Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan orqanlarının donorluğu və transplantasiyasının təşkilində dövlətin vəzifələri müəyyənləşir

İnsan orqanlarının donorluğu və transplantasiyasının təşkili sahəsində dövlətin vəzifələri müəyyənləşir...

PİA.az-ın məlumatına görə, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, insan orqanlarının donorluğu və transplantasiyasının təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

- insan orqanlarının donorluğu və transplantasiyası sahəsində dövlət siyasətinin müəyyən edilməsi, habelə normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi;

- insan orqanlarının donorluğu və transplantasiyası sisteminin inkişafına yönəldilmiş tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

- transplantasiya məqsədilə donor orqanlarının götürülməsi, saxlanması, daşınması və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, orqan donorluğu prosesinin təşkili və əlaqələndirilməsi;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət tibb müəssisələrində donor orqanlarının transplantasiyası metodu ilə tibbi yardımın göstərilməsinin təşkili;

- insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı sağlamlığın mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarətin və tibbi fəaliyyətin təhlükəsizliyinin həyata keçirilməsi;

- insan orqanlarının donorluğu və transplantasiyası sahəsində innovativ yeniliklərin tətbiqi, elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq fəaliyyətinin əlaqələndirilməsi;

- vətəndaşların insan orqanlarının donorluğu və transplantasiyası haqqında məlumatlandırılmasının təmin edilməsi;

- insan orqanlarının donorluğu və transplantasiyası prosesinin monitorinqinin aparılması;

- insan orqanlarının donorluğunun və transplantasiyasının həyata keçirilməsi zamanı vahid uçot və hesabatlar sisteminin müəyyən edilməsi;

- donor orqanlarının transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusunu təyin edən meyarların müəyyən edilməsi;

- Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması, koordinatorların təlimi üçün peşə proqramlarının işlənib hazırlanması və təsdiq edilməsi;

- orqan donorluğu və transplantasiya yardımının vahid dövlət informasiya sisteminin yaradılması, donorlar, donor orqanları, resipiyentlər, orqan donorluğu və transplantasiyası fəaliyyətinə icazəsi olan tibb müəssisələri, transplantasiya koordinatorları ilə bağlı reyestrin yaradılması, tətbiqi və fəaliyyətinə nəzarətin təmin edilməsi.(APA)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar