Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev italiyalı həmkarına təbrik ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik ünvanlayıb...

PİA.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Dost İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı yetirirəm.

Azərbaycan ilə İtaliya arasında mövcud olan sıx dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq hissi doğurur. Cari ilin fevral ayında gözəl ölkənizə dövlət səfəri zamanı Sizinlə səmimi şəraitdə keçən görüşlərimizi, apardığımız danışıqları, mənə və Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqət və qonaqpərvərliyi ən xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye, təhsil, mədəniyyət, müdafiə və digər sahələrdə mövcud olan yüksək səviyyəli dialoq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir.

Eyni zamanda, koronavirus xəstəliyinə qarşı mübarizədə Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim rifah arzulayıram”.(APA)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar