Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Ermənistanı terror dövləti adlandırdı: Qarabağda antiterror əməliyyatı ola bilərmi?

Dağlıq Qarabağdakı separatçı rejimin bu il martın 31-də keçirdiyi “seçkilər” hələ də müzakirə mövzusudur...

PİA.az xəbər verir ki, qondarma seçkilərin hələ də gündəmdə qalmasının əsas səbəblərindən biri bu dəfə ermənilərin daha artıq həyasızlıq etməsilə bağlıdır. Söhbət “seçkilər”dən sonra Azərbaycanın tarixi şəhəri, hazırda erməni işğalı altında olan Şuşada keçirilən “inaqurasiya mərasimi”ndən gedir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın da həmin “mərasim”ə qatılması onsuz da rəsmi Bakının hiddətini bir qədər artırıb. Paşinyan bundan əvvəl də Qarabağa səfərlər edərək, orada avantürist bəyanatlar səsləndirib.

“İnaqurasiya mərasimi”nin Şuşada keçirilməsi və Ermənistan Baş nazirin həmin tədbirdə iştirakı isə artıq işğalı anneksiya ilə əvəzləmək cəhdi kimi dəyərləndirilə bilər. Şübhəsiz Bakı bu həyasızlığı sükutla seyr edə bilməz. Ona görə də hələ də Azərbaycan tərəfi bu mövzunu gündəmdə saxlamaqla dünyanın diqqətini baş verənlərə yönəltməyə və onların da bu ədalətsizliyə seyrçi qalmamasına çalışır.

Dağlıq Qarabağdakı seçkilərə Azərbaycanın birinci şəxsi səviyyəsində sərt reaksiyanın verilməsi göstərir ki, Bakı artıq səbr etmək niyyətində deyil. Hər halda Prezident İlham Əliyevin Tərtər səfəri çərçivəsində Olimpiya Kompleksinin açılışındakı çıxışı zamanı Ermənistanı terror dövləti adlandırması sadəcə qəzəbin ifadəsi deyil. Bu, Azərbaycanın Qarabağda anti-terror əməliyyatlarına başlamasının anonsu da sayıla bilər. Ermənstan terror dövlətidirsə, onun dəstəyi ilə Qarabağda baş verənlər də terror hesab edilməlidir. Bu halda Azərbaycanın terrora qarşı mübarizəyə başlamaq hüququ var.

Bu məsələdə Bakının hiddətini artıran başqa amil də var: Avropa Şurası Parlament Assamblemyasının (AŞ PA) qondarma seçkilərlə bağlı sükutu. Dağlıq Qarabağda keçirilən “seçkilər”i dünyanın aparıcı ölkələri və nüfuzlu beynəlxalq təsisatları tanımayıb. Bununla bağlı ard-arda bəyanatlar verilib. Lakin AŞ PA nədənsə baş verənləri görməzdən gəldi.

İlham Əliyevin bu məsələyə xüsusi diqqət yetirməsi və AŞ PA-nı sərt tənqid etməsi də göstərir ki, Bakı müxtəlif məsələlərdə tənqidləri ilə üzləşdiyi sözügedən qurumun qondarma seçkilərə heç bir reaksiya verməməsinin hesabını sormaqda israrlıdır. Bu, ölkə başçısının çıxışından da aydın görünür. “Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”, - deyə Prezident bəyan edib.

AŞ PA-nın sükutu həm də rəsmi Bakının sözügedən qurumun məsələlərə ikili standartlarla yanaşması barədə arqumentlərini gücləndirib. Prezident də çıxışında bunu məqamı xüsusi vurğulayıb. O, AzərbaycanErmənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini xatırladaraq əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan götürdüyü öhdəliklərə sadiq qalıb.

Buna baxçayaraq, Avropa Şurası bu iki ölkəyə münasibətdə həyata keçirdiyi siyasət ikili standartlarla müşayiət olunur.

AŞ PA-nın belə bir mövqe sərgiləməsi erməni lobbisinin quruma ciddi təsirlərinin olması ilə izah edilir. Məsələn, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü deputat Asim Mollazadə bildirir ki, erməni lobbisinin quruma kifayət qədər ciddi təsir imkanları var. Onun sözlərinə görə, Avropa deputatlarının bəzilərinin korrupsiaya bulaşması erməni lobbisinə bu faktdan yararlanaraq AŞ PA-da anti-Azərbaycan atmosferini yaratmağına imkan verib.

AŞ PA hər zaman insan haqları mövzusunda Bakı ilə inadkar diskursa girdiyi halda Qarabağ mövzusunda sükut etməsi bu qurumun bu məsələdə də səmimi olduğuna şübhələri artırıb. Eyni zamanda Azərbaycan hakimiyyətinə sözügedən qurumun bəyanatlarını, qətnamələrini “kağız parçası” adlandırmağ üçün ciddi əsaslar verib.

Belə davam edəcəyi təqdirdə Avropa Şurasının ciddi struktur kimi əhəmiyyətini itirəcyini söyləmək olar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar