Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni generalın Rusiyaya səfəri qarşıdurma yaratdı

Ermənistanda daxili siyasi qarşıdurma getdikcə kəskinləşir...

Bunun ən nəzərəçarpan təzahürlərindən biri baş nazir Nikol Paşinyana qarşı keçmiş prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan tərəfindən irəli sürülən ittihamlardır.

Minasyan “məxməri inqilabçı” hökumətin başçısının silah alveri, narkotik ticarəti, korrupsiya, Ermənistanda koronavirusa yoluxanların adlarının naməlum saxlanılması kimi cinayətlərin törədilməsində təqsirli olduğunu bildirir.

Minasyan həmçinin qeyd edib ki, erməni səlahiyyətliləri tərəfindən Aprel döyüşləri vaxtı informasiya çatışmazlığı üçün cavabdeh olan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Hərbi Kəşfiyyat İdarəsinin artıq keçmiş idarə rəisi general Arşak Karapetyan vəzifəsindən azad olunub, lakin Ermənistanın yeni hakimiyyəti general Karapetyanı taparaq ona xidmətlər göstərməyi təklif edib.

Minasyan, həmçinin hansı xidmətlərdən söhbət getdiyi barədə detalları təqdim edib.

“Hazırda Baş nazirin müşaviri vəzifəsini tutan general Karapetyan Ermənistanda və Rusiyada fəaliyyət göstərən fövqəladə vəziyyət rejiminə baxmayaraq, mayın 23-də Voronejə ezam olunub. Yəni, general Karapetyan xüsusi bir şəxs olaraq sərhədi keçə bilməzdi, buna görə də o, dövlət rəsmisi kimi gedib, hökumətin saytında bu barədə məlumat yoxdur. Əlbəttə, o, Baş nazirin ya gizli, ya da şifahi əmri ilə gedib, niyəsi isə çox aydındır, çünki artıq çoxdandır general Karapetyanı qaranlıq işlər üçün istifadə edən Nikol Paşinyan bu dəfə də onu Rusiyanın xüsusi xidmət orqanları ilə danışmaq üçün Voronejə göndərib ki, sonuncular qaçaq siqaretlə əlaqədar Nikol Paşinyan və Ermənistan Baş nazirinin ailəsi ilə əlaqəli olan ən böyük skandalda kömək etsinlər, ört-basdır etsinlər və cinayət işi açılmasın”, - deyə Minasyan bildirib.

Minasyan qeyd edib ki, Nikol Paşinyanın Ermənistanı silah ticarətinin beynəlxalq qara bazarına cəlb etməsini, qaçaq siqaret, habelə silah skandalını ört-basdır etmək üçün general Arşak Karapetyanın Rusiyaya ezam olunmasını sübut edən faktlar var.

“Paşinyan Ermənistanı silah ticarətinin beynəlxalq qara bazarına cəlb edib, hansısa Davit Qalstyan vasitəsilə Rusiyadan Ermənistan üçün alınmış silah daha yüksək qiymətə 3-cü, daha sonra 4-cü ölkəyə yenidən satılıb”, - deyə Minasyan bildirib.

Bu kimi ittihamların Ermənistanda iqtidar-müxalifət qarşıdurmasının daha da sərtləşdirilməsi, Paşinyan hökumətinin mövqeyinin zəifləməsinə təsir edəcəyini ehtimal etmək olar. Paşinyanın onsuz da Qarabağ klanı ilə münasibətləri kəskindir. Onun hakimiyyətə gəldiyi gündən Dağlıq Qarabağla bağlı avantürist bəyanatları bu klanın rəğbətini qazanmağa hesablanmışdı. Lakin müşahidələr göstərir ki, Paşinyanın cəhdləri baş tutmayıb. Əksinə bu klanın nümayəndələri Baş nazirə qarşı daha sərt mövqe tutmağa başlayıblar. Bu isə Paşinyan hakimiyyətinə uğurlu perspektiv vəd etmir.(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar