Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mühacirətdə olan Qərbi Azərbaycan (İrəvan) Respublikasının qurumları formalaşdırılır

Bildiyimiz kimi Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsindən sonra ona daxil olan qurum və təşkilatların formalaşdırılması prosesi aparılır...

MQA(İ)R-nın Təşkilat Komitəsinin bu gün keçirilmiş iclasında Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının yeni qurumu olan Katiblik və onun tərkibinin yaradılması ilə bağlı müzakirərlər aparılaraq qərar verilib və Millət Şurasının sədri Qafar Çaxmaqlı təkliflərlə çıxış edib. PİA.az-a daxil olan məlumatda bildirilir:

"Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsinin əziz millətimizin məmnunluqla qəbul etdiyindən dolayı çox qürurluyuq. Bunu Respublikamızda və onun hüdudlarından kənarda yaşayan soydaşlarımızın çoxsaylı təklifləri, təşəbbüsləri bir daha sübut edir. Biz Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Millət Şurası olaraq bu cür təşəbbüsləri alqışlayır və millətimizin erməni işğalçılarına qarşı səfərbərliyinin nümunəsi, milli dəstəyinin təzahürü kimi qiymətləndiririk.

Lakin ətrafımızı sarmış məkirli düşmənlərin, ümumi işimizə, sosial medianın imkanlarından istifadə etməyimizdə ciddi hüquqi əngəllər yaratmasının qarşısının alınması üçün elan edilən və yayımlanan bütün məlumatların Respublikanın yaratdığımız yeni orqanı olan katibliyinin nəzarəti altında toplanılması, təhlil edilməsi və yayımlanmasının məqsədəuyğun olması qərarına gəlinmişdir. Vətəndaşlarımızdan xahiş olunur ki, bu yöndə hər hansı təklif, bəyanat, məlumat, qanun lahiyələri və s. kimi təkilflər katibliyin elektron ünvanlarına göndərilsin. Katiblik MŞ-nın fəaliyyətini təşkil edir, rəsmi sənədlərin hazırlanması və yayılması işinə rəhbərliyi həyata keçirir, qurumdaxili komissiyaların fəaliyyətini koordinasıya edir".

Xatırladaq ki, dünən Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Məclisi Katibliyinin heyəti elan olunub. Heyət Cəmşid Dərələyəzli, Qələndər Muxtarlı, Allahverdi Seyidov, Əli Mustafa, Yasəmən Qaraqoyunlu, Ruslan Fərzəliyev, Aqil Səmədbəyli, Faiq Ələkbərli, Qurban Vahidov, Rəfi Qurbanov, Yusif Xıdırov, Paşa Həsənli, Şahlar Hacıyevdən ibarətdir.

Həmçinin, Katibliyin tərkibində İdeologiya və siyasət, beynəlxalq münasibətlər, dövlət quruculuğu və hüquq, maliyyə komissiyalarının yaradılması və təkmilləşdirilməsinə qərar verilib.

İclasda Nigar Ögeday Türkiyədə yaşayan Qərbi Azərbaycanlılarla iş üzrə sədr müavini vəzifəsinə təqdim olunub.

Bundan başqa görülən işlərin effektivliyini artırmaq üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Qadınlar Təşkilatının yaradılması məsləhət görülmüş, bu qurumun rəhbərliyinə İradə Rzazadənin rəhbər təyin olunması təklifləri iştirakçılar tərəfindən müzakirə olunub və müsbət rəy bildirilib.

Bildirilib ki, gəncləri bu işə cəlb etmək üçün Gənclər Təşkilatının yaradılmasına ehtiyac vardır. Keçən konfransada qərara alınan Təhlükəsizlik məsələləri üzrə sədr müavini vəzifəsinə Köçəri Nağıbəyli, Qaçqınlarla və MŞ-də yer almayan Qərbi Azərbaycan təşkilatları ilə iş üzrə sədr müavini vəzifəsinə Rizvan Talıbovun, sədrin müşaviri postuna Şahlar Hacıyevi təsdiq edilib. Qərbi Azərbaycan təşkilatlarını sədrlərinin əvvəlki toplantıda nəzərdə tutulduğu kimi müşavir statusunun qalması məqsədəuyğun hesab edilib. Əvəz Temirxan , Əli Vəliyev, Şakir Həsənov, Əkbər Məmmədov kimi dəyərli ziyalılarımızın Təşkilat Komitəsi üzvlüyünə qəbul olunması təklif olunub.

Müzakirə edilən bir çox məsələlərin, verilən təkliflərin Sədarətin toplantısının gündəliyinə daxil edilməsi qərarlaşdırılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar