Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus testlərinə nə qədər güvənmək olar?

Dünya mətbuatında testlərlə bağlı ən müxtəlif məlumatlar yayılmaqdadır. Bəzilərinə görə testlərdə ciddi səhvlər mövcuddur və bəziləri də hesab edirlər ki, testlər ümumiyyətlə yanlışığa sistemləşdirilib...

Sosioloq: “Bəzi araşdırmaşıların rəyinə görə müxtəlif ölkələrdə yoluxmaların sayında artım olması sırf testlərlə bağlıdır. Bu testlər elə qurulub ki, hətta sağlam adamlarda da pozitiv nəticə göstərir”.

“Ən zəif bir virusa görə ölkə iqtisadiyyatını məhv etmək, əhalinin sosial vəziyyətini ağırlaşdırmaq, insanları lazımsız qorxudan xəstəliklərə düçar etmək yolverilməzdir”.

Bu sözləri sosioloq Elçin Bayramlı koronavirus görə edilən testlərlə bağlı olan müəmmaları PİA.az-a şərh edərkən qeyd.

Karantin rejiminin yumşaldılmasndan sonra Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edir. Maraqlıdır ki, dünya mətbuatında testlərlə bağlı ən müxtəlif məlumatlar yayılmaqdadır. Bəzilərinə görə testlərdə ciddi səhvlər mövcuddur və bəziləri də hesab edirlər ki, testlər ümumiyyətlə yanlışığa sistemləşdirilib.

Bütün bu iddialarla bağlı nə demək mümkündür və keçirilən testlərə nə qədər güvənmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) sədri Elçin Bayramlının fikirlərini öyrənib.

Elçin Bayramlı: “Əsas yoluxma sayı deyil, ölüm sayıdır ki, bu da ən minimum haldadır. İstənilən xəstəlikdən daha çox ölüm sayı olur”.

Korovirusdan öldüyü deyilənlərin çoxunyn ağır xroniki xəstəlikləri olan yaşlı insanlar olduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, bütün dünyaya böyük ajotaj yaşadan bu virus ciddi təhlükə deyil.:

“Bəzi araşdırmaşıların rəyinə görə müxtəlif ölkələrdə yoluxmaların sayında artım olması sırf testlərlə bağlıdır. Bu testlər elə qurulub ki, hətta sağlam adamlarda da pozitiv nəticə göstərir. Əminəm ki, 10 milyon nəfərin hamısı bu testdən keçsə, azı 7 milyonunda pozitiv nəticə çıxar. Bu barədə xarici araşdırmaçılar, virsoloqlar və mikrobioloqlar artıq çoxsaylı faktlar ortaya qoyublar.

Əsas yoluxma sayı deyil, ölüm sayıdır ki, bu da ən minimum haldadır. İstənilən xəstəlikdən daha çox ölüm sayı olur. Hətta qripdən belə bundan dəfələrlə çox ölüm olur. Korovirusdan öldüyü deyilənlərin çoxu da digər ağır xroniki xəstəlikləri olan yaşlı insanlardır və onlar daha çox o xəstəliklərdən ölürlər. Bu konkret o deməkdir ki, bu virus ciddi təhlükə deyil.

Elçin Bayramlı: “Əminəm ki, 10 milyon nəfərin hamısı bu testdən keçsə, azı 7 milyonunda pozitiv nəticə çıxar”.

Ən zəif bir virusa görə ölkə iqtisadiyyatını məhv etmək, əhalinin sosial vəziyyətini ağırlaşdırmaq, insanları lazımsız qorxudan xəstəliklərə düçar etmək yolverilməzdir. Ona görə də, hökumətin karantin rejiminin yumşaldılması ilə bağlı addımları təqdirə layiqdir. Karantin rejimi daha da yumşaldılmalıdır, lakin insanların qaydalara riayət etməsinə nəzarət edilməlidir.

Hətta ən adi qrip virusuna belə hər halda yoluxmamaq yaxşıdır. İnsanlarımız sadəcə immunitetlərini normal saxlamağa çalışmalıdırlar, qorunma tədbirləri görməli, müvəqqəti olaraq yaxın məsafədə ünsiyyətdə olmamalı, qapalı məkanlarda çox sayda toplaşmamalıdırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar