Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib- Yenilənib,Fotolar

İyunun 3-də Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib...

İyunun 3-də Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib.

PİA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Cəbhəyanı ərazidə yerləşən Ağcabədi şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2017-ci ildə “Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində icra olunan layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Prezident İlham Əliyev Ağcabədi şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə saldı.

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib və bu məqsədlə 14 subartezian quyusu qazılıb. Su mənbəyindən şəhərə 15 kilometr uzunluğunda magistral su xətti çəkilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihə çərçivəsində Ağcabədi şəhərində 350 kilometr içməli su xəti çəkilib, 8500 ünvana ev birləşməsi verilərək su sayğacları quraşdırılıb. Suyun optimal idarə olunması üçün 618 siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 905 yanğın hidrantı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur.

Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 305 kilometr tullantı su şəbəkəsi, 4 kanalizasiya-nasos stansiyası, 9 kilometr kanalizasiya kollektoru inşa edilib. Yeni yaradılmış tullantı su şəbəkəsindən ünvanlara birləşmələr verilib. Şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri aparılır. İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Ağcabədi Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib.(APA)

***

PİA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.(Report)

Fotolar

pia.az


Etiket: Ağcabədi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar