Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-də "budanma" başlayır - Dövlət Yanğın Nəzarəti Xidməti müstəqil quruma çevriləcək

Ziya Məmmədovun aqibəti Kəmaləddin Heydərovu da gözləyir...

Dövlət Yanğın Nəzarəti Xidməti Fövqəladə Hallar Nazirliyinin tabeçiliyindən alınıb müstəqil quruma çevriləcək.

Bu barədə MilliYol.Az-a daxil olan məlumatda bildirilir ki, Dövlət Yanğın Nəzarəti Xidməti FHN-nin nəzdindən çıxarılaraq müstəqil quruma çevriləcək. Qeyd edək ki, bir neçə mənbədən məlumatı dəqiqləşdirməyə çalışımışıq və mənbələrə görə böyük ehtimalla iyun ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin müstəqil Agentliyə çevrilməsi reallaşacaq.

Mənbələrdən biri bu məlumatın səhihliyini həmçinin Kamələddin Heydərovun çox yaxın çevrəsinə aid olan İsrail Əliyevin Dövlət Yanğın Nəzarəti Xidməti rəisi vəzifəsindən alınaraq Bakı Regional Mərkəzin rəisi vəzifəsinə təyinat alması ilə əlaqələndirib. İsrafil Əliyevin Kamələddin Heydərov üçün çox qiymətli biri olduğunu vurğulayan mənbə qeyd edib ki, onun Dövlət Yanğın Nəzarəti Xidmətindən ayrılması məhz qurumun FHN-dən alınması ilə bağlıdır. Kəmaləddin Heydərov bununla ən yaxın adamlarından birinin kənarlaşdırılmasının qarşısını alıb.

Qeyd edək ki, FHN Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, daxili rotasiyaya əsasən, polkovnik Hikmət Abbasov Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin olunub. Bundan əvvəl o, Bakı Regional Mərkəzin rəisi vəzifəsində çalışıb. Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrail Əliyev isə Bakı Regional Mərkəzin rəisi təyin olunub.

Əldə etdiyimiz başqa bir məlumatda isə bildirilir ki, ilin sonuna qədər FHN-dən bir sıra qurumların alınması gözlənilir. Onların arasında Mülki Müdafiə qoşunlarının da Müdafiə Nazirıiyinin tabeçiliyinə verilməsi istisna olunmur. FHN-nin özünün isə xırda bir Dövlət Agentliyi kimi fəaliyyətini davam etdirməsi ehtimalı var. Lakin bu quruma Kəmaləddin Heydərov deyil, başqa birinin başçılıq etməsi gözlənilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar