmin insanların tanıdıqları birinin zor tətbiq edilməsi ilə, az qala, soyundurularaq maşına mindirilməsinə spontan şəkildə sərt reaksiya, etiraz ifadə edə bilmə potensialını ən yaxşı polislər bilməli və daha uyğun davranış yolu seçməlidirlər. Çünki belə məsələlərdə davranış təhsili alıblar. Hadisələrin sonrakı axarı da isbat etdi ki, polis həmin durumda adekvat yol seçməyib. Nəticədə insanlar etirazlarını ifadə etməyə başladılar”, - həmsöhbətimiz qeyd edib.

 

Ağəliyev hesab edir ki, etirazın forması bir qədər icazə verilən hədləri aşan məzmunda idi: “Ancaq bu halda da ən doğrusu məsələnin sahə müvəkkilinin fərdi söhbətləri, yaxud çağırışla dəvət etmə, gərəkirsə, məhkəməyə çəxarma yolu ilə həllini tapması ola bilərdi”.

 

Hüquq müdafiəçisi hadisənin ikinci mərhələsini isə belə dəyərləndirir: “Bu mərhələ xüsusi təyinatlı polislərin olayın baş verdiyi binanı nəzarətə götürməsi, həbslər aparmasını əhatə edir. Bu hissə inanılmaz dərəcədə qorxulu, vətəndaş-polis qarşıdurmasına qədər aparıb çıxara biləcək pozuntular silsiləsindən ibarətdir. Polis sayı, mənzillərə daxil olma şəkli, mənzillərdə davranış, saxlanılma formaları, saxlanılma anlarındakı rəftar, polisin baş verənləri lentə alması, ləyaqəti alçaldan rəftara məruz qalan vətəndaşların görüntülərinin qəsdən yayılması – bütün bunların hamısı elə ilk baxışda ciddi qanun pozuntularıdır”.

Azərbaycanda bəzi durumlarda polislərin adekvat davranmaması ilə bağlı qanqaraldıcı təcrübənin olduğunu vurğulayan X.Ağaliyevin fikrincə, son hadisə hökumət üçün həm də bir fürsət ola bilər: “Hökumət bu olayın maksimum ədalətli araşdırılmasını təmin etməklə, günahı olanları ədalətli mühakimə etməklə, gerçəkdən yeni bir mərhələyə keçidi təmin edə bilər. Əks halda bu olay qara ləkə kimi üstümüzdə qalacaq”.

Beləliklə, cəmiyyət baş verənlərə dair hökumətdən ədalətli araşdırma və qərar gözləyir, tələb edir. Və son söz ölkə rəhbərliyində...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar