Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üsyanlar dövrü: Xalqlar artıq demokratiyaya etibar etmirlər...

Demokratiya müxtəlif seçkilər, proqramlar, namizədlər və s. kimi ayinlərdən ibarət olan bir boşluğa çevrilir. Beləcə, kütlələr artıq demokratiya ilə problemlərini həll edə biləcəklərinə inanmırlar...

Ergün Yıldırım

“Yeni Şafak” qəzeti, Türkiyə, 3 iyun 2020-ci il

Məşhur sosial tarixçi E. Hobsbaun İnqilablar dövrünü və üsyanın ilkin sosial əsaslarını araşdırıb. 19-cu əsr Avropasının kəndli qiyamlarını, inqilabi və anarxist üsyanlarını araşdıran alim İspaniyada və İtaliyada bunların nümunələrini göstərir. Üsyan tarixi bir fenomen kimi qiymətləndirilir. 1931-ci ildə İtaliyanın Malaqa şəhərində 43 kilsə və monastır yandırılmışdı. Üsyançılardan biri bu hadisələri həm müşahidəçi, həm də qiyamçı kimi olduqca maraqlı şəkildə təsvir edir: “Onu tamamilə yandırırlar. Və sizə deyim ki, daş daş üstündə qalmayacaq - dünyada başqa pisliklər olmasın deyə orada heç bir bitki, hətta bir kələm belə böyüməyəcək” (Hobsbaun, “İbtidai üsyançılar”).

İslam cəmiyyətlərində Babək qiyamı, qaradərili üsyanları, Əbu Müslüm Xorasani qiyamı və Şeyx Bədrəddin üsyanı kimi onlarla qiyam baş verib. Bu gün də Əl-Qaidə və İŞİD kimi yeni post-modern üsyan hərəkatları hər tərəfi yandırırlar. Nifrət bütün dağıdıcı və qorxunc dəhşəti ilə ətrafa yayılır. Avropa, Qafqaz, Uzaq Asiya və ABŞ-dan minlərlə üsyançı bura üçün çalışır. Ümidsizliyin, qəzəb və bərabərsizliyin birləşməsindən doğan təfəkkür ətrafa ​​nifrət qusur.

Əslində, cəmiyyətlər tarix boyu bir çox üsyanlarla özlərini izah ediblər. Öz müxalif yönümlərini və qəzəblərini üsyanlarla ortaya qoyublar. Müasir dövrdə müxalifət artıq demokratiya yoluyla özünü göstərir. İctimai məsələlərdə siyasi nizama və sosial məsələlərə təsir etmək və ya dəyişdirmək üçün mütəşəkkil bir müxalifət var. Buna görə də müasir demokratik cəmiyyətlərdə üsyanlar gözlənilmir.
Lakin artıq üsyan bütün xüsusiyyətləri ilə yenidən yüksəlir. Filosof Badio iğtişaşların yeni bir tarix yaratdığını söyləyir. O, “Tarixin dirçəlişi: Qiyamlar və üsyanlar zaman”ı əsərində bunu xüsusi vurğulayır. Burada üsyandan bəhs edir və bu zaman yeni bir tarixin doğulacağını bildirir.

AvropaABŞ-ın son onilliyində bir çox qiyam, etiraz və iğtişaşlar baş verdi. Sosioloq Kastels, eyni zamanda, ABŞ-da 2011-ci ildə meydana gələn müxtəlif etirazları iğtişaş kimi xarakterizə edib. Hətta buna Ərəb Baharını da əlavə edərək “Üsyan və ümid şəbəkələri” kitabını yazıb.

Deyə bilərik ki, yeni bir üsyan cəmiyyəti yenidən yüksəlir. Hətta bunu “üsyan əsri” də adlandıra bilərik. Son 15 ildir ki, Fransada kiçik miqyaslı iğtişaşlar baş verir. Məsələn, 1999 və 2000-ci illərdə müsəlman gənclər küçələri və avtomobilləri yandırdılar. Tarık Ramazan bu barədə çox ciddi xəbərdarlıqlar və təhlillər edib. Sarı Jiletlilər Hərəkatı isə keçən il meydana çıxdı. Həmçinin, ABŞ-da “Wall Street” istilaları və iğtişaşlar meydana gəldi. İndi isə daha geniş bir qaradərili üsyanı var. 25 şəhərdə komendant saatı elan edilib. Küçələr, evlər, ticarət mərkəzləri yandırılır. Küçələr qəzəbli insanlarla doludur.

Bütün üsyanlar əsas olaraq dağıdıcı gücün, qəzəbin və ümidsizliyin şiddətli təzahürüdür. Əslində, ABŞ-dakı qaradərili üsyanın sivil sözçüsü olmuş gənc qaradərili qadın gənclərin qəzəbli olduğunu deyir. Yəni üsyanın əsas anlayışından - qəzəbdən istifadə edir. Çünki qəzəb insanın ən əsas instinktidir və sosial dalğaya çevrildiyi zaman böyük dağıdıcı enerji istehsal edir: hücum edir, yıxır, yandırır, öldürür. Bunu bütün üsyançı hərəkatlarda görmək mümkündür.

Üsyan bir tezis təkmilləşdirmir və yaşanan problemləri aradan qaldırmaq üçün bir tezis irəli sürmür. Bu cəhətinə görə inqilabdan çox fərqlidir. Üsyanda problemi həll etmək üçün nizamı, qanunları və qurumları dəyişdirmək və yenisini əvəz etmək ruhu yoxdur. Bunun əvəzinə, onları yandırmaq üzərində fokuslanır. Çünki üsyan irrasionaldır, tamamilə instinktivdir. Dolub-daşdıqca daha çox zərər verir.
Post-modern üsyan əsri də ya demokratiyanın olmamasından, ya da demokratiyanın kifayətsizliyindən qaynaqlanır. Demokratiya bərabərsizliyi, irqçiliyi, iştirakçı azlığını və təmsilçilik imkanlarını təmin edəcək qədər düzgün işləmir. Yaxın Şərqdəki kimi tamamilə uyğun deyil. ABŞ-da demokratiya pozulmuş bir rituala çevrilib. Müxalifət bu problemləri həll etmək üçün bir körpü rolunda çıxış edə bilmir. İqtidar da bunu dərk etməkdən uzaqlaşır. Demokratiya müxtəlif seçkilər, proqramlar, namizədlər və s. kimi ayinlərdən ibarət olan bir boşluğa çevrilir. Beləcə, kütlələr artıq demokratiya ilə problemlərini həll edə biləcəklərinə inanmırlar. Yəni müxalifəti onları iqtidara aparacaq bir kanal olaraq görmürlər. Bununla da, ümidsizlik və acizlik doğulur. Bütün qəzəb buradan doğulur. ABŞ-da sonuncu dəfə gördüyümüz vəziyyət də budur. Biz artıq qiyamlar əsrindəyik. Hətta dövrümüzün filmi də var: “The Joker”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Ən çox oxunanalar