Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər?

ABŞ-da yaşamaq, işləmək, təhsil almaq və digər bir çox fürsətləri həyata keçirtmək imkanı verən “Green Card” (yaşıl kart) bir çox üsullarla – iş vizası əldə etməklə, qaçqın statusu ilə və ya ən sadə şəkildə lotereya proqramında iştirak etməklə əldə oluna bilər...

Araşdırmalara görə, 1.2 milyon mühacirin yalnız 3.5 faizi vizanı lotereyadan əldə edib. Hər il 110 min nəfər xarici vətəndaşa isə iş vizası açmaq məqsədilə “Green Card” verilir.

PİA.az xəbər verir ki, 1990-cı ildən bəri tətbiq olunan “Green Card” proqramı qalib gəlmiş şəxslərə seçmək və seçilmək hüququndan başqa digər bütün məsələlərdə Amerika vətəndaşı ilə eyni hüquqları verir.

Amerikada qanuni şəkildə yaşamağın və ya işləməyin ən asan yolu “Green Card” lotereya proqramına qoşulmaqdır.

Lotereya qalibləri Azərbaycan vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq hüququna sahib olur.

Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur və seçim adi lotereya kimi təsadüfi qaydada aparılır.

Lakin bəzi insanlar müəyyən ödəniş əsasında şirkətlər vasitəsilə qeydiyyatdan keçir.

ABŞ-ın Azərbaycandakı səfirliyi şirkətlər vasitəsilə müraciət edənlərin seçilmə şansının artmadığını qeyd edir. Əksinə bu müraciət şəxsin Amerikaya köçmək və hətta səfər etmək imkanlarına ciddi xələl də gətirə bilər.

“Greencard” viza lotereya proqramının məqsədi  Amerika əhalisi arasında mədəniyyət müxtəlifliyini artırmaqdır. Elə proqramın rəsmi adı da ABŞ Müxtəliflik vizasıdır.

Amerikaya az sayda miqrasiya etmiş ölkələr müəyyən kvota əsasında lotereya proqramında qalib gələ bilər. Ümumilikdə ildə təxminən 50 min nəfərə viza verilir.

Lotereya proqramında iştirak üçün minimum tələblər olduqca sadədir. 17 yaşdan yuxarı orta məktəb təhsili, yəni attestatı olanlar müraciət edə bilərlər. Əgər orta təhsil yoxdursa, son 5 ildə 2 illik iş təcrübəsi də proqramda iştirak etməyə əsas verir. Ən önəmlisi isə İngilis dili bilikləri tələb olunmur.

Bu kimi sadə şərtlər Amerikada başda prezident Donald Tramp olmaqla, bir çox şəxsləri narahat edir. Trampın fikrincə Amerikaya layiqli insanlar miqrasiya etməlidir, orta təhsil isə bunun üçün kifayət deyil.

2017-ci ildə ABŞ-da baş verən terror hadisəsindən sonra Donald Tramp “Green Card”ın ləğvi məsələsini yenidən gündəmə gətirdi. Prezident çıxışında insanların təsadüfi formada seçildiyi “Green Card” lotereyasının artıq qüvvədə olmayacağını qeyd etmişdi. Bu çıxışdan sonrakı illərdə isə “Green card” üçün müraciətlərin sayı kəskin artdı.

Hər il lotereya nəticələri 15 maydan gec olmamaq şərtilə açıqlanırdı. Bu il isə koronavirus pandemiyası səbəbilə nəticələr 6 iyunadək ertələnib. Bakı vaxtı ilə 20:00-dan etibarən nəticələrinizi öyrənə bilərsiniz. (modern.az)

pia.az


Etiket: Greencard

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar