Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Trampın fərmanı - Sosial şəbəkələrdəki qeyri-dəqiq paylaşımlara görə kim məsuliyyət daşımalıdır?

ABŞ kimi bir dövlətin prezidentinin şəxsi əsaslar üzərindən belə bir sərəncam imzalaması dünya miqyasında söz və ifadə azadlığına necə təsir edə bilər?.. 

Media hüququ üzrə mütəxəssis: “Trampın sərəncamının mahiyyəti ilə bağlı bir az ziddiyyətli informasiyalar var”.

“Son günlər Trampın tvitlərini tvitter müəyyən qeydlərlə bağladı, yaxud da müəyyən işarələr qoydu. Bu da məzmuna müdaxilə edilmək kimi başa düşülə bilər”.

Bu sözləri media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli Tramp sosial şəbəkələrə nəzarəti artırmaq üçün imzaladığı sərəncamı PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.

Sərəncamı Ağ Evdə təşkil edilən mərasimdə imzalayan Tramp jurnalistlərə məlumat verib.

Tramp deyib: “Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”.

Tramp jurnalistlərin "Twitter" hesabını bağlayıb bağlamayacağına dair sualına cavabən isə bildirib ki, bu ölkədə daha ədalətli mətbuat olsaydı, bunu sevərək edərdi, ancaq mətbuat ədalətsiz olduğundan bir çox insana öz fikirlərini sosial şəbəkə vasitəsilə çatdırır.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib. Tramp buna cavab olaraq sosial şəbəkələri nizama salmaqla və ya ümumiyyətlə bağlamaqla hədələyib.

ABŞ kimi bir dövlətin prezidentinin şəxsi əsaslar üzərindən belə bir sərəncam imzalaması dünya miqyasında söz və ifadə azadlığına necə təsir edə bilər? Ümumiyyətlə sosial şəbəkələrə qarşı, misal üçün müxtəlif sosial şəbəkələrdə həyata keçirilən canlı yayımlara nəzarət mexanizmini həyata keçirmək və bu prossesi qanunla tənzimlənməsi mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli ilə müzakirə edib.

Ələsgər Məmmədli: “1 milyardan çox istifadəçisi olan şəbəkənin hamısının məsuliyyətini bir mərkəz daşıya bilməz və bu doğru deyil. Çünki hər bir yayımçı öz məzuniyyətini özü daşımalıdır”.

Bütün sosial şəbəkədə istifadəçilərin statuslarına görə tvitterin özünün, yaxud da başqa sosial şəbəklərin məsuliyyət daşımasının hüquqi baxımdan mübahisəli olacağını vurğulayan media hüququ üzrə mütəxəssis PİA.az-a açıqlamasında əlavə edib ki, bu dünyanın hər yerində ifadə azadlığını zədələyəcək şəkildə qiymətləndiriləcək:

“Trampın sərəncamının mahiyyəti ilə bağlı bir az ziddiyyətli informasiyalar var. Əslində ABŞ-da media və sosial media fərqli qanunvericiliklə tənzimlənir. Yəni ABŞ-da medianın müəyyən məsuliyyətləri var, amma onlar sosial medianı bir platforma kimi istifadə etdikləri üçün orada paylaşımlarla bağlı sadəcə status sahiblərinin məsuliyyəti var. Sosial mediada status sahiblərinin məsuliyyəti olduğu üçün də hər hansı bir formada platformanın - istər tvitterin, istər youtu.be-nin, istərsə də facebook və digərlərinin özləri hansısa məsuliyyət daşımırlar.

Son günlər Trampın tvitlərini tvitter müəyyən qeydlərlə bağladı, yaxud da müəyyən işarələr qoydu. Bu da məzmuna müdaxilə edilmək kimi başa düşülə bilər. Məzmuna müdaxilə də ifadə azadlığı baxımından yolverilməzdir. İndiki halda Tramp da bunu qarşı olaraq belə addım atdı. Yəni Tramp bildirdi ki, əgər siz məzmuna müdaxilə edirsinizsə, o zaman mən də sizi media kimi məsuliyyət məsələsində eyni ilə mediaya tətbiq olunan məhdudiyyəti sizə də tətbiq edə bilərəm.

Amma bu aspektdən baxanda həm tvitterin etdiyi ifadə azadlığına müdaxilədir, həm də belə bir qanunvericiliyin yaranması və bütün sosial şəbəkədə istifadəçilərin statuslarına görə tvitterin özünün, yaxud da başqa sosial şəbəklərin məsuliyyət daşıması hüquqi baxımdan mübahisəli olacaq. Həmçinin bu dünyanın hər yerində ifadə azadlığını zədələyəcək şəkildə qiymətləndiriləcək.

Ələsgər Məmmədli: “Mən hər hansı sosial şəbəkə üzərindən canlı yayım edirimsə, bunun sorumlusu mənəm. Burada youtu.be, tvitter sadəcə komunikasiya platforması rolunu oynayır”.

Tutaq ki, siz facebookda canlı yayım edirsiniz. Amma sizi deyil, facebooku əsas yayıcı olaraq görmək mahiyyət etibarı ilə tənzimləməni mümkünsüz hala gətirər. Çünki 1 milyardan çox istifadəçisi olan şəbəkənin hamısının məsuliyyətini bir mərkəz daşıya bilməz və bu doğru deyil. Çünki hər yayımçı öz məzuniyyətini özü daşımalıdır. Yəni mən hər hansı sosial şəbəkə üzərindən canlı yayım edirimsə, bunun sorumlusu mənəm. Burada youtu.be, tvitter sadəcə komunikasiya platforması rolunu oynayır.

Platformanı da cəzalandırmaq buna bənzəyir: Evdə telefonla başqa adamla əlaqə saxlanılır bu zamanı qarşılıqlı olaraq böhtana yol verilmiş olur. Amma telefonu cəzalandırırlar ki, sən niyə bu xətti çəkmisən. Burada telefon komunikasiya vasitəsidir. Amma onun üzərindəki bəyanlar məzmun edən tərəfin iradəsidir. O bəyanların daşıyıcıları, sahibləri məsuliyyət daşımalıdır”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Sosial media


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

""Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..

“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

"İnsanlar virusa yox,sizə inanmır " - Azər Qəribdən TƏBİB -ə sərt təndiq

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

15 İyul çevrilişini hazırlayan proseslər: Fəthullah Güləni zirvəyə çıxaran kim idi?..

“Elmar Məmmədyarov təmiz ailədən çıxıb" - Qohumu

"Surət Hüseynov ağalarının əmrini yerinə yetirdi" - Rəsul Quliyev

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

loading...

Ən çox oxunanalar