Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyanın təşkil etdiyi koronavirusla bağlı “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək...

Vu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

V. Putinin virtual formatda keçirilən konfransda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Dmitri Peskov jurnalistlərə məsləhət görüb ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlasınlar.

“Bu konfransda Rusiya ən yüksək səviyyədə təmsil olunmayacaq”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Kreml ötən həftə Britaniya Baş Naziri Boris Consonun Vladimir Putini konfransa dəvət etdiyini bildirib. Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti isə məlumat yayıb ki, iyunun 4-də keçiriləcək konfransda ölkəni Səhiyyə naziri Mixayil Muraşko təmsil edəcək və o, konfransda çıxış edəcək.

Xatırladaq ki, iyunun 4-də keçirilməsi planlaşdırılan "Qlobal Peyvənd Sammiti 2020"də yeni növ koronavirusa qarşı peyvəndin universal olmasını təmin etmək üçün lazım olan resursların səfərbər edilməsi müzakirə olunacaq.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar