Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Polisə zibil atanları dəstəkləyirsinizsə, deməli, it sürüsünə daxilsiniz" - Qalmaqal

"Hörmətli Fazil Mustafa bir ifadəsi ilə özünü məhv etdi"...

"Fazil Mustafanın yazısı ilə tanış oldum. Çox yersiz, hüquqdan kənar və bu gün olanlara haqq qazandırmağa xidmət edən yazı idi. Ən dəhşətlisi isə sosial şəbəkələrdə, ictimaiyyət arasında kütləvi halda xalq tərəfindən şiddətlə qınanan bir hadisəyə qiymət verərkən böyük xalq kütləsini "sürü" adlandırması idi... Bir millət vəkilinə yaraşmayan ifadə idi. "Hörmətli Fazil Mustafa bir ifadəsi ilə özünü məhv etdi" desəm daha doğru olardı".

PİA.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

A.Şakiroğlu bildirib ki, üzücü olan hallardan biri də qanunverici hakimiyyətdə təmsil olunan millət vəkilinin qanunvericiliyi doğru dürüst bilməməsi ilə bağlıdır: "Məhkəmə qərarı olmadan vətəndaşın mənzilinə birbaşa giriş etmək qanun pozuntusu olmaqla yanaşı (3-4 nəfərin məsafə saxlamadan mənzilə daxil olması) həm də karantin qaydalarının kobud pozulması idi".

F.Mustafa isə A.Şakiroğluna belə cavab verib: "Sizin bu qədər savadsız olduğunuzu, inanın ki, təsəvvürə gətirə bilməzdim. Əvvəla, biz "sürü" ifadəsini polisə zibil atanlar üçün işlətmişik və sözümüzün üstündə dururuq. Bunu siz də dəstəkləyirsinizsə, cəsarətiniz olsun, açıqca yazın. İkincisi isə, karantin qaydalarına görə polisin inzibati tənbeh tədbiri görmək üçün məhkəmənin qərarına ehtiyac yoxdur. Bu hüquq polisə verilib. Polisin burada hüquq pozuntusu yalnız o qadına söylədiyi ifadədir və buna görə məsuliyyət daşıyır. Bitirmək məsələsinə gəldikdə isə, qaraguruhçu zehniyyətin qarşısında həmişəki kimi öz haqlı mövqeyimizlə duruşumuz davam edəcək. Son yazımda da xalqla sizin təmsil etdiyiniz qaragüruhun sosioloji fərqini göstərmişəm".

A.Şakiroğlu cavabında deyir: "Qeyd etmək istəyirəm:

1) Savadlı olub da xalqı "sürü" adlandırmaqdansa, savadsız olub millətimə dəyər vermək daha üstündür mənim üçün;

2) Sürü ifadəsini polisə zibil atanlarla bağlı işlətmənizə gəldikdə isə həmkar və vətəndaş olaraq etiraz etmək hüququmu özümdə saxlayıram. Mən zibil atanların əməlinə heç bir yerdə haqq qazandırmamışam. Amma bu da vəhşiliyə bəraət qazandırıram anlayışı ifadə etmir. Və xüsusilə qeyd etmək istəyirəm ki, hətta ən qatı cinayəti törətmiş vətəndaşın belə təhqir olunması yol verilməzdir! Xüsusilə də millətinin vəkilinin dilindən! Həmin lazımsız əməli törətmiş şəxslər Azərbaycan Respublikası İXM-ni kobud formada pozmuş, polisin fəaliyyətinə maneə yaratmış bir qrup şəxsdir. Daha "sürü" deyildir! Həmin şəxslərlə də inzibati xətalar məcəlləsinin tələblərinə uyğun olaraq rəfdar edilməlidir. İnsani, zorakılıq olmadan!

3) Bəli, hörmətli polislərimizə inzibati tənbeh görməsi üçün böyük səlahiyyətlər verilib. Xüsusilə də karantin rejimi daxilində. Amma və lakin heç bir qanunda və salahiyyətdə məhkəmə qərarı olmadan vətəndaşın evinə daxil olaraq otaq-otaq gəzmək və axtarış aparmaq hüququ verilməyib!
Belə bir hüquq verilibsə rica edirəm paylaşın bizim kimi "savadsızlar" xəbər tutsun...

4) Bildirirsiniz ki, polis əməkdaşının hüquq pozuntusu yalnız və yalnız o xanıma söylədiyi ifadələrdir. O zaman mənə belə aydın oldu ki, siz milli məclisdə bizdən xəbərsiz olaraq İXM-nə dəyişiklik etmisiniz bizim xəbərimiz olmayıb. Yəqin evində yatmış və heç bir ağır cinayət işlətməmiş bir vətəndaşı yatdığı yerdə alt paltarında yerindən götürülməsi, əynini geyinməsinə belə icazə verilməməsi, saxlanılanların şəxsiyyətlərinin alçaldılması, həmçinin əməliyyat zamanı müqavimət göstərməyən, ahıl və xərçəng xəstəsi olan ağsaqqal bir vətəndaşı saxlayan zaman başına 2 qapaz vurulması, başına təpik vurması da İXM-nin tələblərinə uyğunmuş, biz bilmirik sadəcə... Yəqin bütün bunlar tam qanuna uyğundur..."

Deputat onu tənqid edənlərə mövqeyini bir daha ifadə edib: "Polisə zibil atanları dəstəkləyirsinizsə, demək it sürüsünə daxilsiniz. Normal vətəndaş karantin günlərində öz vəzifə borcunu yerinə yetirən polisə qarşı o cür davranış sərgiləməz. Utanmağa gəldikdə isə, cahil və nadan olduğunuza görə utanmama haqqına sahibsiniz".

Qeyd: F.Mustafanın qalmaqala səbəb olan mövqeyi ayrıca dərc edilib.(Pravda.az)

pia.az


Etiket: Fazil Mustafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar