Bazar, 05 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Polis “Facebook” səhifəmi oğurlayanla bağlı heç bir tədbir görmür

"Səhifəni oğurlayan şəxsin məlumatları mənim ünvanıma gəlib”...

Yazıçı Kəramət Böyükçöl "Facebook” səhifəsinin oğurlanması haqqında Daxili İşlər Nazirliyinə müraciət etsə də, heç bir tədbir görülmədiyini bildirib.

Bu barədə Meydan TV-yə danışan yazıçı bildirib ki, o, "Məni kim tapa bilər” yeni kitabının nəşrindən sonra səhifəsində elan verib: "Mayın 26-da kitabın elanından keçən qısa müddətdə kitaba maraq artıb. Adamlar mənimlə əlaqə yaradıb kitabı alır və fotolar paylaşırdı. O cümlədən, özüm də 10 ildir işlətdiyim "Facebook” profilimdə kitabın təbliğatını aparır, oxucularla təmaslar haqqında məlumatlar paylaşırdım. Mayın 29-da səhifəyə müdaxilə olundu və ələ keçirildi. Nə qədər cəhd etsəm də, profili qaytara bilmədim. Məcbur olub yeni səhifə açdım, 5-6 saat ərzində 3 minə yaxın dostluq təklifi gəldi. Ardınca inboxa bir nəfər yazdı ki, "şair, 100-ə qədər say bu profilini də itirəcəksən”. Qəribə hal baş verdi. Sayıb 50-ni keçəndə profilin oğurlandığını gördüm”.

Kəramət Böyükçöl qarşılaşdığı vəziyyətlə əlaqədar 102 xidmətinə məlumat verəndən sonra onu 28-ci Polis bölməsinə çağırdıqlarını deyib: "Bölmədə ərizə yazandan sonra izahat üçün dəvət olunacağımı söylədilər. Çünki səhifəni oğurlayan şəxsin IP ünvanı, Aztelecom-dan aldığı telefon və başqa məlumatları mənim ünvanıma gəlib. Polisə bu məlumatların da olduğunu bildirsəm də, maraqlanmadılar. İyunun 2-də daxili işlər naziri Vilayət Eyvazova "online” müraciət etdim və qarşılaşdığım kibercinayət haqqında məlumat verdim. Hələ cavab yoxdur”.

Yazıçı "Facebook” səhifəsinin onun şəxsi mülkiyyəti olduğunu vurğulayaraq əlavə edib ki, əgər vətəndaşın profilini asanlıqla ələ keçirə bilirlərsə, yaşayışımıza necə təminat verilə bilər.

Kəramət Böyükçöl oğurlanan profilindən hər hansı paylaşım olmadığını deyib:

"Sadəcə, dostluğumda olan bəzi adamlarla yazışır və yazdığını da tez silir. Görünür, bunu edən adam yüksək səviyyədə hazırlıqlıdır ki, bütün təhükəsizlik tədbirlərinə baxmayaraq səhifəmi oğurlaya bilir. Ehtimal ki, şəxsiyyət vəsiqəmin şəkli həmin adamda var”.

Ancaq yazıçı konkret şübhələndiyi şəxsin olmadığını bildirib.

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-nin sorğusuna cavab olaraq Kəramət Böyükçölün müraciətinin dünən daxil olduğunu, araşdırandan sonra məlumat veriləcəyini deyib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Video

Ramiz Mehdiyev Prezident olmaq istəyib? - Deputatdan şok iddia

İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

Bu şəxslərə işsiz statusu verilmir — Nazirlik açıqladı

DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası... 

“Nə iynə vurdularsa, ayılmadı” - Etibar Babayevin bacısı

Fərhad Əhmədov Kürdəki ekoloji böhrandan çıxış yollarını göstərdi

İcra başçısının analoqu olmayan “yaradıcılıq fantaziyası”…

Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır

loading...

Ən çox oxunanalar