Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır...

Bu barədə Ermənistanda çıxan “İrates” qəzeti yazıb.

Qəzetin yazdığına görə, koronavirus pandemiyası ilə bağlı mövcud problemlər və korrupsiya sövdələşməsi Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafında xaos yaradıb: “Ermənistanda siqaret qaçaqmalçılığı ilə bağlı məsələni tez ört-basdır etməyə çalışsalar da, qaçaqmal siqaret dolu təyyarəni müsadirə etmiş Rusiya barəsində bunu demək çətindir”.

Bildirilib ki, federasiyanın təhlükəsizlik xidmətinin etibarlı mənbələri bu barədə diqqətəlayiq məlumatı verib: “Qaçaqmal siqaret işi Rusiya hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Dərin və hərtərəfli araşdırma aparılır. Bu işdə Nikol Paşinyanla yanaşı, daha 17 nəfərin adı hallanır”.

Qəzetin “bunu niyə ətraflı danışmırlar” sualına cavab olaraq vurğulanıb “Hər şeyin vaxtı var, körpələr 9 aydan sonra dünyaya gəlir. Rusiya üçün Nikol Paşinyan deyil, Ermənistan tərəfdaş dövlət və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkədir. Paşinyanın KTMT-yə qarşı atdığı addımları, Rusiyanı hansı vəziyyətə qoyduğunu başa düşməməsi öz problemidir”.

Ermənistandan siqaret qaçaqmalçılığının gizlədilməsi üçün bir adam Rusiyaya göndərilib” sualına mənbə cavab olaraq deyib: “Getdi, ancaq heç nə edə bilmədi”. (Report)

pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar