Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarix təkrarlanır: Aralıq dənizində Türkiyə-Yunanıstan qarşıdurması

Türkiyənin yürütdüyü siyasət Aralıq dənizi hövzəsində yeni qlobal böhrana yol aça bilərmi?..

Nəzakət Məmmədova: “Əgər Türkiyə zəif olsaydı, onu çoxdan oyundan çıxarmışdılar. Türkiyə bu müharibədə qalib gələcək”.

Məhəmməd Əsədullazadə: “Beynəlxalq hüququn nə deməsindən asılı olamayaq Türkiyə burada öz maraqlarından geri çəkilməyəcək. Çəkilərsə, Türkiyə zəifləyə bilər”.

Türkiyənin son vaxtlar Krit, Rodos və Kipr adalarının cənubunda neft və təbii qaz axtarışları üçün rəsmi sənəd almaq istəyi, buna görə aidiyyəti qurumlara müraciət ünvanlaması Yunanıstanı bərk narahat edib. Bir neçə gün öncə Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulos Türkiyə ilə qarşıdurmaya hazır olduqlarını dilə gətirib. Türkiyə müdafiə naziri Hulusi Akar isə ordunun bütün vəziyyətə hazır olduğunu bəyan edib.

Hadisələr bu yöndə inkişaf edərsə, gərginlik hansı səviyyəyə qədər böyüyə bilər və bu məsələdə siyasi və beynəlxalq hüquq baxımından hansı tərəf daha haqlıdır? Həmçinin məlumdur ki, bu məsələdə Yunanıstan region dövlətləri, İsrail, Misir, o cümlədən Avropa Birliyi və ABŞ tərəfindən dəstəklənir. Türkiyənin yürütdüyü siyasət Aralıq dənizi hövzəsində yeni qlobal böhrana yol aça bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova və Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Türkiyəyə qarşı çox kartlardan istifadə edirlər”.

Türkiyə özü müstəqil olaraq enerji resursları, neft və qaz resurslarına çıxış əldə etmək istədiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu çıxış Aralıq dənizi hövzəsi, Liviya və Şimali Afrikada möhkəmlənməsi ilə mümkündür. Türkiyənin Suriyada, Liviyada, Aralıq dənizindəki fəallığı bu məqsədə bağlıdır:

“Türkiyənin son illərdə Yaxın Şərqdə, Şimali Afrikada, Aralıq dənizi hövzəsində apardığı fəal siyasətin məqsələrindən biri də öz geosiyasi nüfuzunu genişləndirməklə yanaşı, eyni zamanda adı çəkilən bölgələrdə enerji resurslarını əldə etmək, tranzit yollarına nəzarət etməkdir. Çünki müasir dünyada enerji resurslarına çıxışı olan, yaxud da tranzit yollarına nəzarət edən ölkələr hər zaman siyasətdə söz sahibi olurlar. Bu gün də bu məsələ çox aktualdır.

Türkiyənin özünün təbii sərvətləri yoxdur. Amma Türkiyənin əlverişli bölgədə yerləşməsi onu tranzit xətləri üzərində söz sahibi edir. Bilirik ki, Türkiyənin iştirak etdiyi Bakı-Tbilisi-Ceyran, TANAP, TAP, eləcə də Rusiya ilə Türk axını layihəsi, Cənub axını layihəsi var. Türkiyə enerji arterialları üzərində yerləşən əlverişli bir ölkədir. Eyni zamanda Türkiyə təkcə ötürücü enerji rolunda çıxış edən ölkə olmaq istəmir. Türkiyə özü müstəqil olaraq enerji resursları, neft və qaz resurslarına çıxış əldə etmək istəyir. Bu çıxış da Aralıq dənizi hövzəsi, Liviya və Şimali Afrikada möhkəmlənməsi ilə mümkündür . Türkiyənin Suriyada, Liviyada, Aralıq dənizindəki fəallığı bu məqsədlə bağlıdır.

Nəzakət Məmmədova: “Bu Türkiyə üçün ölüm-qalım savaşıdır”.

2023-cü ilə qədər, yəni Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ilə əlaqədar həmin meqa layihələr Türkiyənin regional gücə çevrilməsində mühüm layihədir. Təbii ki, Türkiyənin əleyhdarları buna qarşı çıxış edirlər. Məlumdur ki, Misir, İsrail, Avropa Birliyi, hətta Rusiya da Türkiyəyə qarşı çıxır. Demək olar ki, Türkiyə bu regionda tək mübarizə aparır. Amma əlverişli coğrafi mövqedə olmağı, böyük tarixi keçmişə sahib olmağı, NATO-nun ikinci ən böyük ordusuna sahib olmağı, istehsal ölkəsi olmağı və s. Türkiyəni nəhəng ölkələrlə baş etməyə şərait yaradır.

Qlobal böhran onsuz da baş verir. Belə olan halda da artıq Türkiyə öz iddialarını ortaya qoyub. Türkiyə tək iddia ortaya qoymayıb. Türkiyə bu fəaliyyətin həyata keçməsi üçün əlindən gələni edir. Yəni ölkə həm diplomatik demarşlara, həm də hərbi yollara əl atmaq istəyir.

Türkiyənin ABŞ, BMT, Avropa Birliyi və digər ölkələrlə anlaşılmazlıqları, eyni zamanda qarşılıqlı anlaşmaları da olur. Yəni Türkiyəyə qarşı çox kartlardan istifadə edirlər. Amma hər bir halda Türkiyənin başqa yolu yoxdur. Çünki bu Türkiyə üçün ölüm-qalım savaşıdır. Türkiyə bunu edəcək. Ərdoğan hakimiyyəti demək olar ki, təhlükəsizliyi təmin edib. Yəni Ərdoğan Şimal Afrikaya çıxış əldə edib, demək olar ki, Rusiya ilə münasibləri yaxşı səviyyədə saxlayıb. Həmçinin ordusunun savaş təcrübəsi var. Əsas faktor odur ki, Türkiyənin güclü ordusu var. Əgər Türkiyə zəif olsaydı, onu çoxdan oyundan çıxarmışdılar. Türkiyə bu müharibədə qalib gələcək”.

Məhəmməd Əsədullazadə: “Artıq Türkiyə Aralıq dənizində söz sahibidir və burada öz mövqelərini möhkəmləndirir”.

Yunanıstanın məlum açıqlamasının sadəcə provaksiya olduğunu düşünən politoloq mövzunu PİA.az-a şərh edərkən əlavə edib ki, bu provakasiyalar Türkiyənin geri addım atmasına gətirib çıxara bilməz. Həmin bəyanatdan sonra Ankara daha da qabağa gedəcək:

“Türkiyənin Aralıq dənizində Liviyanın BMT tərəfindən tanınan Sərrac hökuməti ilə sərhədlərin müəyyənləşdirilməsi müqaviləsi Ankarının burada fəaliyətinə hüquqi zəmin yaratdı.

Qeyd edim ki, Yunanısta, Misir və İsrailllə birgə Şərqi Aralıq dənizində kəşfiyyat işi apararaq burada Türkiyənin heç bir haqlarını tanımırdı. Ankara haqlı olaraq proseslərə müdaxilə edərək kəşfiyyat işləri aparmaq hüququnu əldə etdi və tərəflərin ona qarşı koalisiyasını parçaladı. Artıq Türkiyə Aralıq dənizində söz sahibidir və burada öz mövqelərini möhkəmləndirir. Liviyada uğurlu hərbi əməliyyatlar daha da Ankara üçün yeni avantajlar əldə edilməsinə gətirib çıxarıb.

Məhəmməd Əsədullazadə: “Türkiyə öz maraqları və hüquq çərçivəsində çıxış edir”.

Yunanıstanın məlum açıqlaması sadəcə provaksiyadır və Türkiyənin geri addım atmasına gətirib çıxara bilməz. Bu bəyanatdan sonra Ankara daha da qabağa gedəcək. Və artıq Yunanıstan sözünü geri götürdü. Yunanıstan və digər ona dəstək verən ölkələr Liviyada Türkiyəyə məğlub olub. Aralıq dənizində İsrail Türkiyə ilə əməkdaşlıqda maraqlıdır. ABŞ gəldikdə isə, artıq bu elədə əhəmiyyətli məsələ deyil. Ankara ABŞ-ın mövqeyini əhəmiyyətsiz hesab edir və buna qədər də belə olub.

Hesab edirəm ki, beynəlxalq hüquqa gəldikdə isə, Türkiyə öz maraqları və hüquq çərçivəsində çıxış edir. Beynəlxalq hüququn nə deməsindən asılı olamayaq Türkiyə burada öz maraqlarından geri çəkilməyəcək. Çəkilərsə, Türkiyə zəifləyə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar