Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

200 milyonluq əmlakın alınmasında adı hallanan Eldar Mahmudovun bacısı kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, ötən gün İngiltərənin nüfuzlu mətbuat orqanı “The Guardian” Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu və qızının İngiltərədə milyonluq mülklər aldığından yazıb...

“The Guardian” Mahmudovlar ailəsinin İngiltərədə ümumi dəyəri 100 milyon funt-sterlinq (təxminən 210 milyon manat) olan biznes və əmlaka sahib olduğunu yazıb. Məlumatda qeyd olunur ki, Mahmudovlar bu əmlaka 2019-cu ilin noyabr ayında sahib olublar.

“The Guardian” yazır ki, Mahmudovların vəkili həmin var-dövlətin ailənin ulu babaları Aslan Aşurovdan qaldığını və Anar Mahmudovun uğurlu biznesmen olduğunu söyləyib.

“The Guardian” həmçinin yazır ki, Eldar Mahmudovun oğlu və eyni zamanda da hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin kürəkəni Anar Mahmudov maliyyə istintaqçılarına verdiyi ifadədə əldə etdiyi sərvəti Azərbaycandakı bibisi Elmira Mahmudova vasitəsilə əldə etdiyini bildirib.

Qeyd edək ki, Mahmudovların vəkili Cavid Rzazadə mətbuata verdiyi açıqlmada deyib ki, Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudovanın atası Azər Məlikov Aslan Aşurovun nəvəsidir.

Məlumat üçün bildirək ki, Aslan Aşurov 19-cu əsrdə Bakının tanınmiş tacirlərindən olub. Aslan Aşurov oğlu Ağa Aşurov 1880-ci ildə Bakı şəhərində anadan olub. Neft yataqlarına sahib olan Aşurovlar Bakıda bir-sıra layihələr həyata keçiriblər. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanıb. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak edib.

Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olub, şəhər dumasının üzvü seçilib. Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Noqorodda keçirilən 3-cü qurultayında iştirak edib və qurultayın rəyasət heyətinin tərkibinə seçilib.

Milli hərəkatın fəal üzvlərindən olan Aşurov fevra inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının 1017--ci il aprelin 15-20-də Bakıda keçirilən qurultayında iştirak edib.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda ikinci Hökumət kabinetində Aşurov əvvəlcə ticarət və sənaye naziri işləyib, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. 1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunub.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Ağa Aşurov əvvəlcə Türkiyəyə getmək istəyib. Buna imkan olmadığından təqiblərdən yaxa qurtarmaq üçün Rostov şəhərinə köçməli olub. Rostovda mühəndis-texnoloq ixtisası üzrə işləyib. Ağa Hacı Aşurov 1936-cı ildə Rostovda dünyasını dəyişib. O Rostovun tatar qəbristanlığında dəfn olunub.

Onu da bildirək ki, Eldar Mahmudovun atası 1924-cü ildə Naxçıvanda (Şahtaxtı kəndi)anadan olan akademik Əhməd Əkbər oğlu Mahmudovdur. Eldar Mahmudovun atası Əhməd Mahmudov AMEA-da İqtisadiyyat İnstitutunun direktoru olub.

Eldar Mahmudovanın anası - Əhməd Mahmudovun həyat yoldaşı da uzun illər AMEA-da çalışıb. Əhməd Mahmudovun həyat yoldaşı milliyətcə rus olan Zinaida Mixaylovna olub.

Eldar Mahmudovun bacısı Elmira Əhmədova (Mahmudova) isə Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xanımı olub. Mətbuatda yayılan məlumatlara qeyd olunur ki, Elmira Əhmədova Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsində çalışıb.(yeniavaz.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar