Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıb

Nazirlik monitorinqlər keçirir...

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, mayın 31-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Zəngəzur market”, “Lay Lay uşaq aləmi”, “Məktəb ləvazimatı”, “Şirinbala uşaq aləmi” mağazalarında, Binəqədi rayonunda Asif Hacıyevə məxsus ət, “X motors” yağ satışı mağazalarında, Sabunçu rayonunda “Meqa Sığorta” ASC-yə məxsus “Meqa Sığorta” pərakəndə ticarət obyektində, "Azəri Med" MMC-yə məxsus “Plus Aptek”də, Xəzər rayonunda Cavad İzzətova məxsus çayxanada, Xətai rayonunda “Zolushka ticarət mərkəzi”ndə, “Velvet” geyim mağazasında, “Zeytun Aptek”də, Nizami rayonunda Radik Cəfərov, Mübariz Əliyev, Mansur Həsənov və Seymur Hüseynova məxsus pərakəndə satış mağazalarında, Yasamal rayonunda "Optimal elektronika" MMC və "Supertoys" MMC-yə məxsus mağazalarda, “Benita” geyim mağazasında, Abşeron rayonunda “Dəniz market”də, Qobustan rayonunda “Bol Market”də və “Ramil Market”də, Masallı rayonunda “Papatya dönər evi” və “Retro kafe”də, “Sevinc Mebel”, “Soliton” mağazalarında, Ağsu rayonunda “Univermaq” ticarət obyektində və Orxan Hüseynova məxsus mağazada, “Umud Kafesi”ndə, Zaqatala rayonunda “Dönər Mağazası”nda və s., ümumilikdə monitorinqin əhatə etdiyi 392 obyektin 217-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən 31-dək 1 984 sahibkarlıq subyektində monitorinq keçirilib və 961 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar