Bazar, 05 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ƏDV-dən azad olunan idxal məhsullarının yeni siyahısı hazırlanacaq

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb...

PİA.az-ın məlumatına görə, fərmanla müəyyən edilir:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrində, 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində və 225.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 224.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 13.2.84-cü, 165.1.9-cu, 222.5.9-cu, 222.7-ci və 224.11-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 222.3-cü maddəsinin ikinci cümləsində və 225.3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrinə uyğun olaraq, malların ixrac qeydi ilə satışı qaydasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Məcəllənin 224.4-cü maddəsinə uyğun olaraq, əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə idxalı ƏDV-dən azad olunan məhsul (mal) növlərinin siyahısı ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.(Report)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ƏDV


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bu şəxslərə işsiz statusu verilmir — Nazirlik açıqladı

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Video

İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

Ramiz Mehdiyev Prezident olmaq istəyib? - Deputatdan şok iddia

8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

Fərhad Əhmədov Kürdəki ekoloji böhrandan çıxış yollarını göstərdi

“Nə iynə vurdularsa, ayılmadı” - Etibar Babayevin bacısı

Şərqi Aralıq dənizində Türkiyəyə qarşı böyük ittifaq: Çəkişmə davam edir...

Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır

Sobsan boya zavodundakı yanğın söndürülüb  - Yenilənib

loading...

Ən çox oxunanalar