Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda kütləvi dezinfeksiya aparıldı - Fotolar

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilir...

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən daxil olan xəbərdə bildirilir ki, Nazirlər Kabineti yanında Xüsusi Qərargahın müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin beş şəhər və bir rayonunda 2 gün ərzində sərt karantin rejimi tədbiq olunduğu və paytaxt sakinlərinin bu günlər ərzində evlərində olacaqları nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən iyun ayının 7-də səhər saatlarından etibarən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə artıq 5-ci dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib.

Əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.

Avropanın heç bir ölkəsində Bakı şəhərində aparılan bu genişmiqyaslı dezinfeksiya tədbirləri səviyyəsində işlər görülməyib. Böyük maliyyə vəsaiti tələb edən tibbi-profilaktiki işlər ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində mümkün olmuşdur” – deyə xəbərdə bildirilir.

Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Raytaxt küçələrində sərt karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həm də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərində fəal iştirak ediblər.

Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları təsdiq edilmiş qrafikə uyğunlaraq departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

pia.az


Etiket: dezinfeksiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar