Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronla Tsinpinin görüşünün pərdəarxası: Avropa Asiyaya üz tutur?..

Qərbin Çinə qarşı apardığı quru təbliğatın uğurlu olmayacağı, yüksələn Asiya sivilizasiyasını və Çin reallığını görməyən avropalı liderlərin çətin vəziyyətə düşəcəyi bəlli idi. Ona görə də həll yolu Asiyadır...

Ali Rza Taşdelen

“Aydınlık” qəzeti, Türkiyə, 8 iyul 2020-ci il

Koronavirus pandemiyası ilə cəhənnəmi görən Qərb ölkələri virusa qarşı məhdudlaşdırma tədbirlərini yavaş-yavaş deyil, sürətlə ləğv etməyə başlayıblar. Məsələn, Fransa “normal vəziyyətinə” qayıdır.

Bu “normal vəziyyətə qayıtmaq” qərarı müzakirə olunarkən Covid-19 pandemiyası təxribatı və onun nəticələri ən ağır şəkildə Qərb ölkələrində özünü göstərib. Dünyadakı ümumi insan itkisi 400 minə bərabərdir və bu itkilərin təxminən 70%-i AvropaABŞ-da baş verib (bunun 110 mini ABŞ-da olmaqla, ümumilikdə 265 min).

Pandemiya ilə sarsılan Qərb ölkələri, eyni zamanda, ABŞ-da Corc Floydun polis tərəfindən öldürülməsi ilə başlayan etirazların Qərb ölkələrinə də sıçramasına şahid oldular. Paris, London və Berlin kimi Qərb paytaxtlarında irqçilik və polis zorakılığına qarşı hərəkatlar keçirilib və görünür, keçirilməyə davam edəcək.

İqtisadiyyat iflas edir

Hər gün keçdikcə ölkələr milyardlarla avro itiritdi. Bağlanan müəssisələr cəmi 13 milyon işçisini qısamüddətli iş müavinəti üçün dövlətin qapısına göndərmişdi. Kirayəsini ödəyə bilməyən və ya evinə çörək apara bilməyən yüz minlərlə kiçik biznes sahibinə ayda 500 min avro verilib. Bu iş müavinəti 2,5 ay davam edib. Dövlətin bu yükü qaldırması da çox çətin idi. Üstəlik, iflas ərəfəsində olan avtomobil və aviaşirkətləri və təyyarə zavodlarını da xilas etmək lazım idi. Bunun üçün də milyardlara ehtiyac vardı.

Axırda hökumət çətin vəziyyətə düşdü, yardımlar dayandırıldı, qısamüddətli iş icazəsi, demək olar ki ləğv edildi və ya çətinləşdirildi. 3 ay işləyə bilməyən böyük, kiçik bütün müəssisələr, iflaslar və kütləvi işdən çıxarılmalara səbəb olan iqtisadi böhran dövrünə girdilər.

Baş vermiş hadisələrdən ən çox təsirlənən Fransa, İngiltərə, İtaliya və İspaniya kimi Avropa ölkələrində iflas nisbətlərinin 20-30% olacağı bildirilir. Bu göstəricinin ABŞ-da 40%-ə çatacağı müəyyən edilib. Bunun təbii nəticəsi olaraq işsizlərin sayının kəskin şəkildə artması gözlənilir. Orta hesabla 4 işçidən 1-i (25%) işini itirəcəyi düşünülür.

Asiya İnkişaf Bankının yayımladığı “Asiya İnkişaf Mənzərəsi 2020” adlı hesabatında Covid-19 pandemiyasının Avropa, ABŞ və digər böyük iqtisadiyyatlara yayılmasından asılı olaraq dünya iqtisadiyyatına 4,1 trilyon dollara başa gələcəyi bildirilir. Hesabatda bildirilir ki, Ümumi Daxili Məhsul (ÜDM) da qlobal səviyyədə 4,8% azaldıla bilər.

ABŞAvropa arasındakı uçurum böyüyür

ABŞ bu günlərdə böyük çətinlik içindədir və müttəfiqləri olan Avropa ölkələrinə heç əhəmiyyət vermirlər. Onsuz da 110 min insanı Covid-19-a qurban verib, işini itirənlərin sayı isə 40 milyonu keçib. Sanki, bu kifayət deyilmiş kimi qaradərili Corc Floydun bütün dünyanın gözü qarşısında vəhşicəsinə öldürülməsinə qarşı başlayan hərəkatların qarşısında da aciz qalıb. Bu böhrandan və yüksələn xalq hərəkatlatından trilyonlarla dollar çap edərək xilas olmağı seçən ABŞ-ın artıq Avropanı qorumaq və onlara əl uzatmaq iqtidarında olmadığı aydındır.

Kömək etmək bir tərəfə, Çinlə yaxınlaşan Avropa ölkələrinə qarşı sanksiya tətbiq etməyə başlayıb. Rusiya ilə Almaniya arasında inşası davam edən “Şimal axını 2” boru kəməri layihəsinə qarşı ABŞ boru xəttində yer alan və boruların çəkilməsini dəstəkləyən bütün qurumlara sanksiya tətbiq edəcəyini açıqlayıb.

Pandemiyanı pik həddə çatdığı günlərdə dünyada hamı Rusiya ilə Çinin İtaliyaya kömək etdiyini bilir.

Pandemiyadan əvvəl çox qütblü şəkildə yenidən formalaşmağa başlayan dünya pandemiyadan sonra daha konkret formada qütbləşəcək. Bir tərəfdə ABŞ-ın başçılıq etdiyi bu dağılma prosesinə daxil olan Atlantik cəbhəsi, digər tərəfdə isə yüksələn Asiya sivilizasiyası var. Bir tərəfdə isə bu iki cəbhə arasında sıxışan və Asiyaya qayıtmaq məcburiyyətində qalan Avropa ölkələri var.

Makron Si Tsinpinlə görüşüb...

Ürəyi Amerika üçün döyünən Makron da Çini seçib. O da ABŞ-ın quyruğundan yapışaraq bu böhranları aradan qaldıra bilməzdi. Ölkəsinin maraqları onu Çinə yönəltdi.

Makron ötən cümə günü Çin Xalq Respublikasının prezidenti Si Tsinpinlə uzun bir telefon danışığı aparıb. Danışıqla bağlı həm Yelizey Sarayından, həm də Çin rəsmi xəbər agentliyinin bir filialı olan “Xinhuanet” tərəfindən ətraflı məlumat verilib.

İki lider Covid-19 pandemiyasına qarşı qlobal mübarizədə Fransa ilə Çinin birlikdə çalışacağını açıqlayıb.

Si Tsinpin verdiyi açıqlamada: “Çin və Fransa Covid-19-un əvvəlindən bəri yüksək səviyyədə strateji koordinasiyasını qoruyub. Hər iki ölkə ortaq tədqiqatları təşviq etməli, peyvənd və dərman araşdırması sahəsində beynəlxalq əməkdaşlığı təkmilləşdirməli və Beynəlxalq Səhiyyə Təşkilatına verdiyi dəstəyi gücləndirməlidir”, deyib. Yelizey Sarayı da bu istiqamətdə açıqlamalar verib.

Makron ən qısa zamanda Çinə səfər edəcəyini də bildirib. Qərbin Çinə qarşı apardığı quru propaqandasının uğurlu olmayacağı, yüksələn Asiya sivilizasiyasını və Çin reallığını görməyən avropalı liderlərin çətin vəziyyətə düşəcəyi bəlli idi. Ona görə də həll yolu Asiyadır. Koronavirus sadəcə olaraq avropalı üçün bu prosesi sürətləndirir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar