Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sədərək” və “Binə” üç aylıq fasilədən sonra işə başlasa da ticarət “dirilməyib”

“Sədərək” və “Binə” ticarət mərkəzləri iki aylıq fasilədən sonra yenidən fəaliyyətə başlayıb.  Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən xüsusi karantin rejiminin növbəti dəfə yumşaldımasına, iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpasına qərar verib...

Təbii ki, iri ticarət mərkəzlərinin açılması kütləvi yoluxma risqini də artırıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı da “Sədərək” ticarət mərkəzi ilə bağlı narahatlığını bildirib. Bayramlı operativ qərargahın mətbuat konfransında qaydalara riayyət olunmasını  tövsiyə edib. “Bizi narahat edən məsələlərdən biri “Sədərək” ticarət mərkəzi ilə bağlıdır. Burada xidmət göstərənlər qaydalara ciddi əməl etməlidirlər. İri ticarət mərkəzlərinin daxilində fərdi mağaza sahibləri, fərdi sahibkarlıq subyektləri sosial məsafəyə və maskalardan istifadə edilməsinə ciddi diqqət etməlidir. Qaydalara riayət etməyənləri inzibati məsuliyyət gözləyir”,-o bildirib.

Virtualaz.org-un əməkdaşları ticarət mərkəzlərinə baş çəkib, ciddi koronavirus təhlükəsi fonunda işə başlayan satıcıların vəziyyətlə maraqlanıblar. Bəlli olub ki, xüsusilə Çindən mal gətirilməsinin dayandırılması hələ ki qıtlığa səbəb olmayıb. Alıcı az olduğundan bahalaşma da yoxdur.

Ticarət mərkəzlərinə sərnişin daşıyan marşrut avtobusları fəaliyyətini bəpa etsə də, fərdi nəqliyyat vasitəsilə gələnlər çoxluq təşkil edir. Amma bununla belə, girişdən avtomobillərin nisbətən seyrəkliyi diqqətimizi çəkir. Elə bazarın içərisində də əvvəlki qələbəlikdən əsər-əlamət yoxdur.  

Bazarın “şirniyyat” bölməsi adlandırılan, gündəlik təlabat malları, xırdavat satılan bölməsində də alver zəifdir. Satıcılar Bakıdan rayonlara, eləcə də əks istiqamətdə  gediş-gəlişə qoyulan qadağanın götürülməsindən sonra vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə əmindilər.

Satıcıların sözlərinə görə, sonuncu dəfə ötən ilin sonlarında  Çindən mal sifariş ediblər. Hələlik anbarlarda qalmış, əllərində olan son malları satmaqla məşğuldurlar. “Bu da uzaqbaşı ay  yarımdan sonra  qiymətlərə  müəyyən qədər təsir edəcək”, -satıcılardan biri belə deyib.

Bununla belə satıcılar ticarət mərkəzinin açılmasına sevinirlər.

Geyim ticarəti ilə məşğul olan Günay adlı satıcı isə bildirib ki, hələ də qış mallarını satışdan yığışdırmayıb, çünki mövsümü geyimləri azdır, mağaza boş görünür: “Mal gəlmir, heç kim gətirə  bilmir... Çindən aylar əvvəl gətirdiyimiz malları satırıq. Mal gətirmək üçün pul göndərmək istəyirik,  amma düşünürük ki,  pul göndərərik, yolda batar. Daha heç nəyə arxayın deyilik. İki gündür işə gəlirik, bu gün qərar çıxıb ki, həftə sonu iş olmayacaq.  Sabah da nə qərar veriləcək, bilmirik...”

Onun fikrincə, “Sədərək” və “Binə”nin bağlanmasına görə yaranan mal qıtlığından onlardan mal alıb şəhərin müxtəlif ərazilərində satışa çıxaran alverçilər qazanıblar: “Burada topdan 10 ədədini 1,5 manata, ədədini 20 qəpiyə satdığımız corabları keçən həftə özüm”Əcəmi” stansiyasının yaxınlığından 1 manata almışam. İnanın bu mənə elə pis təsir elədi ki... Axı mən bunun qiymətini, mayasını bilirəm. Amma onları da qınamıram, mal yoxdur, əlindəkini də satsan, gərək mağazanı bağlayıb oturasan evdə. Ona görə də, hamı 5 manat artıq qazanıb pis gününə pul saxlayır...”, - Günay belə deyib.

Satıcılar hesab edirlər ki, bahalaşma ev əşyaları və geyim mallarında müşahidə olunacaq.

Öyrəniik ki, hazırda ən çox tələbat olan mallar yay hovuzları, uşaqlar üçün yelləncəklər və bir də bağ evlərində zəruri olan əşyalardır. Satıcı Samir İslamovun sözlərinə görə, virus təşvişi həyət evi və ya bağ evi olanları indidən tədarük görməyə vadar edib: “Bizdə xüsusi karantin rejimi müddətində də alver dayanmayıb, onlayn satış etmişik. Bazar açılandan da xeyli müştərimiz var. Ən çox tələbat rezin hovuzlaradır. Görünür, insanlar virusa görə dənizə getməkdən imtina edirlər, öz həyətləri üçün belə hovuzlar almağa üstünlük verirlər”.

Satıcı deyir ki, 25- 250 manat aralığında müxtəlif ölçülü hovuzlar satışa çıxarılıb. Ən çox satılanlar isə orta ölçülü və qiyməti 40-60 manat arasında dəyişən hovuzlardır.

Həmsöhbətimiz Samirdən fərqli olaraq, alıcı qıtlığından şikayətlənənlər daha çoxdur. Məsələn, 4-cü sırada toy xonçaları və digər bəzək əşyaları satılan mağazanın qarşasında bir nəfər də olsun müştəriyə rast gəlmədik. Qonşu mağazadakı həmkarı ilə dərdləşən satıcı gün ərzində nəinki satış, heç maraqlananın belə olmadığını deyir. Toy mərasimlərinin keçirilməsinə qadağa qoyulduğundan, elə cehizlik mallar satılan mağazalarda da müştəri gözə dəymirdi.

Uşaq oyuncaqları, məktəb ləvazımatları, eləcə də qab-qacaq mağazalarında da vəziyyət eynidir, satıcılar alıcı olmamasından şikayətçidirlər.

Sahibkarlar onsuz da gərgin ab-hava hökm sürən bazarda bir də rəhbərlik tərəfindən işləmədikləri dövr üçün tələb olunan icarə haqqına görə narahatdırlar.  Onlardan yeni işə başladıqları iyun ayının icarə haqqını tələb edilir. Söhbətləşdiyimiz mağaza sahiblərinin bəziləri bildirirlər ki, icarə haqqını mart ayında əvvəlcədən onlardan alıblar.  Hələ rəhbərlik onlara borclu qalıb.

“Bazarda ödənişi ayın əvvəlindən alırlar. Mart ayının da əvvəlindən biz ödəniş eləmişik, amma bazar bağlandığına görə ayı axıradək işləyə bilməmişik. Belə çıxır ki, bazar rəhbərliyinin bizə borcu var. İndi bu ayın icarə haqqını istəyirlər Nə satmışıq ki, ödəniş edək? Ölkədəki vəziyyətdən xəbərləri yoxdur?”,-ticarətçilərdən biri deyir.

Əlavə edir ki, hələ alverin qızışdığı şənbə və bazar günləri bazarın bağlanması onların işini lap çətinləşdirəcək.

“Binə” ticarət mərkəzində isə vəziyyət nisbətən pisdir. Xüsusən, topdansatış obyeklərində satıcılar müştəri qıtlığından gileylənirlər: “Alıcı yoxdur, əsas müştərilərimiz rayonlardan gələnlər olduğundan demək olar, heç nə satmırıq.  Rayonlarda mağazalar lap bərbad vəziyyətdədir. Əvvəllər ayda bir-iki dəfə gəlib bizdən mal aparırdılar, indi yollar bağlıdır deyə gələ bilmirlər...”, - satıcılardan biri deyir.

Bazara gəlişimiz ölkədə əhalinin kütləvi toplaşdığı yerlərdə, qapalı məkanlarda maska qadağasının qüvvəyə mindiyi vaxta təsadüf etdiyindən bəzi alıcıların və satıcıların maska taxmasının şahidi olduq. Ərazidə maska ilə bağlı hər hansı reyd keçirilməsə də, tez-tez səsgücləndirici ilə ticarət obyektində maska taxmağın məcburi olduğunu bildirən elan səsləndirilir. Amma yenə də maskanı qulağına,boğazına, qoluna keçirənlər, cibinə qoyanlar da kifayət qədərdir. Bəziləri gündəlik yoluxma və ölümlərə baxmayaraq hələ də virusun mövcudluğuna inanmır. Baxmayaraq ki, bazarda indi əsas müzakirə mövzusu koronavirusdur.

Ticarətçilər deyirlər ki, əslində “Binə”də və “Sədərək”də alver yanvarın ortalarından etibarən kəskin zəifləməyə başlamışdı. Çində koronavirusun yayılması haqda xəbərlər fonunda insanlar həmin ölkədən idxal edilən malların satıldığı ticarət mərkəzlərinə gəlməkdən çəkinməyə başlamışdılar. İndi isə ticarət mərkəzləri açılsa da alış-verişə gəlməyə bir çoxları ehtiyat edir. Digər tərəfdən koronavirus pandemiyasına görə iş yerlərinin 2 aydan çox bağlanması insanların gəlirlərinə, alıcılıq qabiliyyətinə də mənfi təsir edib. Ona görə də, “Sədərək” və “Binə”nin özünə gəlməsi bu yaxın perspektivdə mümkün olmayacaq...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar