Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını karantinlə almaq mümkün deyil” - Açıqlama

İstənilən problemin həlli üçün ən vacib amil statistikadır, məlumat bazasıdır...

Normal rəqəmlər və məlumatlar olanda ilk növbədə problemin həlli üçün doğru diaqnoz qoyulur, doğru modellər işlənib hazırlanır.
Operativ Qərargah bunu bacarmırsa əlində olan məlumatları açıqlasın, yığışlb analiz edək, modellər quraq. Ad, soyad lazım deyil, əsas bir neçə məlumat vacibdir, məsələn: 1) Gündə nə qədər test aparılır, 2) Gün ərzində yoluxanlar hansı rayon-şəhərlərdəndir, 3) Yoluxmanın hansı şəraitdə olma ehtimalı haqqında məlumat bazası varmı, 4) Yoluxanların kontaktda olduğu insanların təqribi sayı varmı, 5) Son 5 gündə yoluxma artıbsa, deməli bu son 20 gündə baş verən yoluxmadı. Son 20 gündə yoluxanlar arasında xaricdən ölkəyə gətirilən vətəndaşlarımız neçə faiz təşkil edir - bunu bilsək, yumşalma tədbirlərinin təsirini də ölçə bilərik.

Təbii ki, mən həkim deyiləm, amma rəqəmlərlə işləyirəm - əgər yoluxma sürəti DST nin dediyi kimidirsə, deməli artıq ölkədə yüzminlərlə yoluxan var, bunun qarşısını artıq karantinlə almaq mümkün deyil. Çünki, dünya üzrə yoluxanların 45%-də heç bir simptom olmur, amma onlar virusu digərlərinə ötürürlər. Başqa sözlə, artıq bizdə də kollektiv immunitet yaranır, çıxış yolu da məhz budur. Karantin bu işi əngəlləyərək virusin yayılma zamanını uzadır.
Vacib qeyd: Təbii ki, hamı özünü qorumalıdı, maska, əlcək, məsafə, əl təmizliyi olmalıdı - amma, çıxış yolu da kollektiv immunitetdir.

Suallar: 1) Bizdə yoluxma sayı hələ də Türkiyədən və Rusiyadan çox azdı, nədən onlar açılır, amma biz qapanırıq, 2) Sərt qaydaları düşünən Qərargah heç fikirləşdimi ki, məsələn, smartsayğacda pulu bitən, ona görə də suyu, qazı, işığı kəsilən vətəndaş nə etsin indi? 2 sutka kommunal xidmətlərdən mərhum olsun?! 3) Qərargah heç anlayırmı ki, çörək zavodlarında, böyük sexlərdə (kiçik sexlər daha asandır) 48 saat işləməyəndən sonra peçləri işə salmaq, qızdırmaq, təmizləmək çox çətindir?! Heç düşündülərmi ki, birinci gün saat 6-da bitən rejimi nəzərə alsaq, ilk kütləvi çörək istehsalı böyük istehsalçılarda ən yaxşı halda 8-10 saatdan sonra mümkün olacaq?! Bəs 1-ci gün səhər və günorta bu boyda şəhərin əhalisinin təlabatını kiçik sexlərlə ödəmək mümkün olacaqmı?!

Natiq Cəfərli

İqtisadçı

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar