Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Toy və yas mərasimlərinə uzun müddət icazə verilməyəcək" - Uzman həkim

"İnsanlar bunu bilsinlər"...

“Yay aylarında qrip infeksiyalarının intensivliyi həqiqətən də aşağı düşür. Amma bu, o demək deyil ki, virus tamamilə ortadan qalxacaq”.

PİA.az xəbər verir ki, bu sözləri uzman həkim Vasif İsmayıl havaların istiləşməsi ilə koronavirusa yoluxma hallarının aradan qalxa biləcəyi ehtimalına aydınlıq gətirərkən deyib.

Həkim bildirib ki, “İstilər düşdüyü zaman virusun zəifləməsi mexanizmi fərqlidir. Yəni bu, hava isindiyi üçün virus öləcək deyə bir şey deyil. Bu, ondan irəli gəlir ki, isti aylarda insanlar daha çox hərəkət edirlər, özlərini daha yaxşı hiss edilər ki, bu da onların immun sistemini möhkəmləndirir. Ona görə də biz deyirik ki, virusun sürəti aşağı düşəcək. Amma gördüyünüz kimi virus elə də aradan qalxmayıb. Yenə də yoluxmalar davam edir”.

V.İsmayıl yoluxma hallarının artmasını nəzərə alaraq, virusdan qorunma ilə bağlı indiyə qədərki tövsiyələrə ciddi şəkildə əməl edilməsinin vacibliyini bir daha vurğulayıb:

“Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək. Ona görə də insanlar mütləq şəkildə sosial məsafəni qorumalı və gigiyenik qaydalara əməl etməlidirlər.

İnsanlar həmçinin düzgün qidalanmalı, mütləq şəkildə meyvə-tərəvəz balansına fikir verməlidirlər. Çoxlu su içmək isə həmişə məsləhətlidir”.

İnsanların mütləq şəkildə kütləvilikdən kənar olmalarını tövsiyə edən həkim toy və yas mərasimləri ilə bağlı fikirlərini də açıqlayıb:

“Toy və yas mərasimlərinə uzun müddət icazə verilməyəcək. İnsanlar bunu bilsinlər. Ola bilsin ki, müəyyən qaydalar və məhdudiyyətlərlə bu, baş tutsun. Amma mən inanmıram ki, bir müddətə qədər buna icazə verilsin. Çünki belə məclislər ən kütləvi yoluxma şəkillərindən biridir”. (Ölkə.az)

pia.az


Etiket: koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar