Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu sərnişinlər avtobusa buraxılmayacaqlar - Diqqət

Şəhərlərarası sərnişindaşıma iyun ayının 15-dən sonra bərpa olunarsa, bu halda avtobuslar yeni qaydalarla fəaliyyət göstərəcəklər...

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, yeni qaydalar TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının göstərişləri ilə ictimai nəqliyyatdan istifadə ilə bağlı metodiki göstərişlər əsasında hazırlanıb:

"Qaydalara əsasən, vaxt baxımından daha uzaq yol qət edən nəqliyyat vasitələrinin salonu bütün sərnişinlər tərəfindən doldurulmayacaq və həmin avtobuslara məhdud sayda bilet satılacaq. Tibbi maskanın və əlcəklərdən istifadə zəruri olacaq. Bu qaydalar 56 avtovağzal və avtostansiyalara bildirilib, eyni zamanda DANX əməkdaşları da həmin yerlərə ezam olunublar".

N.Allahyarova qeyd edib ki, bileti olsa da belə, sərnişin bu qaydalara əməl etməzsə, o, avtobusa buraxılmayacaq:

"İlkin vaxtlarda maskasız olan sərnişinlər avtovağzallarda maska əldə edə biləcəklər. Ancaq bu, ilkin günlər üçün nəzərdə tutulub".

Sektor müdiri əlavə edib ki, uzaq məsafə qət edən avtobuslar mütləq şəkildə müəyyən istrahət yerlərində saxladılaraq salonları dezinfeksiya olunacaq:

"Uzaq məsafə qət edən sürücülərin iş və istirahət vaxtına nəzarət olunacaq, bu, qanunvericilikdə də nəzərdə tutulub. Pandemiya dövründən qabaq bəzi sürücülər mənzil başına tez çatması üçün sərnişinlərlə razılığa gələrək nəqliyyat vasitəsini istirahət yerlərində saxlamadan, istirahət etmədən sürürdülər. Ancaq yeni qaydalara əsasən, buna tam olaraq tələb olunacaq. Belə ki, uzaq məsafə qət edəcək avtobuslar müəyyən istirahət yerlərində saxladılacaq. Daha sonra salonda olan şəxslər yerə endirilərək avtobusun daxilində dezinfeksiya işləri aparılacaq".(Trend)

pia.az


Etiket: avtobuslar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar