Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial mediada qəbilə təfəkkürü: Demokratik rəqabət və intellektual inkişaf necə çürüyür?..

Sosial media barbarlığı ucbatından ziyalılar sərbəst müzakirə, tənqid və fikir almaq imkanından məhrum qalırlar. Nəticədə, ya dövlət vasitəsilə özünü əbədiləşdirmək istəyən, ya da siyasi-ideoloji qrupun çətiri altında girib özünü qorumaq istəyən ziyalılar meydana çıxır...

Ergün Yıldırım

“Yeni Şafak” qəzeti, Türkiyə, 31 may 2020-ci il

Tramp “Bacarsam, Twitter-i bağlayardım”, deyib. Çünki Twitter onun ABŞ-da bir qaradərilinin polis tərəfindən öldürülməsinə qarşı qalxan qiyam əleyhinə yazdığı sözləri nifrət nitqi hesab edib və bu tweet-i bloklayıb.

Twitter bütün dünyada şiddət və nifrət cinayətləri kimi mesajlara həmişə müdaxilə edir. Lakin bunu iqtidar və güc sahiblərinə etdiyi zaman hər kəsin diqqətini cəlb edir. Əlbəttə ki, texnoloji xidmətlər təqdim edən bir platformanın bu cür davranışlar üçün normalar təyin etmək hüququnun olub-olmaması məsələsi də ayrıca müzakirə olunmalıdır. Çünki demokratiyada qanunverici hakimiyyət millətə məxsusdur və xalq bu hüququnu millət vəkillərinə ötürüb. Bu baxımdan texnoloji platformanın demokratiya və insan hüquqlarını qoruması, yoxsa qanunvericilik və icraedici mövzulara cavab verməsi məsələsi çox vacibdir. Əgər bu ikincisi baş verirsə, o zaman burada “texnoloji diktatura” ilə üz-üzəyik.

Əlbəttə ki, Twitter nümunəsindəki məsələ səbəbsiz yerə deyildi. Bu bir boşluğu doldurur. Çünki sosial mediada linç kampaniyaları gedir. Lənətlər, təhqirlər və hədəf göstərmə cəhdləri sürətlə davam edir. Heç bir hüquq, qanun və əxlaq tanınmır. Əsasən də “sosial medianın qəbilə linçləri”ni görürük. Partiyalar, qruplar və ideologiyalar şəklində qurulmuş bu qəbilələr özlərini tənqid edənləri və onlar kimi düşünməyənləri hədəf alırlar. Həqiqətən də təhrif olunmuş məlumatlarla bir-birlərini təhqir edir, hədəfə alır və böhtan atırlar. İbtidai qəbilə təfəkkürü indiki dövrdə sosial mediada öz əksini tapır. Burada nə insan hüquqları tanınır, nə də əxlaq. Bəzən qəbilələr arasında linç kampaniyaları da olur. İdeologiyalar, partiyalar və kiçik cəmiyyətlər ibtidai qəbilə şüuru ilə sosial media müharibəsi aparırlar.

Ziyalılar sərbəst müzakirə, tənqid və fikir almaq imkanından məhrum qalırlar. Karl Mannhaymın “sərbəst gəzən ziyalılar” adlandırdığı qisim yaranmır. Başqa sözlə, məlumat istehsal edən və milləti maarifləndirmə idealı ilə hərəkət edən beyinlər meydana gəlmir. Ya dövlət vasitəsilə özünü əbədiləşdirmək istəyən, ya da siyasi-ideoloji qrupun çətiri altında girib özünü qorumaq istəyən ziyalılar meydana çıxır. Cemil Meriçin də dediyi kimi, hər bir ziyalı “kilsəsi olan”, sədaqətli insana çevrilir. Bu ziyalı maariflənib, evindən qaçan intellektual obrazıdır. Yəni kitab səhifələri arasında gəzən və xalqa fikir vermədən yaşayan intellektual. Bu, kitaba rast gələrək cəmiyyətə və həyata yadlaşmaqdır. Ona görə də, ziyalılardan və mütəfəkkirlərdən məhrum qalan cəmiyyət əqli cəhətdən zəif olur.

İqtidar sosial etika proqramı təkmilləşdirib. Türkiyədə Komunikasiya Mərkəzi Sosial Etika Bələdçisi yaradılıb. Bütün bunlar işin ciddiliyini görmək və ondan qurtulmaq üçün bir araşdırmadır. Bu baxımdan çox vacib təşəbbüslərdir. Hamısı bu məsələnin ağırlığını başa düşməkdən başlayır. İndi isə ikinci mərhələyə keçid edilməlidir. Sosial medianın qəbilə linçlərindən şikayət edənlər, zəhərli təbliğatdan və qütbləşmədən şikayətlənənlər bir çıxış yolu tapmağa hazırlaşmalıdırlar. Sosial medianı ələ keçirən və ictimai şüuru pozan, təhrif edir bu vəziyyətə son qoymaq üçün Sosial Media Etikası Qanunu hazırlanmalıdır. Bunu parlamentdən keçirib qanuna çevirmək lazımdır. Dünyaya nümunə ola biləcək bir Sosial Media Qanunu istehsal etmək mümkünsüz deyil. Çünki bütün tərəflər və partiyalar bu tendensiyadan məmnun deyillər. O zaman hər biri bu qanun üçün çalışmalı və sonra da bunu həyata keçirmək üçün məhkəmə sistemini izləməlidir.

İnformasiya, düşüncə və ictimai maarifçilik intellektualın əsas hədəfidir. Sosial media isə bu gün bunu təhrif etməyə çalışır. Demokratik müxalifət üçün də bərabər şəkildə düşüncə rəqabəti aparmaq məcburidir. Sosial mediadakı qəbilə linçləri bunu da sıxışdırmağa çalışır. Ona görə də nə maarifçilik, nə fikir azadlığı, nə də demokratik müxalifətin bərabər rəqabəti baş tutmur.

Cəmiyyət və siyasət düşüncə ilə bağlıdır. Lakin indiki vəziyyətdə karlarla lalların döyüşünü izləyirik. Türkiyə buna layiq deyil. ABŞ-ın buna layiq olub-olmaması isə onun öz işidir. Yüksələn bir ölkə olmaq üçün linç kampaniyalarının deyil, elmin və tənqidi düşüncənin iziylə getmək lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar