Çərşənbə, 08 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronadan sonra ABŞ-ın geri çəkilməsi və siyasi qloballaşmanın gələcəyi...

Çin və ABŞ arasındakı yeni Soyuq Müharibədə ölkələr nə etməlidirlər?..

Yusif Deyni

“The Independent” qəzeti, 3 iyun 2020-ci il

Gözlənildiyi kimi, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması (Çin bunu ABŞ-ın dünyanı təhdid edən siyasəti ilə əlaqələndirir) korona pandemiyasından sonra dünyaya verilmiş bir cavabdır. Bundan əvvəl də dünyanın bir çox yerində hərbi qüvvələrin mövcudluğu səviyyəsində hərbi geriləmə və geri çəkilmə baş vermişdi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Şao Liçenin verdiyi açıqlamada da dediyi kimi, ABŞ geri çəkilməyə çalışmır. Çin sözçüsü ABŞ-ın yeni strategiyasının reallığını izah edərkən təkcə eqoizmi vurğulamaqla həqiqətin yalnız bir hissəsini təsvir edib. Bu eqoizm hər bir ölkənin öz maraqlarını təmin etdiyi siyasət dünyasına ən praqmatik vasitələrlə belə uyğun gəlmir.

Çinin ABŞ-a qarşı verdiyi inqilabi açıqlamalar, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatını Çinin kuklası adlandıran prezident Trampın açıqlamalarına qarşı bir cavab idi. Lakin böhranın daha böyük mənzərəsi, ümumilikdə beynəlxalq sistemdəki böyük çöküşdür.

Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq uğursuzluq dövründə yıxılan çoxlu domino daşlarından yalnız biridir. Bu daşların ən böyüyü BMT və onun beynəlxalq böhranlara olan münasibəti və müstəqil tərəfsizliyidir.

Liviyanın mövcud vəziyyəti və onun qlobal qarşıdurmanın bataqlığına çevrilməsi, terrorun oyanması və İŞİD dəhşətinin yenidən başlaması, bəlkə də, elə bu uğursuzluğun nəticəsidir.

Misli görünməmiş qərarlar verərək müzakirələr aparmaqda çox həvəsli olan prezident Trampın dövründə ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxmazdan əvvəl, digər qurumlardan da gəri çəkilib. BMT İnsan Haqları Komissiyası, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Paris İqlim Sazişi və İranla imzalanan nüvə sazişi və s. Tramp həm də BMT-nin Miqrasiya Sazişinə də etiraz edib.

Siyasi müharibədə hədəf ölkədəki qərar qəbul etmə mexanizminə təsir göstərmək üçün müxtəlif vasitələr və strategiyalar qəsdən birləşdirilir. Bu isə o deməkdir ki, iqtisadiyyat, təhlükəsizlik və texniki sahələr siyasi və diplomatik tərəflərlə bir-birinə bağlıdır.

Bütün bunlar Soyuq Müharibənin belə ənənəvi çərçivəsindən kənardadır. Bu günki siyasi müharibə dünyanın ənənəvi müharibə dövrünü bitirmək üçündür.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman verdiyi bir müsahibədə müharibəni İranın içinə daşımaqla bağlı danışarkən bunun Mollalar rejimini necə narahat etdiyini xatırlayırıq. Bu açıqlama təhlükəsizliyi önə çəkərək iqtisadi inkişaf etdirmək və bölgəni ənənəvi müharibəyə çəkmək üçün aparılan təxribatlara qarşı çıxmaq siyasətinə əsaslanır. Qeyd etdiyimiz siyasi nəzəriyyənin öncülü Bruklin Universitetindən Corc F. Kennandır.

Siyasi tənəzzül, beynəlxalq məsələlərdə geri çəkilmə və daxili sərmayə qoyuluşu ilə bağlı araşdırmaları barədə bir neçə dəfə danışıb. Lakin o, buna fərqli, siyasi müharibə anlayışı və qeyri-adi təcrübələrindəki çevrilmə kimi yanaşırdı.

Bu baxımdan geri çəkilmək, ayrılmaq və məsuliyyətdən yayınmaq, əslində gücə və təzyiq siyasətlərinə əsaslanan yeni vasitələrin istifadə edilməsidir. Yəni, qısaca, Trampın vəzifəyə başladığı ilk gündən etibarən konkret şəkildə ortaya çıxan təsirlərini başa düşməkdə çox önəmli olan bir nəzəriyyədir. Bu günki siyasi müharibənin, təbii ki, ənənəvi müharibəyə sürüklənmədən milləti idarə etmək üçün hər cür vasitədən istifadə etməsi də vurğulanır.

Bütün məqsədləri gizli və açıq əməliyyatlar, yeni ittifaqlar, iqtisadi tədbirlər, psixoloji müharibə və düşmən ölkələrdə gizli qiyamları dəstəkləmək kimi yeni vasitələrlə həyata keçirməkdir.

Bu günkü dünyada iqtisadi təsir güclü ölkələrin üstünlük verdiyi ilk silahdır. Buna görə də, Körfəz ölkələrinin təhlükəsizliyinə yönələn bütün böyük təhdidlərə baxmayaraq - Səudiyyə Ərəbistanındakı iqtisadi mənzərəsi ilə daha aydın şəkildə göründüyü kimi - bu ölkələr iqtisadi layihələrini həyata keçirə bilirlər.

Husi milis təyyarələrinin çoxalan boş hücumları və İran rejiminin təxribatları kimi bir çox təhdidə qısamüddətli reaksiyalara reaksiya vermək əvəzinə, müdafiə xətlərini və milli təhlükəsizlik layihələrini daha da gücləndirir.

Bu səbəbdən, Səudiyyə Ərəbistanı Yəmən xalqının öz konstitusional huquqlarını bərpa etməsi üçün Yəmən probleminin ədalətli və hüquqi tərəflərini gücləndirərək İran rejiminin Yəməndəki təsirini azaltmağa çalışır. Psixoloji müharibə keçmişdə olduğu kimi bu gün də böhran zamanını və sonrakı siyasi layihələri keçirməyin ən əsas elementlərindən biridir. Bu məqsədlə, dinc bir kompromis əldə etmək üçün müharibə və silahlı qarşıdurmalar mühitindən və ümumi etiraz vəziyyətindən faydalanır.

Bunu edərkən də danışıqlar baxımından çox güclü bir mövqedə imiş kimi görünməyə çalışır. Son vaxtlarda İran və müttəfiqlərinin nail olmağa çalışdığı şey də məhz budur.

Bu layihə Qəzza faciəsinin ilk günündən başlayıb və yeni bir mübarizənin elan olunduğu Qəzza Zirvəsinə qədər də davam edib.

Bu yeni yanaşmanın uzlaşması, təəssüf ki, danışıqlar və siyasi təzyiqlərlə deyil, qurbanların sayı və günahsız sivillərin cəsədləri ilə əvəz olunub.

Bəs Çin və ABŞ arasındakı yeni soyuqdan müharibədə ölkələr nə etməlidirlər?

Bunu tədqiqat və strateji düşüncə mərkəzləri araşdırmalıdır. Lakin, təəssüf ki, bütövlükdə böhranların idarə edilməsi prosesi inkişaf etməkdə olan ölkələrin əsas düşüncə sistemində öz əksini tapmayıb. Hətta qitələrarası şüarları mənimsəyən və dövlət konsepsiyasının xarabalığına sərmayə qoymaq istəyən ölkələrlə müttəfiq olmaq istəyən müxalif qruplar belə bu cür zehniyyətə sahib deyillər.

Digər tərəfdən, kütlələr də ancaq arzulayan bir düşüncə tərzinin əsirinə çevriliblər. Bu düşüncə tərzi ilə şəxsi həyatlarının sərt reallıqlarını yumşaltmağa çalışırlar, lakin bu pis şərtlərin ümumi reallığın bir hissəsi olduğunu nəzərə almırlar. Məhz buna görə artıq xütbəyə çevrilən populist diskussiyalar və səsi möhkəm çıxan qəhrəmanlar populyar bir tələbə çevriliblər. Buna görə, bir çox media qurumu belə ulduzlar yaratmağa məcbur qalır.

Ərəb ziyalılarının yaratdığı geniş qrup içində müəyyən ölkələrə qarşı xüsusi hesabları, hətta şəxsi problemləri olan bu cür insanların sayı olduqca çoxdur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Çin ABŞ Tramp

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır / Foto

“Dedim bala, məhv olarsan, bu yolu seçmə…” – Elmar Məmmədyarovun atası

Kürdəmir rayon icra başçısı istefa verib, ölkədən getmək istəyir? -İddia

Dəhşətli mənzərə: Azərbaycanda xəstəxana dəhlizindəki koronavirus meyitləri - Video

Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - Fotolar

Mehdiyev sükutu pozdu: "Ramiz Mehdiyev mövzusu onlara..."

Vilayət Eyvazov Vilayət Allahverdiyevə yüksək vəzifə verdi

Sabiq deputatın idmançı oğlu da XİN -də işə götürülüb - Vitse-konsul vəzifəsinə

Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - Statistika

SOCAR-da "islahat" - Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini yarıbayarı azaltdı

loading...

Ən çox oxunanalar