Bakıda yaşayış binasında yanğın olub...
Bu barədə PİA.az FHN-ə istinadən xəbər verir.
Məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 40 m² olan tikiş sexinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
pia.az