Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkələr, yoxsa beynəlxalq təşkilatlar - Postkoronavirus dönəmində beynəlxalq qurumlarda islahat qaçınılmazdır...

Koronavirusun yayılması ilə dünya yeni bir dövrə qədəm qoydu. Bu yeni dövrdə ölkələrin və beynəlxalq qurumların yanaşmalarında və gözləntilərində müəyyən dəyişikliklər də baş verəcək...

Erdal Tanas Karagöl

“Yeni Şafak” qəzeti, Türkiyə, 1 iyun 2020-ci il

Keçmişdə iqtisadiyyat, səhiyyə, regional əməkdaşlıq və digər mövzularla əlaqəli beynəlxalq müəssisə və təşkilatlar dəyişkən şərtlərə qarşı çıxsalar da, bu gün onlar üçün dəyişiklik və islahat qaçınılmaz hala gəlib.

Koronavirus pandemiyası ilə birlikdə ABŞ və Dünya Səhiyyə Təşkilatı (ÜST) arasında başlayan konfliktlər, ÜST ilə Çin arasında yaranan sıx əlaqə, ABŞ-ın ÜST-ə verdiyi iqtisadi yardımları dayandırması və ÜST-lə əlaqələrini kəsmək barədə verdiyi son qərarı beynəlxalq qurum və təşkilatların gələcəyi ilə bağlı şübhələri artırır və 1945-ci ildən sonra qurulan köhnə dünya nizamının dəyişməli olduğunu açıq şəkildə göstərir.

Bəs digər beynəlxalq təşkilatlar nə vəziyyətdədirlər?

İqtisadi qurumlara qarşı onsuz da etiraz var idi. Xüsusən kasıb və inkişaf etməkdə olan ölkələrdə davam edən iqtisadi böhranlar BVF ilə bağlı şübhələrin artmasında əsas amili olub. Bundan əlavə, BVF-nin keçmişdə işlədiyi ölkələrdə davamlı iqtisadi böhranların və siyasi xaosun ortaya çıxması da bu qurumlara olan inamın azalmasına səbəb oldu. Xüsusilə 2008-ci ildə baş verən qlobal iqtisadi böhranda BVF-yə qarşı etirazlar pik həddə çatmış və bu qurumun islahatı üçün addımlar atılmışdı.

Lakin 2008-ci ildən sonra qlobal iqtisadiyyatın nisbətən yaxşılaşması ABŞ-ın BVF ilə bağlı islahatlardan imtina etməsi mənasına gəlmir. Bu müzakirələr post-koronavirus dövründə sürətlənə bilər və ya yeni dövrdə alternativ qurumların yaradılmasına təkan verə bilər.
Digər tərəfdən, koronavirusun yayılmasından əvvəl Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı ortaya çıxan problemlər bu təşkilatın artıq işləmədiyini ortaya qoyub və bu səbəbdən, ÜTT dünya ticarətini idarə edə bilmədiyi üçün yeni bir ticarət yanaşmasına ehtiyac olduğunu ortaya çıxarıb.

Bu qurumlarda yaşanan böhranların digər qurumlara yayılması ehtimalı olduğu kimi, mövcud təşəbbüslər G7 və G20-yə də təsir edə bilər. Bu arada, sentyabr ayında ABŞ tərəfindən keçiriləcək G7 sammiti yeni əməkdaşlıqların qlobal miqyasda necə inkişaf edəcəyi ilə bağlı ciddi bir addıma bənzəyir.

Ölkələr, yoxsa beynəlxalq təşkilatlar?

Bəlkə də, koronadan sonrakı dövrdə veriləcək ən vacib suallardan biri odur ki, ölkələrin gələcəkdə səhiyyə və iqtisadiyyat kimi strateji sahələrdə böhranlarla mübarizə apararaq qazandıqları öz uğurları daha vacibdir, yoxsa çətin anlarda beynəlxalq təşkilatlardan gözlədikləri yardım və əməkdaşlıqlar?

Mövcud beynəlxalq qurumların uğursuzluğuna görə, əslində, bu qurumlardan çox şey gözləməməliyik. Xüsusilə ABŞ-ın rəhbərlik etdiyi bu qurumların problemlərə cavab verə bilməməsi və köhnə nizamın dəyişən şərtlərinə, iqtisadiyyatdakı güc balansına və yeni siyasi proseslərə məhəl qoymadan idarə olunması mövcud sistemin işləmədiyindən xəbər verir.

ABŞ-dakı koronavirus epidemiyası ilə bağlı yaranan uğursuz vəziyyət, Corc Floydun ölümü ilə əlaqədar yaranan xaos və koronavirusun səbəb olduğu iqtisadi problemlər ABŞ-ın daxili siyasətinə təsir etməklə yanaşı, həm də ABŞ-ın dünya iqtisadiyyatına və beynəlxalq təşkilatlara olan yanaşmasını da dəyişdirəcək. Bu dəyişikliyin də yeni əməkdaşlıqların, ittifaqların və nəticədə, yeni müəssisə və təşkilatların yaranmasına səbəb olacağı gözlənilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ÜTT ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar