Cümə, 03 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

O “həzin musiqi səsi" hələ də qulağımda səslənir... - Əfsanə Kamilova  

Gənc yazar Əfsanə Kamilovanın ilk hekayəsini oxucularımıza təqdim edirik...

Bir hekayəm var...

Yeni mənzilə köçmək həyacanını yaşamayan yoxdur yəqin ki... Bu səbəbdən bir qaça-qaç, bir təlaş...

Bir neçə aydır, başlamışdı bu həyəcan və gərginlik...

Uşaqların,ailəmizin yeni həyata, mühitə və esası da qonşulara alışmağı bizimçün çox önəmli idi. Bu telaşın içində hələ fürsət tapıb qapı bir qonşu ilə rastlaşmamışdım. Düzü maraqlı da deyildi mənə, çünki indiki zamanda hər kəs öz qabığına qısılmağı üstün bilir.

Yenə uşaqlari yeni məktəblərinə yola salıb evə qayıtdım. Gündəlik ev işlərindən əlavə hələ də açılmayan qutular məni gözləyirdi. Köçməyimizdən çox az vaxt keçməsinə baxmayaraq, sesini günün bu vaxtı eşitməyə alışmadığım qapı zəngimizi ilk dəfə eşitdim. Qəribə bir həyəcan hiss etdim özümdə. Sözün esl mənasında ürək sesim qulaqlarımı karlaşdırdı. Səbəbin bilmədən...

Qapıya qaçaraq kimin gəldiyinə baxmadan qapını açdım. Qarşımda çox zəif, incə, balaca boy qadını görəndə mənasız həyəcanım yox oldu, sanki,olmamış kimi. Salamlaşdıq, üzündən məzlumluq yağan bu qadınla. Mənə yan qonşum olduğunu söylədi və bəzi işlər səbəbindən hələ indi mənimlə tanış ola bildiyi üçün bir üzrxahlıq hiss olundu, titrək səsində...

Bunun əhəmiyyətsiz olduğunu söylədim. Nə ehtiyacim olsa ondan istəyəbiləcəyimi, qapisinin hər zaman açıq olduğunu vurğuladı... Düzü bu tanışlıqdan xeyli məmnun və rahat olmuşdum, çünki el məsəli qonşun pisdi köç qurtar deyiblər...

Saatlar günləri, günlər ayları qovurdu. Sanki yeni mənzilə köçəli heç bir ay keçməmişdi. Artıq biz yeni mənzilə, mühitə, uşaqlar isə çətinliklə uyğunlaşdıqları məktəbə rahatlıqla gedirdilər. Amma bu vaxt ərzində qapı qonşunu yəni, Ulvira xanımı görmürdüm. Təkcə qapılarının yanından keçəndə həzin musiqi qarışıq ev əhalisinin səsi eşidilirdi.

Yenə günə hər zamanki kimi uşaqları məktəbə yola salmaqla başlayacaqdım.Görəcəyim işlər, gedəcəyim yerlər artıq dünəndən hazır idi fikrimdə... Qapıda rastlaşdığım mənzərə qanımı dondurdu. Qapı qonşum Ulvira xanimgilə həyətdə üzdən tanıdığım, tanımadığım başı qara örpəkli qadınlar gəlirdi. Bir anlıq düşündüm,görəsən,kimdi dünyasını dəyişən? Olmaya, ailədə yataq xəstəsi var idi.

Bu kimi suallar beynimi elə məşğul etmişdi ki, gələn qonşulardan soruşmaq belə fikrimə gəlmirdi? Oğlumun ətəyimi dartmağı ilə diksindim. Uşaqları qaçaraq məktəbə yola salıb evin yolunu tutdum. 15-20 dəqidəlik yolu neçə dəqiqəyə gəldiyimi bilmədim. Liftin önündə bizdən bir neçə mərtəbə aşağıda yaşayan qonşu Səidə xanımı gördüm. Ona Ulvira xanimgildə nəsə bir bəd hadisə olduğunu sual etdim. Bir az təəccüblə üzümə baxıb, ”Nə əcəb bilmirsiz?”, dedi.

Nəyi bilmirəm? - deyə təəccübümü gizlədə bilmədim. Sonra buraya köçməzdən əvvəl qonşuda ağır yol nəqliyyatı qəzası olduğunu , Ulvira xanimin 6 yaşlı oğlu, yoldaşı, anası ordaca keçindiyini , bir Ulvira xanımın ağir yaralı olaraq xəstəxanaya çatdırılıldığını, lakin bir aydır düşdüyü komadan çıxa bilmədiyini qısaca danışdı. Bu gün səhər saatlarında canını tapşırmışdı...

Eşitdiklərim və gördüklərim məni haldan-hala saldı. Bəs indi mən nə edim? Kimə deyim ki, mən qonşumu bu günlər ərzində görmüşəm, ünsiyyət qurmuşam. Kimi inandıra bilərdim buna? Heç kimi...

Bir ay ərzində dəfələrlə qapılarından ailə üzvlərinin səsini eşitdiyim, əslində isə boş olan mənzilə necə girə bilərdim?

Getmədim. Məni başa düşənlər bəlkə də olacaq, amma üzden iraq bəzi sözbaz insanlardan hər cür söz çatdı qulağıma... Fikir vermədim, daxilən çox əziyət çəkirdim...

Bildiyim bircə şey var, o da burdan vaxt itirmədən köçüb getmək... Çünki o “hezin musiqi“səsi hələ də qulağımda səslənir...

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

O “həzin musiqi səsi" hələ də qulağımda səslənir... - Əfsanə Kamilova  

loading...

Ən çox oxunanalar