Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədovdan açıqlama

“Azərbaycanın işğal edilmiş ərazilərində “qondarma” prezident və parlament seçkilərinin keçirilməsini qondarma xunta rejimi və Ermənistan tərəfindən Azərbaycana birbaşa təcavüzün və işğalın davamı kimi qiymətləndirirəm”...

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədiv qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya Kompleksinin açılışı zamanı bu məsələ ilə bağlı söylədiyi fikirlərlə tam razıdır və onu müdafiə edir:

"Dünyanın əksər ölkə və beynəlxalq təşkilatlarının bu şounun nətcələrini tanımaması bizim içimizin haqq işi olmasını bir daha sübüt etdi. Həmişə olduğu kimi bu dəfədə Avropa Şurasının susması, ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı. Bir qrup ermənipərəst Avropa parlamentarilərinin təsiri altında Azərbaycanın ərazı bütövlüyü istiqamətində apardığı haqq işini müdafıə etmədi, qondarma seçkilərə münasibət bildirmədi. Prezıdent İlham Əliyevin dəfələrlə deyd etdiyi kimi bu təşkilat Azərbaycanın sərbəst siyasət yeritməsini həzm edə bilmir, müxtəlif bəhanələr gətirməklə Azərbaycanın uğurlarına, ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki fəaliyyətinə dəstək verməyərək, qaralama siyasəti aparır. Azərbaycanda yaradılmış demokratik mühit, əminamanlıq, əhalinin tam təhlükəsiz həyat sürməsi, azad fikir söyləməsi fonunda, əksər Avropa ölkələrindəki əhaliyə qarşı qeyri-insani rəftarlar, zorakılıq halları nədənsə Avropa Surası Parlament Assambleyasının gözündən yayınır, heç bir münasibət bildirilmir. Təbii ki, bu hallar bizdə - Azərbaycan Parlamentinin üzvlərində Avropa Şurasınanın demokratik dəyərlərdən uzaq olduğu, ikili siyasətin təmsilçisi və aparıcısısı fikrini yaradır. Belə böyük bir təşkilatın kimlərinsə təsiri altina düşməsi, məruzəçilərin müxtəlif adlar altında xaricdə gizlənmiş və Azərbaycan haqqında böhtan və iftiralar yayan qruplardan yararlanması bu təşkilatın imicinə ləkə gətirir".

"Mən hər zaman fikrimi azad və birbaşa deyən şəxs olmuşam və indidə deyirəmki bizim haqq işimizə Avropa Şurası tərəfindən olan münasibət bizdə bu quruma qarşı təəsüf və nifrət hissi yaradır. Bu qədər qaçqın və köçkünün, əsirlikdə saxlanılan minlərlə insanın,girov götürülmüş və uydurma ittihamlarala həbs edilmiş Azərbaycan vətəndaşlarının hələdə azad edilməməsində Avropa Şurası Parlament Assambleyasının bizə qarşı apardığı qərəzli siyasətində payı vardır. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti bəyənir və tələb edirik ki, Azərbaycana olan münasibət tam dəyişdirilməlidir, Avropa Şurası ölkəmizdə olan problemlərə ədalətli yanaşma nümayiş etdirməli, həllinə dəstək verməlidir",-deyə parlamentari bildirib. (modern.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar