Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na məxsus avtomobildə narkotik əməliyyatı - DSX - Fotolar

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixo­trop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb...

Bu barədə "Report"a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

İyunun 2-də, saat 01:30 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomobil yolunda Ağalı kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu ağ rəngli “Qazel” markalı 99-JG-082 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhəd naryadı tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq qaçmağa çalışarkən avtomobilin sürücüsü ilə birlikdə saxlanılıblar.

Saxlanılan şəxslərin 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Eyvazov Tahir Nəsrulla oğlu və 1981-ci il təvəllüdlü Ağcabədi rayon sakini Məmmədov Rəşad Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobildəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 350 qram narkotik vasitəyə (4 kq 265 qr “heroin”ə, 2 kq 10 qr “metamfetamin”ə, 2 kq 5 qr “tiryək”ə, 1 kq 70 qr “marixuana”ya və 490 ədəd dərman preparatına) oxşar maddələraşkar olunaraq götürülüb.

Araşdırma zamanı R.Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsinin əməkdaşı olduğu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na məxsus olması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Fotolar

pia.az


Etiket: DSX


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar