Çərşənbə, 08 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Almaniyada türk casusları: MİT kimlərə qarşı məlumat toplayır?

"Ərdoğan tənqidçiləri üçün Almaniya Avropanın ən təhlükəli ölkələrindən biridir"...

Reyting.az “ZDF”-ə istinadla xəbər verir ki, bunu Türkiyənin "Cumhuriyet" qəzetinin keçmiş baş redaktoru Can Dündar deyir.

Can Dündar 2015-ci ildə uzun müddətə həbs cəzasına məhkum edilib. İttiham: dövlətə xəyanət. Dündar ölkədən qaçıb və Almaniyada 2016-cı ildən bəri yaşayır.

“Berlin kimi bir şəhərdə sərbəst hərəkət edə bilmirəm və buna görə də bəzən polisin himayəsindəyəm”, - deyən Can Dündar Almaniyadakı türk casuslarının yeganə hədəfi deyil.

“ZDF”-nin məlumatına görə, Türkiyə Almaniyada prezident Ərdoğanı tənqid edən hər kəs üçün canını cəhənnəm edə biləcək casuslar, xəbərçilər və millətçilər şəbəkəsi qurub. Hər kiçik “Facebook” mesajı Almaniyadakı türk gizli xidmətində - MİT-də çalışan 6000 agentdən birinin diqqət mərkəzinə düşə bilər.

Kəşfiyyat mütəxəssisi Erix Şmidt-Eenboomun sözlərinə görə, MİT casusları Almaniyada CIA xəfiyyələrindən çoxdur.

Türk məxfi xidməti əsasən demokratik qurumların nəzarəti olmadan fəaliyyət göstərir və birbaşa Türkiyə prezidentinə hesabat verir. Ərdoğan MİT-dən tənqidçilərini təqib və həbs etmək üçün istifadə edir, xüsusən də alman diasporu vasitəsilə.

MİT Almaniyada təxminən min məscidi olan Diyanətin filialı – DITIB-dən faydalanır. 2017-ci ildə 19 DITIB imamının Ankaranın nəfinə casusluq etməsi artıq məlum olub və deportasiya ediliblər.

Ərdoğan tənqidçiləri, Türkiyənin bir bank şöbəsinə və ya bir turizm agentliyinə girəndə MİT-lə qarşılaşa bilərlər. "İşçilər kimi gizlədilən casuslar çox vaxt pul axını və səyahət hərəkətlərini izləyirlər".

Ölkəyə girən kimi “şübhəli şəxslər” həbs edilir və ya qeyri-müəyyən müddətə Türkiyədən çıxmağa icazə verilmir. Turqut Öker belələrindən biridir. O, terror təbliğatında və prezidenti təhqir etməkdə ittiham olunur. Turqut Öker Almaniyada yaşayan bir xəbərçinin qurbanı olub.

Bir çox casus və məlumat verən şəxsin adı gizli xidmətdən əmək haqqı alanların siyahısında yoxdur. Türkiyə prezidentinə dərin hörmət duyan türklər Almaniyadakı həmyerlilərinə qarşı casusluq və xəyanət etməyə sürüklənir.

Şmidt-Eenbooma görə, federal hökumət bu ölkənin bütün vətəndaşları üçün qorumaq vəzifəsini kifayət qədər yerinə yetirmir. Ekspert, Türkiyə dövləti və onun kəşfiyyat xidmətinin açıq şəkildə dayandırılmasını tələb edir. “Bu baş verməyincə Almaniyadakı Ərdoğan tənqidçiləri özlərini təhlükəsiz hiss edə bilməzlər”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Almaniya


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Dedim bala, məhv olarsan, bu yolu seçmə…” – Elmar Məmmədyarovun atası

Kürdəmir rayon icra başçısı istefa verib, ölkədən getmək istəyir? -İddia

Dəhşətli mənzərə: Azərbaycanda xəstəxana dəhlizindəki koronavirus meyitləri - Video

Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - Fotolar

Mehdiyev sükutu pozdu: "Ramiz Mehdiyev mövzusu onlara..."

Sabiq deputatın idmançı oğlu da XİN -də işə götürülüb - Vitse-konsul vəzifəsinə

SOCAR-da "islahat" - Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini yarıbayarı azaltdı

Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - Statistika

Oliqarx deputatdan sərt açıqlama: “Eldar Mahmudovun yaratdığı saytlar...”

“Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının yaradılmasının əleyhinə olub”

loading...

Ən çox oxunanalar