Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara-Təl-Əviv əlaqələri yenidən gündəmdə: Türkiyənin gələcək uğurları İsraildən asılıdır?..

Türkiyə ilə uzun illərdir münaqişə içində olmasına və ABŞ-ın yaxın müttəfiqi olmasına baxmayaraq, İsraillə Türkiyənin əməkdaşlıq etməsi ilə bağlı edilən təkliflər olduqca maraqlıdır...

Onur Sinan Güzaltan

“Aydınlık” qəzeti, Türkiyə, 3 iyun 2020-ci il

Liviyadakı proseslərlə birlikdə Şərqi Aralıq dənizi yenidən gündəmin mərkəzinə çevrilib.

Türkiyənin qarşısında Yunanıstan, Cənubi Kipr və Avropa Birliyi vasitəsilə İtaliya, İsrail, Misir, Körfəz dövlətləri və pərdə arxasında da ABŞ-dan ibarət geniş bir cəbhə var. Xüsusilə Liviyadakı uğurlardan sonra qarşı cəbhə arasında dərin çatların olması və vahid bir cərəyanın meydana gəlməməsi Türkiyəyə şans gətirir.

Əgər bölgədəki ziddiyyətləri və tarazlıqları nəzərə alan diplomatik addımlar atılsa, qarşıdakı cəbhə məhv olacaq. Lakin Türkiyə ilə uzun illərdir münaqişə içində olmasına və ABŞ-ın yaxın müttəfiqi olmasına baxmayaraq, İsraillə Türkiyənin əməkdaşlıq etməsi ilə bağlı edilən təkliflər olduqca maraqlıdır. Bu baxımdan, “dövlətlərin daimi dostluğu və düşmənliyi yox, maraqları olur” şüarı ilə əsaslandırılan İsrail ilə əməkdaşlıq ideyasının məzmununu və nəticələrini araşdırmaq lazımdır.

İsrailin diplomatik hazırlığı

Bu araşdırmaya başlamadan əvvəl Türkiyədə yaradılan vəziyyətə bir nəzər salaq:

1. İsrail may ayının əvvəlində “Eastmed”ə daxil olan ölkələrin Türkiyəyə qarşı olan bəyanatını imzalamaqdan imtina edib.

2. İsrail dövlətinin “Twitter” hesabında 7 may tarixində paylaşılan: “Türkiyə ilə olan diplomatik əlaqələrimizlə fəxr edirik. Gələcəkdə bu əlaqələri daha da gücləndirəcəyimizə inanırıq”, yazısı Təl-Əvivlə olan münasibətlərin normallaşdırılması üçün aparılan kampaniyaya işarə edir.

3. Bu paylaşımdan sonra Türkiyə mətbuatında İsraillə yaxın əməkdaşlıq ideyası populyarlaşmağa başladı.

4. İsrailin keçmiş xarici işlər nazirinin müavini Alon Layl mayın 15-də “Cumhuriyet” qəzetinə verdiyi müsahibədə İsraildə qurulacaq yeni hökumətin Türkiyə ilə yaxınlıq qura biləcəyinə işarə verib. Müsahibədə işlədilən: “Türkiyə-İsrail əlaqələrinin yaxşılaşması, xüsusilə Qahirəyə mənfi təsir göstərəcək” ifadəsi isə Misirin pozucu qüvvə olduğuna işarə edib.

5. Türkiyədə yayımlanan “Halimiz” saytında İsrail səfirliyinin müşaviri Roi Giladın 21 may tarixində qələmə aldığı məqalədə Türkiyə və İsrailin koronavirusun yayılmasına və Suriyada İranın dəstəklədiyi qüvvələrə qarşı əməkdaşlıq edə biləcəyinə işarə edib.

6. İsrailli müşavirin məqaləsi ilə eyni vaxtda “Jerusalem Post” qəzetində İsrail ordusuna istinadən verilən xəbərdə deyilir: “İsrail ordusu Türk Silahlı Qüvvələrinin İdlibdəki Hizbullaha bağlı olan Radvan Briqadası ilə mübarizəsini izlədi və türk əsgərlərinin üsullarından çox şey öyrəndi”.

7. İsrailin Əl Al Hava Yollarına aid bir yük təyyarəsi düz 13 il sonra yenidən 24 mayda Türkiyəyə enib. ABŞ-a göndərilən təyyarənin tibbi avadanlıq daşıdığı bildirilib.

Yuxarıda qeyd etdiyimiz həmlələri birlikdə nəzərdən keçirdikdə İsrailin Türkiyəyə yönəlmiş böyük siyasi manevrlərə girdiyini görə bilirik.

Atlantik sahillərinə geri dönmək

Türkiyədəki bu prosesləri coşğuyla qarşılayanlar və “dövlət maraqlarına görə İsrailin əməkdaşlıq qurmağın vaxtı gəldi” düşüncəsini ön plana çıxaranlar oldu. Əlbəttə ki, Türkiyənin öz maraqlarını qoruması və ideoloji yaxud digər bir istiqamətə ilişib qalmaması çox vacibdir. Müvafiq olaraq, əgər bu, Ankaranın maraq dairəsindədirsə, o zaman İsrail də daxil olmaqla, bütün dövlətlərlə danışıqlar aparıla bilər.

Lakin İsrailin bölgədəki həssas mövqeyi nəzərə alsaq, Təl-Əviv höküməti ilə Şərqi Aralıq dənizi vasitəsilə qurulacaq əməkdaşlığın təsirləri bölgə sərhədini aşıb, Türkiyənin digər ölkələrlə olan əlaqələrinə mənfi təsir göstərə bilər. Bu nöqtədə İsrail ilə bir ittifaq qurulsa, qazanc və zərərləri sadalamaq faydalıdır. Qazanclarla başlayaq:

1. Türkiyə əgər İsraillə razılaşsa, Şərqi Aralıq dənizində Liviyadan sonra başqa bir dövlətlə də dəniz sərhədi müqaviləsi bağlamış olacaq və bununla da, Yunanıstan və Cənubi Kipr Respublikasının hərəkət sahəsi xeyli məhdudlaşacaq.

2. ABŞAvropadakı böyük yəhudi lobbisi sayəsində Ankaranın Təl-Əvivlə yaxşı münasibətlər qurması onun Atlantik və maliyyə dairələri ilə olan münasibətlərini də düzəltməsinə yol açacaq.

3. Təl- Əvivlə münasibətlərin normallaşması İsraillə güclü münasibətləri olan Körfəz Əmirlikləri ilə olan əlaqələri də yaxşılaşdıracaq və beləcə, Türkiyəyə pul axını ehtimalı ortaya çıxacaq.

Dövlətin maraqları üçün İsraillə iş birliyi etmək vacibdirmi?

Təl-Əvivlə qurulacaq razılaşmanın gətirəcəyi itkilərə də bir nəzər salaq:

1. Ərəb dövlətləri ilə, xüsusən də Suriya, Livan, İordaniya, Fələstin, Əlcəzair, Tunis, İraq və Misirlə olan pis münasibətlər daha da gərginləşəcək.

2. İsrail Əlcəzair və Tunislə əməkdaşlıq edərək Ankaradan uzaqlaşmağa meyllidir. Əgər belə bir şey olsa, o zaman Türkiyə Liviyada aparıdığı dəniz müharibəsində çətin vəziyyətə düşəcək.

3. Türkiyənin ərəb ictimaiyyətində müsbət imici pozulacaq, mədəni, iqtisadi və siyasi fəaliyyətlər zəifləyəcək.

4. Təl-Əvivin Tehrana qarşı təcavüzkar münasibətini nəzərə alsaq, İsrail ilə müqavilə bağlamaq Türkiyənin İranla olan əlaqələrinə də mənfi təsir göstərəcək.

5. İsrail ilə əldə ediləcək razılaşma səbəbiylə İranla münasibətlərin pisləşməsi Suriyada müsbət şəkildə davam edən prosesin pisləşməsinə səbəb olacaq.

6. Bir tərəfdən İsrail ilə razılaşmaq, digər tərəfdən də Suriyaİraqın şimalındakı “İkinci İsrail” adlanan separatçı fəaliyyətlərə qarşı mübarizə aparmaq Ankaranı siyasi cəhətdən qeyri-sabitliyə sürükləyəck.

Nəticədə, deyə bilərik ki, İsrail və Şərqi Aralıq dənizindəki əməkdaşlıq təkcə Şərqi Aralıq dənizi və İsraillə məhdudlaşmayacaq. Bu, eyni zamanda, Atlantik bloku ilə razılaşmaq deməkdir və Türkiyənin Avrasiyada tapmağa çalışdığı yeri də şübhə altına salacaq.

İsrail ilə dəniz sərhədlərini müzakirə etmək və İsraillə münasibətləri normallaşdırmaq arasında qırmızı xətt var. Dəniz sərhədləri məsələsini müzakirə etmək İsrailin təbii haqqıdır və lazım gələrsə, müzakirə edilməlidir.

Digər tərəfdən, İsraillə əməkdaşlıq qurmaq son illərdən bəri daxil olan Avrasiya yolundan çıxmaq və İkinci Dünya Müharibəsindən bəri davam edən Atlantik xəttinə qayıtmaq deməkdir. Ankaranın belə bir vəziyyətə qayıtmasının təsiri yalnız xarici siyasətlə məhdudlaşmayacaq. Atlantikə qayıdış mənasını verən Ankara-Təl-Əviv əməkdaşlığı, hətta bu gün İsraillə “dövlətin maraqları” adı ilə qurulacaq razılaşmanı müdafiə edən siyasi qrupları da yanıldacaq.

İsraillə bağlı siyasətləri həyata keçirərkən yadda saxlamaq lazımdır ki, 12 Mart, 12 Sentyabr, Ərgənəkon, Balyoz və bənzər əməliyyatlarda İsrail də ən azı ABŞ qədər rol oynayıb. Əks təqdirdə, bu dəfə əvvəlki əməliyyatlarla müqayisədə daha ağır bədəl ödəniləcək.

Ümumi mənzərəyə baxdıqda Türkiyə ilə İsrail əməkdaşlığı məsələsinin Fələstinin birləşdirilməsi və Yaxın Şərqin yenidən qurulmasını nəzərdə tutan “Əsrin sövdələşməsi” ilə eyni vaxtda aparıldığını görəcəyik. Bu layihənin digər qolu da Körfəz ölkələri vasitəsilə İsrailin ərəb xalqlarına bir dost kimi satılmasıdır.

Türkiyə həm hər hansı bir ölkədən asılı deyil, həm də yeni variantlar yarada biləcək gücə sahib dövlətdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar