Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin ikinci yarısında Azərbaycanı və dünyanı nə gözləyir?

Azərbaycan üçün təzadlarla dolu may ayı geridə qaldı...

Hər il bu ayın 9-na təsadüf edən Şuşanın işğalı və faşizm üzərində qələbə ətrafında çoxsaylı müzakirələr açılır. Bu müzakirələr başa çatmamış 15 may inqilabı və 17 mayda Laçının işğal olunması gündəmi zəbt edir. Ayın sonlarında isə 28 may Cümhuriyyət Günündə fərqli fikirlərə rast gəlirik.

Azərbaycan üçün təzadlarla dolu may ayı geridə qaldı. Hər il bu ayın 9-na təsadüf edən Şuşanın işğalı və faşizm üzərində qələbə ətrafında çoxsaylı müzakirələr açılır. Bu müzakirələr başa çatmamış 15 may inqilabı və 17 mayda Laçının işğal olunması gündəmi zəbt edir. Ayın sonlarında isə 28 may Cümhuriyyət Günündə fərqli fikirlərə rast gəlirik.

Artıq bu gündən etibarən ili yarılayan son aya başlayırıq. Koronavirus şəraitində 2020-ci ilin ikinci yarısında siyasi, iqtisadi və sosial sahələrdə Azərbaycanı və dünyanı nələrin gözlədiyi yönündə indidən müzakirələr gedir. Bir-birindən fərqli proqnozların şahidi oluruq.

Sabiq maliyyə naziri Fikrət Yusifovun bu istiqamətdə fikirləri daha çox diqqət çəkir: “Təxmini hesablamalara görə, bu günə qədər koronavirus epidemiyasının dünya iqtisadiyyatına vurduğu zərər 10 trilyon dollar ətrafındadır. Miqyasına görə və dünya iqtisadiyyatını məruz qoyduğu itkilər baxımından COVİD 19-un yaratdığı durum keçən əsrin 20-ci illərinin sonlarında başlamış və ”əsrin depressiyası" adlandırılmış iqtisadi-maliyyə böhranı ilə müqayisə oluna bilər. Bu vəziyyət nə qədər davam edəcək? Sualın doğru cavabını dünyanın düzənini dəyişmək üçün COVİD 19-u vasitə seçənlərdən başqa heç kim bilmir. Bu günə qədər dünya iqtisadiyyatının yaşadığı problemlərin həlli, yəni dünya iqtisadiyyatının pandemiyadan əvvəlki vəziyyətini bərpa etməsi üçün ən yaxşı halda 2-3 il vaxt lazım olacaq. Lakin bu da hələ son deyil.

Çünki koronavirus epidemiyasının peyvəndi ortaya qoyulana qədər böhran dərinləşməkdə davam edəcək. Prosesin uzanması sonradan iqtisadiyyatda yaranmış itkiləri aradan qaldırmaq üçün daha uzun vaxt tələb edə bilər. Bir sözlə, hələlik ortada dünya iqtisadiyyatı və beynəlxalq maliyyə sistemi üçün pozitiv ola biləcək heç nə yoxdur. Əksinə COVİD 19-un “təşkilatçıların” etimadını doğrultmadığı göz qabağındadır. Deməli, trilyon dollarlarla itkilər hesabına hədəflərə çatmaq üçün yetərli olmadı. Bu səbəbdən də bir neçə aydan sonra yeni, daha “çevik” bir COVİD-in yayılması ehtimalı böyükdür. Başlıca məqsəd qoyulan hədəfə çatmaqdır. Hədəf isə dünyanın düzənini tamamilə dəyişməkdir. Dünya ağıllı bir şəkildə idarə olunmalıdır. Əks halda biz idarə olunmayan tamahkarlığımızla və acgözlüyümüzlə onu sözün birbaşa mənasında məhvə aparırıq. Bütün baş verən və bundan sonra baş verməsi gözlənilən proseslərdə daha ciddi problemlərlə üz-üzə qalan ilk növbədə iqtisadiyyatı daha çox neftdən asılı olan ölkələr olacaq".

Politoloq Elçin Mirzəbəyli koronavirusun yaxın aylarda aradan qaldırılacağını düşünmür: “Yaxın bir neçə ay ərzində COVİD-19 virusuna yoluxma təhlükəsinin tamamilə aradan qaldırılacağı inandırıcı görünmür. Karantin qaydalarının yenidən sərtləşdirilməsi, sərhədlərin uzun müddət bağlı qalması onsuzda ciddi böhranla qarşı-qarşıya qalan dünya iqtisadiyyatına ölümcül təsir göstərə bilər. İndi hər şey iqtisadiyyatın bərpasından, insanların yenidən öz əvvəlki həyatlarına qayıtmalarından asılıdır. Geridə qalan zaman kəsiyi sübuta yetirdi ki, insanlar uzun müddət evlərinə qapanıb qala bilməyəcəklər. İnsan sosial varlıqdır və hətta ölüm təhlükəsi ilə qarşı-qarşıya qalanda da asosiallaşdırılmanı qəbul etmir və etməyəcək də. Məhz bu səbəbdən, viruslarla, xəstəliklərlə yanaşı yaşamağın optimal yolları tapılmalıdır. Elə etmək lazımdır ki, virusdan qorunmaq şərti ilə bütün iqtisadi, siyasi, mədəni, sosial münasibətlər sistemləri yenidən bərpa edilsin. Əks təqdirdə, nə qədər doğru olsa da, insanların həyatlarını, sağlamlıqlarını qorumağa xidmət etsə də, ”evdə qal" şüarı təhtəlşüur olaraq ən ağır təhqir forması kimi qəbul ediləcək. Bunun az qala hər gün şahidi oluram. Evdə qalmaqla nəticə əldə etmək olsaydı, bütün müharibələrdən passiv tərəflər qalib kimi ayrılardılar. Zənnimcə, artıq məhdudiyyətlərlə bağlı mərhələyə son verilməli, həyat daha aktiv, daha dinamik mərhələyə qədəm qoymalı, çevik nəticələr verə biləcək iqtisadi layihələr işə salınmalıdır. Yaxın aylarda siyasi proseslərin inkişafı da, məhz hökumətlərin verəcəyi qərarlardan asılı olacaq".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, indidən yay aylarında həm dünya, həm də Azərbaycan üçün bəlli çətinliklərin olacağı göz qabağındadır: “Bu tək bizə aid olan bir məsələ deyil. Dünya epidemiyadan əziyyət çəkir. Əvvəllər deyirdilər ki, isti aylar gələndə virus aradan qalxacaq. İndi bəlli olur ki, bu heç də belə deyil. Əksinə görürük ki, Azərbaycanda xəstələrin sayı bir qədər də artır. Nə dünya ölkələri, nə də Azərbaycan sərt karantin tədbirlərini davam etdirə bilməz. Bəzən belə suallar yaranır ki, necə olur 25 nəfər virusa yoluxma halı qeydə alınanda sərt karantin tədbirləri həyata keçirilirdi, amma indi 200-i aşanda yumşalmalar olur. Nəzərə almaq lazımdır ki, iqtisadiyyat işləməli, sosial həyat bərpa olunmalıdır. İqtisadiyyatı uzun müddət qapalı saxlamaq olmaz. İş yerləri itirilə bilər. Amerikanın hansı ağır vəziyyətdə olduğunu hər kəs görür. Azərbaycan da kiçik miqyasda eyni çətinliklərlə üzləşir. Bu çətinliklər ilboyu bizləri müşahidə edəcək. İqtisadiyyatın qapılarını açmaq lazımdır. Qaydaları yumşaltmaq lazımdır ki, insanlar işləri ilə məşğul ola bilsinlər. Müəyyən maliyyə çətinlikləri də olacaq. Bu dediklərim psixoloji çətinliklər idi. Maliyyə çətinlikləri o olacaq ki, iqtisadiyyatı yenidən hərəkətə gətirmək lazım gələcək. Bu da o qədər asan məsələ deyil. İnsanların gəlirləri azalıb. Bu tendensiyanı yaxın bir il ərzində bərpa etmək elə də asan deyil. Dünya ölkələri də eyni aqibəti yaşayır. Amerika dünyanın supergücüdür, bu ölkədə virusdan ölənlərin sayı yüz mini ötüb. Başqa çətinliklərlə də üzləşməkdədir. Bir qaradərilinin polis tərəfindən öldürülməsi böyük iğtişaşlara səbəb olub. İnsanları küçələrə çıxmağa təhrik edən səbəblərdən biri də iş yerlərini itirmələridir. İqtisadi-sosial ağırlıqlar ortadadır. Turizm demək olar ki, bütün ölkələrdə məhv oldu.

pia.az

Bu il ərzində turizmi bərpa etmək mümkün olmayacaq. Gələcək illərdə nəsə bu istiqamətdə addımlar atıla bilər. Bizim bölgəyə və dünyadakı münaqişələrə gəlincə, belə fikirlər səslənirdi ki, virus müharibələr aparmamağa bəşəriyyəti inandırdı. Ancaq son hadisələr onu göstərdi ki, virusdan qabaq bizim bölgə və dünyada vəziyyət necə idisə, bu hal davam edəcək. Rəqabət, toqquşmalar davamlı olacaq. Dağlıq Qarabağ münaqişəsi bizim üçün ən vacib bir məsələdir. Epidemiyanın olub-olmamasından asılı olmayaraq, bu məsələni həll etməliyik. Müdafiə naziri bu günlərdə verdiyi açıqlamada konkret vurğulayıb ki, növbəti savaş aprel savaşına bənzəməyəcək. Bu, cəmiyyətin sifarişidir. Biz aprel döyüşlərində Rusiyanın təzyiqləri ilə üzləşdik. Torpaqlarımızı azad etmək istəyiriksə, düşmənə elə bir zərbə endirməliyik ki, mərhələli həll planına razılaşsınlar. Əks halda düşmən təxribatları davam edəcək, Şuşa. Laçın, Kəlbəcərə rahat gələ biləcəklər. Bütün bunların qarşısını almağın yeganə yolu düşmənə sarsıdıcı zərbə vurmaqdır”. (Musavat.com)

pia.az


Etiket: COVİD 19


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar