Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin protokol xidməti Paşinyanı “unutdu”

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də 45 yaşını qeyd edib. Elə həmin gün üzündə təbəssümlə Nikol Paşinyan bütün ailəsi ilə birlikdə koronavirusa yoluxduğunu və özünütəcridə yollandığını açıqlayıb...

Paşinyanın ailəsi xəstəliyi simptomsuz keçirib. Baş nazirin yüksək əhval-ruhiyyədə olması dərhal xəstəliyin saxta olması barədə şayiələrə əsas verib.

Bununla birlikdə, Nikol Paşinyanın doğum günü hekayəsində başqa bir detal diqqəti çəkir. Məlumdur ki, Nikol Paşinyanın 45 illiyi münasibətilə Rusiya Prezidenti Vladimir Putin ona təbrik teleqramı göndərib. Teleqramın mətni Ermənistan hökuməti başçısının rəsmi saytında yerləşdirilib.

Buna baxmayaraq, 8 iyun tarixinə bu teleqram hələ də Kremlin rəsmi saytında yayımlanmayıb. Beləliklə, məsələn, 1 iyun tarixinə prezidentin veb saytında məşhur sovet və rus xizəkçisi Larisa Lazutinaya, həmçinin Rusiyanın Xalq artisti Yevgeniya Simonovaya teleqramı tapa bilərsiniz. İyunun 5-də Putin sinxron üzgüçülük üzrə Rusiya millisinin baş məşqçisi Tatyana Pokrovskayaya təbrik teleqramı göndərib. Lakin Rusiya tərəfi Ermənistanın baş nazirinə göndərilən teleqramı hələ də dərc etməyib.

Baxmayaraq ki, keçmiş və indiki dövlət başçılarına göndərilən teleqramlar mütəmadi olaraq və həmin gün də dərc olunur. Məsələn, Prezident İlham Əliyevin ünvanına göndərilən təbrik Kremlin saytında ötən il dekabrın 24-də tam olaraq günorta saatlarında ortaya çıxdı. Hətta Putinin Paşinyan tərəfindən bir o qədər də sevilməyən Ermənistanın sabiq prezidenti Robert Köçəryana ünvanladığı təbrik teleqramı da 31 avqustda Kremlin saytında yerləşdirildi.

Əlbəttə ki, bu “anlaşılmazlığı” protokol komandasındakı qüsurla əlaqələndirmək olar. Lakin Kremlin protokol xidmətinin peşəkarlığı şübhə doğurmur. Orada “yenilər” oturmur, söhbət çoxəsrlik ənənələri olan institutdan gedir, Putinin özü də illərin prezidentidir.

Çox güman ki, məsələ başqadır. Sirr deyil ki, Kreml simvolizmi sevir - məsələn, Ərdoğanın Suriyadakı Rusiya-Türkiyə ziddiyyətlərinin kəskinləşməsi zamanı Moskvaya səfərini xatırlayın. O zaman Putin Türkiyə prezidenti ilə II Yekaterinanın heykəli və Rusiyanın türklər üzərində qazandığı qələbə şərəfinə saat olan otaqda söhbət etdi. Beləliklə, Nikol Paşinyana münasibətdə Kreml olduqca incədir, lakin daha diqqətli müşahidəçilər baxımından bir növ “səhlənkarlıq” nümayiş etdirməsi açıq-aşkar görünür.

Kremldə onu gah inadla “Nikol Vovayeviç” əvəzinə “Nikol Vladimiroviç” adlandırırlar. Bununla da onun atasının pasport adı olan - “Vova”nı əsl rus adı olan “Vladimir” (əslində, bu qərbyönlü erməni mətbuatı tərəfindən “rus supergücü”nün ifadəsi kimi qiymətləndirilir - red.) şəklinə qaytarırlar. Gah da 45 illik yubileyi münasibətilə təbrik teleqramını yayımlamağı sanki təsadüfən unudurlar. Yalnız bu cür siqnalların Moskvanın Yerevandakı mövcud hakimiyyətdən çətinliklə gizlədilən siyasi yadlaşmasının düzgün simptomları olduğunu ehtimal etmək qalır. Hazırda ölkədə çoxsaylı karantin rejimini pozanların fotolarını “Facebook” səhifəsində yayımlamaqla məşğul olan Ermənistan baş nazirinin onları qovub-qovmayacağı sual altındadır.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar