Cümə axşamı, 16 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər 

Əgər artma dinamikası davam etsə, insanların 1 həftəlik çölə çıxmasına qadağa qoyula bilərmi?...

Bizi Telegramda izləyin. Xəbərlər birbaşa smartfonunuza gəlsin - https://t.me/poliqonPia

Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, insanların 1 həftəlik çölə çıxmasına qadağa qoyula bilərmi?

PİA.az xəbər verir ki, bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz edərək müvafiq qərarlar verir: "Bilirsiniz ki, dünən Operativ Qərargahın növbəti brifinqi keçirildi. İyun ayının 3-ə olan statistika ürək açan olmadı. 325 nəfər yeni yoluxma və 5 nəfər də ölüm faktı qeydə alındı. Günbəgün bu yoluxma dinamikası çoxalır. Məhz ona görə də dünən keçirilən brifinqdə şənbə və bazar günlərində daha sərt karantin rejiminin keçirilməsi təklif olundu. Həmin günlər hətta market və apteklər də işləməyəcək. Bütün insanların evdə qalaraq izyolasiya edilməsi ilə çalışırlar ki, yoluxmaların sayını azaltsınlar.

Təbii ki, yoluxma artma dinamikası davam edərsə gələcək bu qadağa 7 günlük də ola bilər. Bu qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Əlbəttə ki, bunu heç kim arzulamır. Ona görə insanlarımız bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlamalı, karantin rejimin qaydalarına və Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir. İnsanlarımız məsuliyyətli olsalar, qoruyucu tibbi maskalardan istifadə edib, ictimai nəqliyyatda, market və mağazalarda sosial məsafəni qorusalar biz tezliklə bu bəladan qurtula bilərik. Bir daha insanlarımızı özlərinin və yaxınlarının sağlamlığını qorumaq üçün qoyulan qaydalara əməl etməyə çağırıram". (Sonxeber.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: karantin


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Lənkərana üç şəhid aparılır? — Müdafiə Nazirliyindən açıqlama

DTX-nın saxladığı Rəhim Qazıyevlə bağlı qərar verildi

Elmar Məmmədyarovun Prezidentin tənqidləri haqda suala cavabı: “Soruşmağa mövzu yoxdur?”

“Bəs belə güclü ordu işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir?” – Səfər Əbiyev

Dünənki aksiyada “Qarabağ” - deyə qışqıran polkovnik, nazir oğlu - Video / Foto

Məmmədyarov vəzifəsindən azad olundu! - Yeni XİN başçısının adı məlum oldu

İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? – “Dünənki nümayiş olmasaydı...”

“Laba”dan Ramiz Mehdiyevlə bağlı sensasion açıqlamalar: “O rüsvayçı görüntülərindən sonra...”

Erməni olduğu deyilən şəxs açıqlama yaydı: “Dözə bilmədim”

Tovuz hadisələrində Paşinyanın oğlunun barmağı… – Rusiya KİV-dən maraqlı təhlil

Ermənilər Tovuzun kəndlərini yenə atəşə tutub

loading...

Ən çox oxunanalar