Bazar ertəsi, 06 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular...” - Müsahibə

Tanınmış jurnalist Etibar Cəbrayıloğlunun Yenisabah.az saytına müsahibəsi:

- Etibar bəy, Vüqar Səfərlinin KİV DF-nin rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu qurumun adı ətrafında yaranan ajiotaj səngimək bilmir. Hər gün yeni faktlar açıqlanır, yeni iddialar ortaya çıxır. KİV Fondunun idarəçiliyində bu qədər ciddi nöqsanların olduğunu bilirdinizmi?

- Vüqar Səfərli 2009-cu ildə KİVDF-nin rəhbəri vəzifəsinə təyin olunub. Mən onun bacarğı, idarəçilik xüsusiyyətləri, insani keyfiyyətləri barədə tənqidi fikrlərimi hələ 10-il öncə-2010-cu ildə “Reytinq” qəzetində açıq mətnlə bildirmişəm. Həmin müsahibədən sonra qəzetin baş redaktoru Afiq Mirzəbəyliyə irad, giley-güzar edənlər Səfərli işdən qovulandan sonra bizə qonaqlıq vermək üçün növbəyə dayanıblar. KİVDF-nin sabiq rəhbəri haqqımda fikirlərimi bilmək istəyənlər zəhmət olmasa “Qafqazinfo” saytının 2010-cu ilə aid arxivinə göz atsınlar, köşə yazımı oxusunlar.  Mənim KİVDF-nin artıq sabiq rəhbərinə münasibətimi o, özü də, Səfərlini layiq olmadığı vəzifəyə dürtüşdürənlər də yaxşı bilirdilər. Onunla ara-sıra üz-üzə gələndə heç bir-birimizə salam belə verməmişik. Etibar Cəbrayıloğlu KİVDF-nin heç bir müsabiqəsində iştirak etməyib, tədbirinə qatılmayıb. 

Bu gün Vüqar Səfərli artıq vəzifəsinən çıxarılıb və indi onu tənqid etmək, necə deyərlər, gedənin arxasınca danışmaq aldığım tərbiyəyə uyğun gəlmir. Amma bu illər ərzində elə baş redaktorlar var idi ki, oxuculardan dönə-dönə üzr istəyirəm, Vüqar Səfərli ayaq yoluna gedəndə qapının arxasında növbəyə dururdular ki, içəridən gələn iy-qoxu onların da bahalı kostyumlarına hopsun. Demək istədiyimk odur ki, KİVDF-nin fəaliyyəti, müsabiqələrin mənasızlığı və “Jurnalistlər Evi”indəki problemlər barədə hər zaman, hər yerdə danışmışam. Bunu səs yazılarımızı Səfərlinin masası üzərinə qoyanlar, “muzdlu xəbərçilər” gözəl xatırlayılar. 

- Hazırda əsas narazılıq jurnalistlər üçün tikilən mənzillərin bölüşdürülməsiylə bağlıdır. Siz də həmin binalarda yaşayırsınız. Ətrafınızda, qonşularınız arasında jurnalistikaya dəxli olmayan adamlar var?

- Əvvəla onu deyim ki, mənə jurnalist üçün tikilən birinci binada mənzil verilib. Bu məsələ barədə çox danışmışam, təkrarda fayda var. “Ədalət” qəzetinin rəhbəri, millət vəkili  Aqil Abbas bu məsələdə böyük bir kişilik, qətiyyət göstərib, mənə görə döyüşüb, söyüşüb. Bunu KİVDF-nin, Mətbuat Şurasının rəhbərliyində təmsil olunanlar yaxşı bilir. Bir nəfərin də adını çəkməyi özümə borc bilirəm, bu, şəxs də Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Hər iki binada mənzillərin bölüşdürülməsi ilə bağlı narazılıqlara gəlincə, təbii ki, tam obyektivliyi qorumaq mümkün deyil. İnşallah, növbəti binanı bölüşdürəndən sonrakı hay-küyü hamımız görəcəyik. Bir az səbirli olun, lap az qalıb. Bu gün mənzillərin bölüşdürülməsində Vüqar Səfərlini ittiham edənlər  məsələnin mahiyyətini dəqiq bilmir. Vüqar Səfərli bu məsələdə yekun qərar verən olmayıb. KİVDF-nin sabiq rəhbərini maliyyə məsələlərində ittiham etmək olar, zatən hüquq-mühafizə orqanları bu prosesə başlayıb artıq. Yekun sözü də onlar deyəcək. Sizin verdiyiniz sualın digər bir hissəsinə gəlincə, binamızın həyətində ünsiyyət qurduğum, oturub-durduğum insanlar arasında jurnalistikaya dəxli olmayan adam demək olar ki, yoxdur. 

KİV Fondunun yeni rəhbərliyindən nə gözləyirsiniz? Sizcə, bu qurumun fəaliyyətində hansı dəyişikliklər etmək lazımdır? 

- KİVDF-nin yeni rəhbərliyini yaxından tanımıram, yəqin ki, heç o da məni tanımır. Əhməd İsmayılovdan yeganə gözləntim “Jurnalist Evi” MMC deyilən amorf bir qrumla bağlıdır. Bu təşkilatı kim yardıb, nə ilə məşğul olub, maliyyə məsələlərini necə həll edib, jurnalistlər üçün tikilnən birinci binanın altını-üstünü necə kənar təşkilatlara bağışlayıb? Mənzillərin xidmət haqqını necə müəyyən edib və necə xərcləyib, onları ciddi araşdırsın. Əhməd müəllim artıq xeyli vaxtdır bu vəzifəyə təyin olunub, amma hələ də fikirlərini, planlarını açıqlamayıb. Zəhmət çəkib açıqlayar, sonra biz də münasibət bildirərik. İndi nəsə demək mümkün deyil. Amma ilkin müşahidələrimdən belə görünür ki, KİVDF-nin yeni rəhbərinin gətirdiyi komanda məsələnin ciddiliyini tam anlamır. Tutaq ki, mənzil haqqına görə ödəməni etməyən sakini onun baş redaktoru ilə hədələyirlər. Bu orta məktəbin ibtidai sinif müəllimlərinin yanaşmasıdır. Onlar  intizamsız şagirdin valideynini məktəbə çağırıb danlayırdılar. Mən mənzil haqqını hansısa səbəblərə görə etiraz edib ödəmirəmsə, bunun baş redaktora nə aidiyyatı var. Mühafizə zəif işləyəndə hansısa sakin baş redaktoruna şikayət edir? Tutaq ki, mən artıq neçə ildir rəsmən “Ədalət” qəzetində çalışmıram, mənim xidmət haqqı borcuma görə niyə həmin qəzetin rəhbərliyi məsuliyyət daşımalıdır? Məsələ sakinlə KİVDF arasında həll edilməlidir. Prezidentin köməkçisi Hikmət Hacıyev binanın sakinidir, hörmətli Hikmət müəllim mənzil haqqını yubatsa KİVDF-nin işçiləri Prezidentə zəng vurub şikayət edəcəklər? Bu yanaşmanı anlaya bilmirəm.

- Jurnalistlərin yeganə problemi mənzil deyil axı. Məvacib azdır, mənbələr üzümüzə bağlıdır, tənqid imkanı məhduddur... Nəhayət, yaxın vaxtlara kimi müəyyən qrup jurnalist trolluq kimi eybəcər işə cəlb olunmuşdu. Bu problemlər necə həll olmalıdır? Jurnalistikanın əvvəlki nüfuzunu necə qaytarmaq olar?

- Mətbuat aləmi son illər həqiqətən də problemlər içindədir. Ölkə inkişaf etdikcə media nədənsə zəifləyir. Etiraz bildirəndə də bəziləri mənzili az qala adamın gözünə soxular. Jurnalistlərin problemi təkcə mənzil-məişət şəriati ilə bağlı deyil axı. Mətbuat yayımı çökdürülüb, ölkədə müstəqil, tərəfsiz qəzet qalmayıb, peşəkarlıq unudulub. Jurnalistləri trola, qəzet və sayt redaksiyalarını trolxanalara çevirənlər dövlətə də, onun rəhbərinə də ən böyük pislik edənlərdir. Jurnalistikanın əvvəlki nüfuzunu qaytarmaq, mətbuatı güclləndirmək üçün KİVDF-nin lazımsız, mənasız müsabiqələrindən qurtulmaq lazımdır. Hər il 30 sahə üzrə keçirilən müsabiqələrdə az qala həmişə eyni imzalar qalib elan edilir. Kim məni inandıra bilər ki, bizim ölkədə siyasəti, iqtisadiyyatı, təhsili, tibbi, mədəniyyətin ayrı-ayrı sahələrini eyni zamanda yüksək dərəcədə bilən 5 jurnalist var...

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamağa məcburuq? – Fotolar

İyulun 20-nə kimi bu sahələrin fəaliyyətinə icazə verilir

ANS-in məşhur aparıcısının atası da koronavirusdan öldü - anasından 1 həftə sonra

Məşhur istirahət mərkəzində karantin rejimi pozulur: Qəlyan, hovuz… – Video

"İslahatların sürəti məndə ciddi narahatçılıq doğurur" - Qüdrət Həsənquliyev

Bakı polisi hoteldə əməliyyat keçirir - Foto, Video

Keçmiş deputat icra başçısına “artist” dedi

“Hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər...” - Video

loading...

Ən çox oxunanalar