Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəxsi həyata, sabitliyə, sülhə təhdid yaradan təhlükəyə qarşı atılan addım

Trampın sosial şəbəkələrlə bağlı sərəncamı...

Mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. Tramp ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladığını xüsusi qeyd edib.

Sitat: “Twitter kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”.

Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Sərəncam mahiyyətinə görə, aşağıdakıları ehtiva edir:

- nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da “təhlükəli güc” tətbiq edirlər;

- “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər;

- Trampa görə, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur;

- sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir;


- onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər;
- Bütün bunlar isə, ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır;

- onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir;

Əslində, Trampın bu mövqeyi dünyada hazırda ən çox müzakirə olunan mövzulardandır. Məsələni ciddiləşdirən amil həm də odur ki, Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Bu mövqenin tərəfdarları hesab edirlər ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.

Sosial şəbəkələr elə bir platformadır ki, bizim ölkəmiz də dəfələrlə bura vasitəsi ilə xarici anti-Azərbaycan qüvvələrinin qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları edilir. Anti-Azərbaycan, erməni və ermənipərəst dairələr sosial media vasitəsi ilə ölkəmizə qarşı qarayaxma kampaniyaları, feyk məlumatlar, informasiya müharibələri təşkilində fəallığa ara vermirlər. Amma Azərbaycan sosial mediaya münasibətdə dözümlü yanaşır, bütün baş verən neqativ proseslərə baxmayaraq, indiyə qədər də heç bir məhdudlaşdırıcı tədbir görməyib. Bəs, görəsən Avropanın, Trampın atdığı addımlara Azərbaycan da qoşula bilərmi?

Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələrin getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalacaq, yoxsa?

Politoloq Qabil Hüseynlinin dediyinə görə, sosial şəbəkələr bu gün elmin ayrılmaz hissəsinə çevirilib və bəşəriyyətin elmi-texniki cəhətdən inkişaf etməsinə misilsiz yardım göstərir. Ancaq digər tərəfdən də sosial şəbəkələr üzərindən müxtəlif terrorçu qruplaşmalar, intelekti aşağı olan adamlar həm qisas, həm də əxlaqa zidd olan fəaliyyətlər qururlar. “Bu baxımdan yanaşsaq deyə bilərik ki, sosial şəbəkələr həm də cəmiyyətlərin əxlaqi dəyərlərinə zərər vuran adamlar üçün müəyyən imkanlar açır. Nəzarət etmək olar, lakin onu birdəfəlik ləğv edib, məhdudlaşdırmaq ağıla batan deyil. Ancaq nəzarət olmalıdır. Anti-bəşər, anti-cəmiyyət, əxlaqa zidd meyllərin və təzahürlərin qarşısını almaq üçün ciddi nəzarət sistemi olmalıdır ki, bu cür adamların fəaliyyətləri məhdudlaşdırılsın, son nəticədə isə heçə endirilsin”.

Jurnalist Elçin Mirzəbəylinin fikrincə, ABŞ Prezidentinin sərəncamı, ilk növbədə milli dövlətlərə, insanların şəxsi həyatlarına, qlobal sabitliyə, sülhə təhdid yaradan təhlükəyə qarşı atılan addım kimi dəyərləndirilməlidir. “Kimsəyə sirr deyil ki, sosial şəbəkələr yarandıqları gündən ayrı-ayrı iqtisadi-siyasi mərkəzlərin əlində yumşaq güc aləti funksiyasını yerinə yetirib, ayrı-ayrı ölkələrin siyasi sistemlərinə, ictimai rəyinə müdaxilə etməklə, onları xaosa, vətəndaş qarşıdurmasına sürükləyib, nifrətin, aqresiyanın, terrorizmin çiçəklənməsinə zəmin yaradıblar. Sosial şəbəkələrin nəinki milli dövlətlərin, hətta BMT kimi dünyada sülhə, əmin-amanlığa təminat verən qlobal təsisatların təsir dairəsindən, beynəlxalq hüququn norma və prinsiplərindən, milli qanunvericilikdən, məsuliyyətdən kənarda əlahiddə hüquqa sahib olmaları bu gün dünyada mövcud olan bir çox problemlərin əsas səbəblərindən biri və bəlkə də birincisi kimi qiymətləndirilə bilər”. Elçin Mirzəbəylinin sözlərinə görə, ABŞ Prezidentin imzaladığı sənəd, beynəlxalq müstəvidə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi mexanizmlərin yaradılmasına əsas verir:

“Bununla bağlı artıq uzun illərdir ki, müzakirələr aparılır və Azərbaycan da bu prosesdə aktiv rol alan ölkələrdən biridir. Artıq qlobal müstəvidə virtual hüquq məcəlləsinin yaradılmasına və sosial şəbəkələrin, internet resursların yayımlandıqları məkanların milli qanunvericiliklərinə uyğun olaraq fəaliyyətlərinin təmin edilməsinə ehtiyac var. Sosial şəbəkələr üzərindən milli-mənəvi dəyərlərinə sözün əsl mənasında müharibə elan edilən, bu şəbəkələr üzərindən terrorla, insanlıq əleyhinə cinayətlərlə təhdid olunan bir ölkənin vətəndaşı kimi, Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğunua qətiyyən şübhə etmirəm. Bu həm milli, həm də qlobal sosial çağırışdır”.

Millət vəkili, politoloq Arzu Nağıyevin fikrincə, “Onlayn senzuradan müdafiə barədə” sərəncamın mahiyyəti də ondan ibarətdir ki, ölkədə olan sosial şəbəkələrin fəaliyyəti ilə bağlı mühüm addımlar atılmalıdır. “Bunlar “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” kimi platformalara aiddir. Əsas məsələ ondan ibarətdir ki, müxtəlif sosial şəbəkələr senzuraya, eyni zamanda siyasətlə bağlı verdikləri yazılara cavabdeh deyillər. Buna görə də bunun qarşısı alınmalıdır. Tramp hətta “Twitter”in bağlana biləcəyi ilə bağlı açıqlama vermişdi. Əsas məsələ ondan ibarətdir ki, seçki qabağı müəyyən proseslərdə konservatorların səslərini sosial şəbəıkələrlə bağlayırlar, onların açıqlamalarını vermirlər. Bu əsasən “Twitter”ə aiddir. Eyni zamanda bu açıqlamaları sonradan başqa bir formada dövriyyəyə buraxırlar”.

Politoloqun fikrincə, sosial şəbəkələrdə qeyri-etik davranışlar, terrora, qarşıdurmaya çağırışlar mütəmadi olaraq müşahidə olunur. Bu da müəyən ölkələrdə stabilliyin pozulmasına gətirib çıxarır. “Bu proseslərdə bütün dövlətlər müvafiq addımlar atmalı, eyni zamanda Azərbaycan dövləti də müəyyən tədbirlər görməlidir. Trampın imzaladığı Sərəncam hüquqi qüvvəyə minəndən sonra düşünürəm ki, bütün dövlətlərdə müvafiq addımlar atılacaq”.

Səbuhi MƏMMƏDLİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar