Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Karantin rejimi dövründə Bakıda təcili yardıma müraciətlər artıb” - Açıqlama

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi ilk gündə - iyunun 6-da Bakı şəhəri üzrə təcili tibbi yardıma edilən çağırışların sayı məlum olub...

Bu barədə Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirib.

Onun sözlərinə görə, həftə sonları hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi ilə əlaqədar təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışır:

"Həftənin orta günlərində bizim xətdə 139 briqada fəaliyyət göstərirdisə, şənbə və bazar günlərini nəzərə alaraq biz xəttə 155 briqada çıxarmışıq. Eyni zamanda həftəsonunda 103 çağrı mərkəzinə çağırışların sayının artacağanı nəzərə alaraq çağırış qəbulu üzrə tibb bacıları da tam çıxışla xidmət göstərir".

N.Fərzəliyeva qeyd edib ki, əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb: "Əvvəlki günlərdə biz gün ərzində 1 600-dək çağırış icra edirdiksə, sonuncu günün (şənbə günü - red) statistikasına nəzər saldıqda görürük ki, çağırışların sayı artıq 2 300-ə çatıb".

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar