Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Həftəsonu çölə çıxma qadağasının tətbiqi nəticə verəcək"

“Hamı qaydalara əməl etsə, qadağalara ehtiyac qalmaz”...

Bunu APA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində ölkədə həftə sonu üçün qadağaların tətbiqi ilə bağlı səsləndirilən təklifə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bu gün virusa yoluxanların sayında kəskin artım qeydə alınıb: "Əksər insanların koronavirusa hələ də inanmaması, öz sağlamlıqlarını düşünməməsi buna gətirib çıxarıb. Görünür, xüsusi karantin rejiminin yumşaldılması, bəzi vətəndaşlarda arxayınlıq hissi yaradıb. Düşünürəm ki, digər ölkələrin təcrübəsində olduğu kimi çölə çıxma qadağasının tətbiqi nəticə verəcək. Yoluxma sayı minimuma endiriləcək. Artıq biz bunu qəbul etməliyik. COVİD-19 pandemiyası ilə mübarizədə qalib gəlmək üçün məsuliyyətli olmağımız əsas şərtdir”. Deputat bildirib ki, birmənalı olaraq hamı maska taxmalı, sosial məsafə saxlamalıdır:

“Heç kim bu ifadələri qulaq ardına vurmamalı, Operativ Qərargahın qayda və tövsiyələrinə əməl etməlidir. Düzdür, isti havada maska taxmaq çətinlik yaradır, amma özümüzün və yaxınlarımızın səhhətini qorumağımız üçün müvəqqəti olaraq buna dözməli, zərurət olmadığı müddətdə evdən çölə çıxmamalıyıq. Mən bir daha hər kəsə müraciət edərək bildirmək istəyirəm ki, biz birlikdə güclüyük cümləsinin mənasını tam dərk edək, bizim sağlamlığımızın qorunması istiqamətində verilən hər qərarda dövlətimizin yanında olaq. Metodik göstərişlərə riayət edərək, virusa birlikdə qalib gələk”.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar