Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda ağır qəza: ölən və xəsarət alan var - Yenilənib

Şirvanda baş verən qəzada ölən və xəsarət alanın kimliyi məlum olub...

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu idarə etdiyi “VAZ-2106” markalı 24 BC 805 dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin yoluna çıxararaq dönmə əməliyyatı edən şəhərdaxili marşrut üzrə işləyən 10 MZ 256 dövlət nömrə nişanlı mikroavtobusa çırpıb.

Nəticədə minik avtomobilində olan sərnişin Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər sərnişin, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Sürücü yüngül xəsarət alıb.

Qəza zamanı mikroavtobus “Şəhidlər xiyabanı”nın hasarına çırpılıb.

Hadisə yerinə FHN-nin Şirvan yanğından mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Şirvanda ağır yol qəzası baş verib.

Hadisə rayonun girişində qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobili mikroavtobusla toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.

pia.az


Etiket: Şirvan qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar